Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1452/2024 19.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3592,64 manat əsas, 802 manat faiz, 187,35 manat cərimə olmaqla cəmi 4581,99 manat borc məbləğinin və 65,82 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ - Bank Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2023-cü il tarixli **********0151 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4200 (dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 232 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Cavabdeh1 nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd olunmuş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 18 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latına 3592,64 manat əsas, 802 manat faiz, 187,35 manat cərimə olmaqla cəmi 4581,99 manat borcu yaranmışdır. İddaçı həmin borcun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ - Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 17 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 avqust 2023-cü il tarixli **********0151 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı tərəfindən Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş 24 ay müddətində 4200 manat əsas və 1355 manat faiz olmaqla cəmi 5555 5555 manat ödəməyi öhdəsinə götürmüşdür. - 15 avqust 2023-cü il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2023-cü il tarixli **********0151 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 4200 manat kreditlə əlaqədar olaraq Cavabdeh1 Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 18 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 15 avqust 2023-cü il tarixli **********0151 nömrəli kredit müqaviləsi üzrə 3592,64 manat əsas, 802 manat faiz, 187,35 manat cərimə borcu vardır. - 04 oktyabr 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 65,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı ilə cavabdeh X1 arasında bağlanmış 15 avqust 2023-cü il tarixli **********0151 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən olunmuş 24 ay müddətində 4200 manat əsas və 1355 manat faiz olmaqla cəmi 5555 5555 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit məbləği Cavabdeh1 nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd olunmuş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh1 3592,64 manat əsas, 802 manat faiz, 187,35 manat cərimə borcu vardır. İddiaçı cəmi 4581,99 manat borc məbləğinin və ödənilmiş 65,82 manat məbləğində dövlət rüsumunu müştərək qaydada cavabdehlərdən tələb edir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3592,64 manat əsas, 802 manat faiz, 187,35 manat cərimə və 65,82 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4647,81 manat məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3592,64 manat əsas, 802 manat faiz, 187,35 manat cərimə və 65,82 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4647 (dörd min altı yüz qırx yeddi) manat 81 (səksən bir) qəpik məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1452/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1452/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver