Məhkəmə qərarları › İş №e-2(037)-1461/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1461/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1461/2025 05.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında 05 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, Cavabdeh 2500,00 (iki min beş yüz) manat sığorta ödənişi məbləğinin və 45,00 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545,00 (iki min beş yüz qırx beş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları xx.xx.2024-cü il tarixində “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İsmayıllı rayonu,Cülyan kəndində yolnəqliyyat hadisəsi törətmiş, “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İsmayıllı rayonu,Cülyan kəndində yol-nəqliyyat hadisəsi törətmiş, “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2500,00 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı ünvanımıza İsmayıllı Rayon Məhkəməsinin Qərarı daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş, nəticədə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı (sürücülük vəsiqəsi olmadan) qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, AS-25/1615 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərər 2500,00 (iki min beş yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixli “Sığorta aktı”na əsasən 2500,00 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 hesabına Köçürülmüşdür. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2500,00 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 45,00 (qırx beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermədiyini qeyd edib, hazırda heç yerdə işləmədiyini, ona görə hesablanmış pul məbləğini ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Həmçinin özünün birinci və ikinci Qarabağ müharibəsində iştirak edərək veteran olmasını vurğulayaraq, ona qanunla müəyyən edilmiş qaydada güzəştin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli, PAA********** saylı sığorta şəhadətnaməsindən müəyyən olunur ki, X2 məxsus buraxılış ili 1985-ci il olan “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-ci il tarixdə 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 (beş min) manat məbləğində sığortalanmışdır. Dəymiş zərərə dair aktdan müəyyən olunur ki, “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 2500,00 (iki min beş yüz) manat məbləğində müəyyən edilmişdir. İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 16:00-da İsmayıllı rayonu,Cülyan kəndində “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X2 2500,00 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 81953 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu,Cülyan kəndində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 2500 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi X1 hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, AS-25/1615 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh subroqasiya qaydasında ödənilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin 15 (on beş) iş günü müddətində "xxxx" ASC-yə ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 23.1 Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6 sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; 25.1 Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8 Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia tələbini, cavabdehin izahatını, iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İsmayıllı rayonu,Cülyan kəndində yol-nəqliyyat hadisəsi törətmiş, “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2500 manat maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş, nəticədə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “Sığorta aktı”na əsasən 2500,00 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi “Vaz 21154” markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 hesabına 2500,00 (iki min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilindiyindən, hüquqa zidd əməllər nəticəsində dəymiş zərər sığortaçı tərəfindən zərəkçəkmişə ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçdiyindən 2500,00 (iki min beş yüz) manat məbləğində vurulmuş zərər və 45,00 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,00 (qırx beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 384-6.1, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500,00 (iki min beş yüz) manat sığorta ödənişi məbləğinin və 45,00 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545,00 (iki min beş yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar