Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1459/2025 11.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair mülki işə 11 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 RM/89759/A4/14 saylı, xx.xx.2024-cü tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24360,91 manat əsas, 3751,16 manat faiz borcu və 648,83 manat cərimə borcu olmaqla, cəmi 28760,09 manat borcun və ödənilmiş 172 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh2 banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə bank arasında xx.xx.2020-ci il tarixli L017/2020/14 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış RM/89759/A4/14 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 18 faiz olmaqla 24881 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış evi bankla xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh2 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin RM/89759/A4/14 saylı müqavilə üzrə banka 24360,91 manat əsas, 3751,16 manat faiz və 648,83 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək mülki işə iştirakı olmadan işdə mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehlər Cavabdeh2 izahat verərək göstərdi ki, hazırda borc məbləğini ödəməyə maddi imkanı çatmır. Bankdan möhlət istəyir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 izahat verərək göstərdi ki, bankdan möhlət istəyir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilənin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə 84 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 24 noyabr 2020-ci il tarixli reyestrdə 3m-466 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin və 26 noyabr 2020-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilənin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən, 84 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka prdmetinin dəyəri ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 100000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. 03 oktyabr 2022-ci il tarixli KE/26957/88/14 nömrəli 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 10 iyul 2024-cü il tarixli RM/89759/A4/14 nömrəli 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 24881 manat məbləğində kredit limiti ayrılmışdır. 20 avqust 2025-ci il tarixli 2167İB nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh1 xəbərdarlıq edilərək bildirilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi başladılmışdır. 20 avqust 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. 10 sentyabr 2025-ci il tarixli İB 2826 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Abşeron Ərazi İdarəsinə məlumat verilmişdir. 13 oktyabr 2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 24360,91 manat əsas, 3751,16 manat faiz və 648,83 manat cərimə borcu vardır. 16 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 172 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə 84 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 24 noyabr 2020-ci il tarixli reyestrdə 3m-466 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin və 26 noyabr 2020-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilənin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən, 84 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka prdmetinin dəyəri ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 100000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. 03 oktyabr 2022-ci il tarixli KE/26957/88/14 nömrəli 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit saziş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 10 iyul 2024-cü il tarixli RM/89759/A4/14 nömrəli 24 noyabr 2020-ci il tarixli L017/2020/14 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 24881 manat məbləğində kredit limiti ayrılmışdır. 20 avqust 2025-ci il tarixli 2167İB nömrəli bildirişlə Cavabdeh1 xəbərdarlıq edilərək bildirilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi başladılmışdır. 20 avqust 2025-ci il tarixli bildirişlə Cavabdeh2 borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. 10 sentyabr 2025-ci il tarixli İB 2826 nömrəli ərizəyə əsasən "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Abşeron Ərazi İdarəsinə məlumat verilmişdir. 13 oktyabr 2025-ci il tarixli arayış üzrə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 24360,91 manat əsas, 3751,16 manat faiz və 648,83 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi Cavabdeh2 RM/89759/A4/14 saylı 10 iyul 2024-cü tarixli kredit müqaviləsi üzrə 24360,91 manat əsas, 3751,16 manat faiz borcu, 648,83 manat cərimə borcunun tutulmasına dair hissədə təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin məzmununa əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir. Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1-ci maddəsinə əsasən müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2-ci maddəsinə əsasən icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4-cü maddəsinə əsasən bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış evinin ilkin satış (likvid) qiymətinin 100000 (bir yüz min) manat müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 100000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə ipoteka müqaviləsində tərəflərin razılığına əsasən müəyyən edilmiş fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 100000 (bir yüz min) manat məbləğində olması ilə razılaşır və həmin fərdi yaşayış evinin 100000 (bir yüz min) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi Cavabdeh2 məhkəməyə müraciət üçün ödənilmiş 172 manat dövlət rüsumunun tutulmasına dair hissədə də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 RM/89759/A4/14 saylı 10 iyul 2024-cü tarixli kredit müqaviləsi üzrə 24360,91 manat əsas, 3751,16 manat faiz borcu, 648,83 manat cərimə borcu və ödənilmiş 172 manat dövlət rüsumu – cəmi 28932 (iyirmi səkkiz min doqquz yüz otuz iki) manat 90 (doxsan) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış evinə tutulma yönəldilsin və həmin daşınmaz əmlak açıq hərracda satılsın. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942B, ev 92,94,96, mənzil 20 (Yeni qaydalarla AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış evinin ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən olunsun. İpoteka predmetinin satışından əldə olunan vəsait 28932 (iyirmi səkkiz min doqquz yüz otuz iki) manat 90 (doxsan) qəpik məbləğinin ödənilməsinə yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1459/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1459/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver