Məhkəmə qərarları › İş №e-2(037)-14/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-14/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-14/2023 15.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki işə 15 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 12769.35 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 17% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc,xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 7542.11 ABŞ dolları təşkil edən cərimə borcu,cəmi 21512.38 ABŞ dolları məbləğində pul vəsaiti,dövlət rüsumunun ödənilməsi üzrə 221.47 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə,kreditdən istifadəyə görə illik 17% ödənilməsi şərtilə,38000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri,Nizami küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 73,5 kv.m yaşayış,36 kv.m yardımçı sahədən ibarət,1 mərtəbəli, 4 otaqlı 4 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 07 avqust 2014-cü il tarixli **********31914/ip №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsinə görə Bank “xx.xx.2014-cü il tarixli **********31914 №-li Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli 2(037)-526/2016 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş günü milli manata məzənnədə 07 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 26.647,91 ABŞ dolları,vaxtı keçmiş əsas borca görə 6.775,90 ABŞ dolları,adi faiz borcuna görə 4.100,76 ABŞ dolları,cərimə borcuna görə 100 ABŞ dolları,ödənilmiş dövlət rüsumuna görə 29 manat,bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat,xidmət haqqı xərcinə görə 20 manat,cəmi 37.624,65 ABŞ dolları və 50 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, tutmanın ipoteka hüququ ilə yüklü edilmiş cavabdehə məxsus olan İsmayıllı şəhəri,ünvan 1 ünvanda,0,08 ha həyətyanı torpaq sahəsində yerləşən,ümumi sahəsi 109,5 kv.metr,yaşayış sahəsi 73,5 kv.metr,yardımçı sahəsi 36,0 kv.metr fərdi yaşayış evinə yönəldilməsi,evin həyətyanı torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması,ipoteka predmetinin ilkin satış qiymətinin 73.435 manat məbləğində müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2016-cı il tarixli,2(107)- 1219/2016-saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən,iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.Cavabdeh və vəkili Nəvaid Abbasov qətnamədən kassasiya şikayəti vermişlər.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2(102)-4974/2017 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş,iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2016-cı il tarixli, 2(107)-1219/2016-saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1” MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alğı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 66 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 23 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir.Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 46814.81 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu tam ödənilmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi üzrə icra tədbirləri hal-hazırda davam etdirilməkdədir.Bildirmək istəyir ki,sözügedən qətnamə ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 16870.11 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır.Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixə bu məbləğ 7542.11 ABŞ dolları təşkil etmişdir.Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq,sonuncu tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur.Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır.Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:“Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır.Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir”(pacta sunt servanda) hüquqi prinsipindən yaranır.Belə ki,müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək,göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”Bundan əlavə,müvafiq qərarda qeyd olunur ki,“Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən,yəni xx.xx.2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Cavabdehin xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 12769.35 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 17% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 7542.11 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır.Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki,iş üzrə hazırkı iddianın verilməsi ilə bankın balansa götürdüyü və qiyməti məhz həmin tarixdə dəqiq məlum olan əmlakla bağlı halların heç bir bağlılığı və ya asılılığı yoxdur.İddiaçı tərəfindən məhz 2018-ci ildə hərracların yekunlarına dair protokol imzalandıqdan sonra artıq dəqiq şəkildə hansı məbləğdə pul vəsaitinin borc məbləğindən silinməsi məlum idi və bu məsələ digər hallardan asılı deyildi. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin ərizəsində qeyd etdiyi hazırkı iddia tələbi üzrə iddia müddətinin axımının kredit müqaviləsi üzrə kreditləşmə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən başlaması,iddiaçı tərəfindən başqa tələblər üzrə iddianın qaldırılmasının sonradan yaranan yeni tələblər üzrə iddia müddətinin hesablanmasına mane olmaması ilə bağlı dəlilləri tamamilə əsassızdır.Belə ki,AR Mülki Məcəlləsinə əsasən,müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.İddiaçı cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “xx.xx.2014-cü il tarixli **********31914 №-li kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə xx.xx.2016-cı il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir.Göründüyü kimi,iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə kəsilmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən,fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.Hazırki iş üzrə isə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə yenidən başlamışdır.Belə ki,Mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında “X1” MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir.Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 66 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 23 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Bank ilə Hərrac təşkilatçısı arasında 23 may 2018ci il tarixdə Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlansa da, cavabdeh 2018-ci ilin mart ayında “ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi haqqında” iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və ipoteka predmeti olan əmlakın Bankın balansına keçirilməsinə maneələr yaratmağa çalışmışdır.Beləliklə qeyd edilən iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra ipoteka predmeti olan əmlak Bankın balansına keçmiş və DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Yuxarıda qeyd edilən maddi normaların tələblərindən çıxış edərək bildirir ki, kredit müqaviləsi üzrə iddia müddətnin axımı ipoteka predmeti olan əmlak Bankın balansına keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdən yenidən başlamışdır.Cavabdehin “iddiaçı tərəfindən məhz 2018-ci ildə hərracların yekunlarına dair protokol imzalandıqdan sonra artıq dəqiq şəkildə hansı məbləğdə pul vəsaitinin borc məbləğindən silinməsinin dəqiq məlum olması və bu məsələnin digər hallardan asılı olmaması” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”-nın 9.1-ci bəndinə əsasən,ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş və bank işində istifadə olunmayan daşınmaz əmlak balansa götürüldüyü tarixdən təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır. Yuxarıda qeyd edilən maddi normaların tələblərindən çıxış edərək bildirir ki, qeyd edilən əmlak xx.xx.2020-ci il tarixində Bankın balansına götürülmüş və yalnız bundan sonra təsnifləşdirilmiş və müvafiq ehtiyyatlar yaradılmışdır.Belə olan halda kredit müqaviləsi üzrə iddia müddətinin axımı ipoteka predmeti olan əmlak Bankın balansına keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdən yenidən başlamışdır.Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən, hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir.Ona görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə 12769.35 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 17% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 7542.11 ABŞ dolları təşkil edən cərimə borcu olmaqla,cəmi 21512.38 ABŞ dolları borc məbləği,221.47 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər və 0.40 manat xidmət haqqı məbləği tutulmasını tələb edir və iddiaq tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ASC "xxxx" Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və nümayəndəsi/vəkil Nümayəndə2 məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh nümayəndəsi/vəkil Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək hazırkı iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddianın iddia müddəti keçməsinə görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, ASC "xxxx" Bankı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 17% ödənilməsi şərtilə 38000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bankla aralarında ona məxsus İsmayıllı şəhəri,Nizami küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 73,5 kv.m yaşayış,36 kv.m yardımçı sahədən ibarət,1 mərtəbəli, 4 otaqlı 4 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 07 avqust 2014-cü il tarixli **********31914/ip №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır.Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsinə görə Bank “xx.xx.2014-cü il tarixli **********31914 №-li Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli 2(037)- 526/2016 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək,ondan ödəniş günü milli manata məzənnədə 07 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 26.647,91 ABŞ dolları,vaxtı keçmiş əsas borca görə 6.775,90 ABŞ dolları,adi faiz borcuna görə 4.100,76 ABŞ dolları,cərimə borcuna görə 100 ABŞ dolları,ödənilmiş dövlət rüsumuna görə 29 manat,bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat, xidmət haqqı xərcinə görə 20 manat,cəmi 37.624,65 ABŞ dolları və 50 manat pulun tutulub iddiaçı təşkilata verilməsi,tutmanın ipoteka hüququ ilə yüklü edilmiş ona məxsus olan İsmayıllı şəhəri,ünvan 1 ünvanda,0,08 ha həyətyanı torpaq sahəsində yerləşən,ümumi sahəsi 109,5 kv.metr,yaşayış sahəsi 73,5 kv.metr,yardımçı sahəsi 36,0 kv.metr fərdi yaşayış evinə yönəldilməsi,evin həyətyanı torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması,ipoteka predmetinin ilkin satış qiymətinin 73.435 manat məbləğində müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.Qətnamədən apellyasiya şikayəti vermiş,Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2016-cı il tarixli,2(107)-1219/2016-saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2016-cı il tarixli,2(107)-1219/2016-saylı qətnaməsindən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2(102)-4974/2017 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək,Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(107)-1219/2016-saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1” MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alğı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 66 №-li protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 23 may 2018ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir.Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 46814.81 manat məbləğində müəyyən edilmişdir.İddiaçının iddia tələbinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötmüşdür. Belə ki, aralarında bağlanan 7 avqust 2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsinin 1 saylı əlavəsinə müvafiq olaraq son ödəniş tarixi xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir.Həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır.Qarşı tərəfin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki,xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tərəfindən heç bir ödəniş edilməmişdir.Bu səbəbdən iddia müddətinin olduğu müddətcə onun kəsilməsi və ya dayandırılması baş verməmişdir.Qeyd edilən səbəbdən iddia müddəti ötmüş və sonradan tərəfindən ilkin məhkəmə qərarının ödənilməsi məqsədilə hər hansı ödəniş edilməsi isə bitmiş iddia müddətinin yenidən bərpasına əsas hesab edilmir. Qeyd edilən səbəbdən əvvəlki tarixlərdə iddiaçı tərəfindən başqa tələblər üzrə iddianın qaldırılması sonradan yaranan yeni tələblər üzrə iddia müddətinin hesablanmasına mane olmur. Çünki hazırkı qaldırılan iddia üzrə olan tələblər müstəqil olmaqla,həmin tələblər üzrə iddia müddətin axımı müqavilənin müddətinin bitməsindən sonra başlanmış hesab edilir.Digər tərəfdən,iddiaçı tərəfindən ərizəyə bildirdiyi münasibətdə qeyd edilən hallar (əmlaka çıxarışın alınması) iddia müddəti keçənə kimi iddiaçı tərəfindən iddianın qaldırılmasına heç bir maneçilik yaratmırdı.İş üzrə hazırkı iddianın verilməsi ilə bankın balansa götürdüyü və qiyməti (balansa götürülməsi məbləği) məhz həmin tarixdə dəqiq məlum olan əmlakla bağlı halların heç bir bağlılığı və ya asılılığı yoxdur.İddiaçı tərəfindən məhz 2018-ci ildə hərracların yekunlasına dair protokol imzalandıqdan sonra artıq dəqiq şəkildə hansı məbləğdə pul vəsaitinin borc məbləğindən silinməsi dəqiq məlum idi və bu məsələ digər hallardan asılı deyildi.Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddianın 2018-2021-ci illər arasında qaldırılmaması iddiaçın səhlənkarlığı nəticəsində baş vermişdir. Bunu nəzərə alaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin xx.xx.2021-ci il tarixdə başa çatdığını rəhbər tutaraq, iddianın iddia müddəti keçməsinə görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını,cavabdehin iştirak etdiyi məhkəmə iclasında iddia tələbinə münasibətini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki,iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki,işdə olan xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, ASC "xxxx" Bankı tərəfindən borc alan Cavabdeh yaşayış sahəsinin tikintisi üçün 48 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 38000 ABŞ dolları məbləğində kredit verməyi,borc alan isə ödəniş cədvəli üzrə xx.xx.2014xx.xx.2018-ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüş,öhdəliyinin icrasının təminatı qismində xx.xx.2014-cü il tarixli **********31914/ip nömrəli sonrakı ipoteka müqaviləsi ilə ipoteka predmeti olan fərdi yaşayış evini 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü etmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvədə olan 06 iyun 2016-cı il tarixli 2(037)-526/2016 nömrəli qətnaməsindən görünür ki,ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********1914 saylı kredit xətt müqaviləsi üzrə 26647.91 ABŞ dolları əsas,6775.90 ABŞ dolları vaxtı keçmiş əsas borc,4100,76 ABŞ dolları adi faiz borcu və 100 ABŞ dolları cərimə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və iddia qaldırmaq üçün ödənilmiş 29 manat,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla,cəmi 37624.65 ABŞ dolları və 59 manat məbləğinin Cavabdeh alınaraq ASC "xxxx" Bankına ödənilməsi,37624.65 ABŞ dolları və 59 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa uyğun olaraq Cavabdeh məxsus İsmayıllı şəhəri,Nizami küçəsi 4 ünvanında 0.08 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 109.5 kv.metr olan fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin torpaq sahəsi və yardımçı tikililərlə birlikdə hərracda ilkin satış qiyməti 73435 manat müəyyən edilməsi qət edilmişdir. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli 2(004)-3291/2018 saylı qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh casvabdeh "xxxx" ASC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(103)- 1230/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3291/2018 saylı 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2022-ci il tarixli №9/7831 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,Cavabdeh tərəfindən "xxxx" Bank ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 07 avqust 2014-cü il tarixli,**********31914 saylı kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh "xxxx" Bank ASC-yə olan borcu 07 mart 2016-cı il tarixdən 07 avqust 2018-ci il tarixədək illik 17%-lə hesablanmaqla faiz borcu 12.769,35 ABŞ dolları,07 avqust 2018-ci il tarixdən 07 sentuabr 2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5%-lə hesablanmaqla faiz borcu 1.200,92 ABŞ və gecikdirilmiş məbləğə görə xx.xx.2020-ci il tarixədək illik 15% dərəcəsi ilə hesablanmış cərimə borcu 7.542.11 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2023-cü il tarixli №9/4138 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,Cavabdeh tərəfindən "xxxx" Bank ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 07 avqust 2014-cü il tarixli,**********31914 saylı kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh "xxxx" Bank ASC-yə olan borcu 07 avqust 2018-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək əsas kredit borcu məbləğinə illik 5%-lə hesablanmaqla faiz borcu 1.138,19 ABŞ dolları (1.934,92 AZN),07 mart 2016-cı il tarixdən 07 avqust 2018-ci il tarixədək əsas kredit borcu məbləğinə illik 17%-lə hesablanmaqla faiz borcu 12.769,35 ABŞ dolları (21.707,90 AZN) və 07 avqust 2018-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək əsas kredit borcu məbləğinə illik 5%-lə hesablanmaqla faiz borcu 1.200,92 ABŞ dolları (2.041,56 AZN) məbləğində müəyyən edilmişdir. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə **********31914 nömrəli kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış,iddiaçı 38000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi,cavabdeh isə xx.xx.2014xx.xx.2018-ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür.Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında həmin tarixdə ipoteka predmeti olan fərdi yaşayış evinin 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır.Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc,faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır.Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1219/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək,İsmayıllı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(037)-526/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1219/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli 2(102)-4974/2017 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1219/2016 saylı,xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "X1” MMC tərəfindən keçirilmiş hərraclarda ipoteka predmeti satılmadığından onun alınması iddiaçı ASC "Xalq” Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Bununla bağlı əmlakın alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "Xalq” Bankı tərəfindən imzalanmış Hərracın nəticələri haqqında №66 nömrəli protokol və 23 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən əmlakın son satış qiyməti 46814.81 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq,həmin əmlak cavabdeh tərəfindən banka könüllü təhvil verilməmiş və hazırda cavabdehin istifadəsindədir.Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Məhkəmə,həmçinin müəyyən etdi ki,qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilmədiyindən,həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmədiyindən iddiaçı bank xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək kreditdən istifadəyə görə illik 17% dərəcəsi ilə 12769.35 ABŞ dolları məbləğində adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış fayda və kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə 7542.11 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki,qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilmədiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin başa çatmamasına səbəb olmuşdur.Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki,müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının,ilk növbədə,onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə,tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün,o,MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki,tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmamış,yəni cavabdeh qətnamə üzrə iddiaçıya olan borcunu tam şəkildə ödəməyərək ipoteka predmeti olan əmlakını könüllü şəkildə iddiaçı banka təhvil verməmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir.Ona görə də iddiaçı bank tərəfindən qalıq borc məbləğinə əldən çıxmış fayda və peniya hesablanmışdır. Eləcə də,digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir.Çünki cavabdeh tərəf kreditin təminatı olaraq fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir.Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilmiş,cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilməmişdir. Bu da onu deməyə əsas verir ki,cavabdehin qətnamə üzrə borcun tam ödənilməsinin gecikməsi nəticəsində iddiaçı bankın zərərə məruz qalmasına səbəb olmuşdur.Cavabdeh qanunla nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə qətnaməsindən apelyasiya və kassasiya şikayətləri vermiş,qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə borcunu tam ödəməyərək ipoteka predmeti olan əmlakını iddiaçının balansında olmasına baxmayaraq həmin əmlakı könüllü banka təhvil verməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etmədiyindən iddiaçı bank tərəfindən xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək kreditdən istifadəyə görə illik 17% dərəcəsi ilə 12769.35 ABŞ dolları məbləğində adi faizlər üzrə borc,xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış fayda və kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə 7542.11 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3,423.2,424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki,öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri).Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması,zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki,Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı,Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur.Həmin maddəyə əsasən,borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi,qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi,faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə,öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında,kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar-borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). Göründüyü kimi Konstitusiya Məhkəməsi sözügedən qərarında öhdəliyin borclu tərəfindən icra olunmuş hesab olunması üçün məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla,onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermə ilə şərtləndirmişdir.Hazırkı mübahisə üzrə borclu isə girov əmlakı tələbkara könüllü təhvil verməmiş,bununla da üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması,əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi Cavabdeh iddiaçı xxxxnın xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə 12769.35 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 17% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc və xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki,xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 7542.11 ABŞ dolları cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək hesablanmışdır.xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 17% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcun 12769.35 ABŞ dolları və xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin 1200.92 ABŞ dolları təşkil etdiyi halda, kredit müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə 7542.11 ABŞ dolları hesablanmış cərimə məbləği yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 7542.11 ABŞ dolları cərimə məbləğinin tutulması qismən 1300 ABŞ dolları həddində təmin edilməlidir. Eyni zamanda aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab-AZ41NABZ********************,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi–VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.İddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə "xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə xx.xx.2016-cı il tarixdə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir.Belə olan halda iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə kəsilmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır.Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.Hazırkı iş üzrə isə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə yenidən başlamışdır.Belə ki, mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında "X1” MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və sonuncvu buna öz razılığını bildirmişdir.Yaşayış sahəsinin alğı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 66 nömrəli protokol və Bank ilə Hərrac təşkilatçısı arasında 23 may 2018-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir.Eyni zamanda Bank ilə Hərrac təşkilatçısı arasında 23 may 2018-ci il tarixdə Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlansa da, cavabdeh 2018-ci ilin mart ayında "ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilməsi haqqında” iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və beləliklə ipoteka predmeti olan əmlakın Bankın balansına keçirilməsinə maneələr yaratmağa çalışmışdır.Beləliklə qeyd edilən iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra ipoteka predmeti olan əmlak Bankın balansına keçmiş və DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2020ci il tarixli Çıxarış verilmişdir.Kredit müqaviləsi üzrə iddia müddətinin axımı ipoteka predmeti olan əmlak Bankın balansına keçdikdan sonra,yəni xx.xx.2020-ci il tarixdan yenidən başlamışdır.Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən,məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 221.47 manat dövlət rüsumu məbləğinin 167.88 manatı və çəkilmiş xərcə görə 0.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı,ödənilmiş dövlət rüsumunun qalan 53.59 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır.Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki,hazırkı iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı xxxxnın xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx.xx.2014-cü il tarixli **********31914 nömrəli kredit müqaviləsi üzrə 12769.35 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 17% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1200.92 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 1300 ABŞ dolları təşkil edən cərimə borcu olmaqla,cəmi 15270.27 ABŞ dolları borc məbləği,167.88 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər və 0.40 manat xidmət haqqı məbləği tutulsun. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçı ASC "xxxx" Bankının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı xxxxndan və Cavabdeh müştərək qaydada xx.xx.2022-ci il tarixli №9/7831 nömrəli ekspert rəyinə əsasən 50 manat və xx.xx.2023-cü il tarixli №9/4138 nömrəli ekspert rəyinə əsasən 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu- 3,SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi,kod-210005,VÖEN- **********,müxbir hesab-AZ 41NABZ013 6010000**********,SWİFT BİK CTREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********,hesab AZ34CTRE ********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar