Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1483/2024 25.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 140,61 manat əsas, 8,1 manat faiz və 30,4 manat ödənilmiş dövlət rüsumu, cəmi 179,11 manat borc məbləğini alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 26 oktyabr 2022-ci il tarixdə 729-TMP-0441-22 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 880 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 03 oktyabr 2024-cü il tarixə 140,61 manat əsas və 8,1 manat faiz borcu yaranmışdır. Cavabdehə xəbərdarlıqlar olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı 140,61 manat əsas, 8,1 manat faiz və 30,4 manat ödənilmiş dövlət rüsumu, cəmi 179,11 manat borc məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 729-TMP-0441-22 nömrəli 26 oktyabr 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 34 %-lə 18 ay müddətinə 880 (səkkiz yüz səksən) manat kredit verilmişdir. - 729-TMP-0441-22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 880 manat əsas və 256,2 manat faiz olmaqla cəmi 1136,2 manat məbləğinin iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - 04 sentyabr 2024-cü il tarixli 4368/23 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehdən 26 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin 05 gün ərzində iddiaçının hesabına ödənilməsi tələb olunmuşdur. -03 oktyabr 2024-cü il tarixli MA-0038544-24 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 729-TMP-0441-22 nömrəli 26 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 03 oktyabr 2024-cü il tarixə 140,61 manat əsas, 8,1 manat faiz - cəmi 148,71 manat borcu qaldığı qeyd olunmuşdur. - 09 oktyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 729-TMP-0441-22 nömrəli 26 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 34 %-lə 18 ay müddətinə 880 (səkkiz yüz səksən) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 880 manat əsas və 256,2 manat faiz olmaqla cəmi 1136,2 manat məbləğinin iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 140,61 manat əsas və 8,1 manat faiz borcu yaranmışdır. İddiaçı cəmi 148,71 manat borcu və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 140,61 manat əsas, 8,1 manat faiz və 30,4 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 179,11 manat məbləği alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 140,61 manat əsas, 8,1 manat faiz və 30,4 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 179 (bir yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik məbləği alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1483/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1483/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver