Məhkəmə qərarları › İş №e-2(037)-1458/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1458/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1458/2022 28.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Cavabdeh Əlı̇ yev Emı̇ n Əlı̇ yar oğlunun iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Əlı̇ yev Emı̇ n Əlı̇ yar oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 28 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Əlı̇ yev Emı̇ n Əlı̇ yar oğlundan (bundan sonra cavabdeh) 4932,14 manat əsas, 73 manat faiz borcu olmaqla, cəmi 5005,14 manat pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 70,46 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 100821-128740/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 6502,63 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faiz, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. 19 oktyabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4932,14 manat əsas, 73 manat faiz borcu olmaqla, cəmi 5005,14 manat pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 70,46 manat məbləğində borcu yaranmışdır. İddiaçı cavabdehdən 4932,14 manat əsas, 73 manat faiz borcu olmaqla, cəmi 5005,14 manat pul vəsaitinin və 70,46 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, kredit götürdükdən bir müddət sonra ödəniş etmişdir. Daha sonra nikahı məhkəmə qaydasında pozulmuş, məhkəmə tərəfindən aliment təyin olunmuşdur. 300 manat məbləğində aliment ödəyir. Hazırda İddiaçı ASC-yə 5000 manat borcu qalıb. O, kredit borcunu ödəməkdən imtina etmir. Müəyyən bir məbləğ təyin olunaraq əmək haqqına yönəlsə yaxşı olar. İş üzrə qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş: 10 iyun 2019-cu il tarixli 100821-128740/10 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 6502,63 manat məbləğində kredit verilmişdir. 10 iyun 2019-cu il tarixli 100821-128740/10 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 6502,63 manat əsas və 198,64 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. 04 oktyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə həmin məbləğin məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. 25 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 70,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, 70,46 manat ödənilmişdir. 19 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 10 iyun 2019-cu il tarixli 100821-128740/10 kredit müqaviləsinə əsasən 19 oktyabr 2022-ci il tarixinə cavabdehin 4932,14 manat əsas, 73 manat faiz borcu olmaqla, cəmi 5005,14 manat məbləğində borcu qalmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 100821-128740/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 6502,63 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faiz, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bank tərəfindən xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehdən 4932,14 manat əsas, 73 manat faiz borcu olmaqla, cəmi 5005,14 manat pul vəsaitinin və 70,46 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh kredit götürdükdən bir müddət sonra ödəniş etdiyini, daha sonra məhkəmə tərəfindən 300 manat məbləğində aliment təyin olunduğuna görə krediti ödəyə bilmədiyini, lakin kredit borcunu ödəməkdən imtina etmədiyini, kredit məbləğinin əmək haqqına yönəldilərək tutulmasını istədiyini və iş üzrə qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, 4932,14 manat əsas, 73 manat faiz borcu olmaqla, cəmi 5005,14 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70,46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Əlı̇ yev Emı̇ n Əlı̇ yar oğlundan 4932,14 manat əsas, 73 manat faiz borcu və 70,46 manat dövlət rüsumu – cəmi 5075 (beş min yetmiş beş) manat 60 (altmış) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar