Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-142/2024 15.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nın Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2332 manat əsas, 769,22 manat faiz, 142,92 manat cərimə olmaqla cəmi 3244,14 manat borcun və 52,45 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QBKT MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 16 iyun 2023cü il tarixli **********0259 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yardılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 136 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd olunmuş kredit kartında təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 22 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC QBKT-na Cavabdeh 2332 manat əsas, 769,22 manat faiz, 142,92 manat cərimə olmaqla cəmi 3244,14 manat borcu yaranmışdır. İddaçı həmin borcun və 52,45 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nin hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 08 dekabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 16 iyun 2023-cü il tarixli **********0259 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş 24 ay müddətində 2400 manat əsas və 838 manat faiz olmaqla cəmi 3238 manat ödəməyi öhdəsinə götürmüşdür. - 22 noyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 16 iyun 2023-cü il tarixli **********0259 nömrəli kredit müqaviləsi üzrə 2332 manat əsas, 769,22 manat faiz və 142,92 manat cərimə borcu yaranmışdır. - 01 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 52,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 iyun 2023-cü il tarixli **********0259 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yardılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400 (iki min dörd yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 136 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 2400 manat əsas və 838 manat faiz olmaqla cəmi 3238 manat ödəməyi öhdəsinə götürmüşdür. 22 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 16 iyun 2023-cü il tarixli **********0259 nömrəli kredit müqaviləsi üzrə 2332 manat əsas, 769,22 manat faiz və 142,92 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC QBKT Cavabdeh cəmi 3244,14 manat məbləğində borcun və 52,45 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia təmin edilməli, Cavabdeh 2332 manat əsas, 769,22 manat faiz, 142,92 manat cərimə və 52,45 manat dövlət rüsumu olmaqla cəmi 3296,59 manat borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nın hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2332 manat əsas, 769,22 manat faiz, 142,92 manat cərimə və 52,45 manat dövlət rüsumu olmaqla cəmi 3296 (üç min iki yüz doxsan altı) manat 59 (əlli doqquz) qəpik borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-142/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-142/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver