Məhkəmə qərarları › İş №e-2(037)-146/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-146/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-146/2024 23.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 23 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz - cəmi hər iki müqavilə üzrə 3010,43 manat və 50,1 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəsatətinə əsasən Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdur. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz - cəmi hər iki müqavilə üzrə 3010,43 manat və 50,1 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli kredit müqaviləsi və 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X3 41 ay müddətinə illik 22 %-lə 3100 manat kredit verilmişdir və tam kart müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 %-lə 300 manat kredit xətti açılmışdır. X4 15 yanvar 2023cü il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kazımova X6 Hüseynovadan qalan mirası qəbul etmiş və onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Yasamal filialı tərəfindən təqdim edilmiş 24 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 24 noyabr 2023-cü ilədək iddiaçıya nağd kredit üzrə ödənilməmiş 2655,78 manat əsas borcu, vəfat etdiyi tarixə 30,91 manat faiz borcu olmaqla, cəmi 2686,69 manat və kredit xətti üzrə 299,11 manat əsas, 24,63 manat faiz borcu olmaqla, cəmi 323,74 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlərdən kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz - cəmi hər iki müqavilə üzrə 3010,43 manat və 50,1 manat ödənilmiş dövlət rüsumu məbləğinin müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 izahat verərək göstərdi ki, anası Gülüstan Hüseynova ilə iddiaçı arasında 25 aprel 2022-ci il tarixdə kredit və tam kart müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən bağlanaraq 41 ay müddətinə 3100 manat kredit götürmüş və tam kart müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Kredit götürdükdən səkkiz ay sonra, yəni 15 yanvar 2023-cü il tarixdə anası vəfat etmişdir. Anasından qalan mirası qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.Kredit müqaviləsinin şərtinə görə hər ay 108 manat ödənilməlidir. Lakin həmin məbləğ yüksək olduğundan hər ay 50 manat ödəniş edə bilər. Qalan kredit borcunu birdəfəyə ödəmək iqtidarında deyil. Hər ay hissə-hissə ödəyəcəkdir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş - İddiaçı ilə X4 arasında bağlanmış 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Gülüstan Hüseynovaya 41 ay müddətinə illik 22 % ödəmək şərti ilə 3100 (üç min bir yüz) manat kredit verilmişdir. - 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X4 müqavilə ilə müəyyən edilmiş 41 ay müddətində cəmi 3100 manat əsas borc və 1336,48 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ilə X4 arasında bağlanmış 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli tam kart müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Gülüstan Hüseynovaya 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. - 03 fevral 2023-cü il tarixli AZ-İİ seriyalı 333908 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. - Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2V-623 reyestr nömrəli vərəsəlik işinin materallarından görünür ki, 15 yanvar 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən olunmuş və vərəsələrə 17 iyul 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 06 noyabr 2023-cü il tarixli 6-2-22/2-31380/2023 nömrəli bildirişin surətindən görünür ki, X4 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 24 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, tam kart müqaviləsi üzrə mərhum X2 24 noyabr 2023-cü il tarixədək iddiaçıya 299,11 manat əsas və 24,63 manat faiz borcu qalmışdır. - 24 noyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 50,19 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə X4 arasında bağlanmış 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Gülüstan Hüseynovaya 41 ay müddətinə illik 22 % ödəmək şərti ilə 3100 (üç min bir yüz) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Azada Adilova müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1063,04 manat əsas borc və faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı ilə X4 arasında bağlanmış 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli tam kart müqaviləsinə əsasən iddiaçı tərəfindən Gülüstan Hüseynovaya 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Gülüstan Hüseynova 15 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 17 iyul 2023-cü il tarixdə açılmış 2V-623 reyestr nömrəli vərəsəlik işinə əsasən 15 yanvar 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən edilmişdir. X5 kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz borcu qalmışdır. X8 vəfat etdiyindən 06 noyabr 2023-cü il tarixli bildirişlə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz və 50,1 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. Cavabdeh2 kredit borcunu birdəfəyə ödəmək iqtidarında olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X4 vəfat etdikdən sonra 25 aprel 2022-ci il tarixli kredit və tam kart müqavilələri üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X2 vəfatından sonra ondan qalan miras əmlakdan onun ailə üzvləri - hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri 1/3 pay almışlar. Ona görə də məhkəmə hesab edir ki, 25 aprel 2022-ci il tarixli kredit və tam kart müqavilələri üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X4 ilə iddiaçı arasında bağlanmış 25 aprel 2022-ci il tarixli kredit və tam kart müqavilələdə nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz borcu da bilavasitə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 50,1 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli kredit müqaviləsi üzrə 2655,78 manat əsas, 30,91 manat faiz, 25 aprel 2022-ci il tarixli BPM**********75 nömrəli tam kart müqaviləsi üzrə 299,11 manat əsas, 24,63 manat faiz - cəmi hər iki müqavilə üzrə 3010,43 manat və 50,1 manat ödənilmiş dövlət rüsumu – ümumilikdə 3060 (üç min altmış) manat 53 (əlli üç) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar