Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1431/2024 25.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 25 dekabr 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3005,47 manat əsas, 2,46 manat faiz, cəmi 3007,93 manat borcun və 50,07 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Rəfail Allahverdiyev iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə Cavabdeh2 arasında 24 fevral 2020-ci il tarixli 142 saylı güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 cəmi illik 1%-lə hesablanmaqla 3067,76 manat kredit borcu müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 ilə bağlanmış güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 24 fevral 2020-ci il tarixli 142 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bağlanmış 16 yanvar 2020-ci il tarixli 09-T saylı güzəştli borc müqaviləsi üzrə Cavabdeh2 iddiaçıya olan əsas borcu 3005,47 manat, faiz borcu 2,46 manat, cəmi borcu 3007,93 manat təşkil edir. Borclu Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 ilə bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdehlərdən müştərək qaydada 3005,47 manat əsas, 2,46 manat faiz, cəmi 3007,93 manat borcun və 50,07 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ötən məhkəmə iclasında ərizələr göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iş üzrə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 24 fevral 2020-ci il tarixli, 142 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə İddiaçı QSC BOKT-nın Şamaxı filialı ilə Cavabdeh2 arasında 24 fevral 2020-ci il tarixli, 142 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik 1.0% hesablanmaqla 60 ay müddətinə qaytarılması şərti ilə Cavabdeh2 3067,76 manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. 24 fevral 2020-ci il tarixli, 142 nömrəli zaminlik müqavilələrinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı ilə Cavabdeh2 arasında 24 fevral 2020-ci il tarixli, 142 saylı güzəştli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 21 iyun 2024-cü il tarixli, 250 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 31 iyul 2024-cü il tarixli məlumatın surətindən görünür ki, cavabdehlərin 24 fevral 2020-ci il tarixli, 142 nömrəli kredit müqaviləsi üzrə 31 iyul 2024-cü il tarixə 3005,47 manat əsas və 2,46 faiz, cəmi 3007,93 manat borcu vardır. 27 sentyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 50,07 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə İddiaçı QSC BOKT-nın Şamaxı filialı ilə Cavabdeh2 arasında 24 fevral 2020-ci il tarixli, 142 saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən illik 1.0% hesablanmaqla 60 ay müddətinə qaytarılması şərti ilə Cavabdeh2 3067,76 manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. 24 fevral 2020-ci il tarixli, 142 nömrəli zaminlik müqavilələrinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı ilə Cavabdeh2 arasında 24 fevral 2020-ci il tarixli, 142 saylı güzəştli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Cavabdehlərin 24 fevral 2020-ci il tarixli, 142 nömrəli kredit müqaviləsi üzrə 31 iyul 2024-cü il tarixə 3005,47 manat əsas və 2,46 faiz, cəmi 3007,93 manat borcu vardır. İddiaçı cavabdehlərdən müştərək qaydada 3005,47 manat əsas, 2,46 manat faiz, cəmi 3007,93 manat borcun və 50,07 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ötən məhkəmə iclasında ərizələr göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iş üzrə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3005,47 manat əsas borc, 2,46 manat faiz borcu və 50,07 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 3058 (üç min əlli səkkiz) manat tutularaq iddiaçı Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1431/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1431/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver