Məhkəmə qərarları › İş №e-2(037)-1428/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1428/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1428/2022 28.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 28 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 679,18 manat əsas, 327,05 manat faiz borcu, 91,66 manat cərimə olmaqla, cəmi 1097,89 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31,38 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli 7875sGNDJ/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35 faizədək 20000 manat məbləğinədək kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən iddiaçı krediti cavabdehin mülkiyyətinə verməyi və cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 679,18 manat əsas, 327,05 manat faiz borcu, 91,66 manat cərimə olmaqla, cəmi 1097,89 manat pul vəsaitinin və 31,38 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, hərbçi olan xalası oğlunun kürəkəni ona iş yoldaşı Cavabdeh1 adlı şəxsin atasını itirdiyini, pula ehtiyacı olduğunu bildirərək sonuncunun kredit götürməsi üçün ondan zamin dayamasını xahiş etmişdir. O da qohumunun sözü ilə Cavabdeh1 hərbçi olduğuna və atasını itirdiyinə görə kredit götürməsi üçün zamin dayanmağa razılaşmış və bankla arasında 02 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin vaxtdan keçən müddət ərzində bir dəfə də olsun bankdan ona Cavabdeh1 kredit məbləğini ödəməməsi ilə bağlı heç bir məlumat verilməmişdir. Ancaq ünvanına göndərilmiş məhkəmə bildirişindən sonra zamin olduğu kredit müqaviləsi üzrə borcun yarandığı ona məlum olmuşdur. Cavabdeh1 hazırda Bakı şəhərində işləyir, rəsmi əmək haqqı alır. O isə birinci Qarabağ müharibəsi veteranı və ikinci dərəcə əlildir. Qeyd etdiklərinin nəzərə alınmasını, əsas borca hesablanmış cərimə məbləğinin azaldılmaqla və dövlət rüsumundan azad olunmaqla qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bundan sonra “Borcverən” adlandırılacaq "xxxx" Kommersiya Bankı ASC, müvafiq surətdə müvəkkil edilmiş nümayəndəsi X1 şəxsində və digər tərəfdən “Borcalan” adlandırılacaq Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli 7875sGNDJ/19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə illik 35 faizədək olmaq şərtilə 20000 manat məbləğinədək kredit limiti ayrılmışdır. Bundan sonra “Kreditor” adlandırılacaq "xxxx" Kommersiya Bankı ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən nümayəndəsi X1 şəxsində və ikinci tərəfdən “Borcalan” adlandırılacaq Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli Z 7875sGNDJ/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında borclunun 02 sentyabr 2020-ci il tarixli 7875sGNDJ/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. 06 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərdən kredit borcunun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30.98 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, 31.38 manat məbləğ ödənilmişdir. 03 oktyabr 2022-ci il tarixli BANK/PİKMD/1060995 saylı maliyyə arayışından görünür ki, 02 sentyabr 2020-ci il tarixli 7875sGNDJ/19 saylı kredit müqaviləsinə əsasən cavabdehin 03 oktyabr 2022-ci il tarixinə ümumi yaranmış borcu 1097,89 manat məbləğində olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli 7875sGNDJ/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35 faizədək 20000 manat məbləğinədək kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən iddiaçı krediti cavabdehin mülkiyyətinə verməyi və cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 679,18 manat əsas, 327,05 manat faiz borcu, 91,66 manat cərimə olmaqla, cəmi 1097,89 manat pul vəsaitinin və 31,38 manat dövlət rüsumunun alınmasını tələb edir. Cavabdeh1 məhkəmə proseslərinə gəlmədiyindən iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 iştirak etdiyi məhkəmə prosesində iddia tələbini qismən qəbul etdiyini, birinci Qarabağ müharibəsi veteranı və ikinci dərəcə əlil olmasının nəzərə alınmasını, əsas borca hesablanmış cərimə məbləğinin azaldılmaqla və dövlət rüsumundan azad olunmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə Cavabdeh1la bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürdüyündən, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 679.18 manat əsas, 327.05 manat faiz borcu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 02 sentyabr 2020-ci il tarixli 7875sGNDJ/19 saylı kredit müqaviləsi üzrə 679.18 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 91.66 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 67 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə ki, Cavabdeh2 tərəfindən təqdim olunmuş sənədlərlə onun ikinci qrup Qarabağ əlili və müharibə veteranı olması müəyyən olunmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh2 dövlət rüsumu ödəməkdən azad olduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31.38 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 1073.23 manat borc məbləği hissəsinə mütənasib olaraq 30.73 manat dövlət rüsumu məbləği Cavabdeh1 alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 0.65 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 679.18 manat əsas, 327.05 manat faiz borcu və 67 manat cərimə məbləği alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh1 30.73 manat dövlət rüsumu alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 0.65 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar