Məhkəmə qərarları › İş №e-2(037)-15/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-15/2023

27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-15/2023 27.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar Əmı̇ rov Ası̇ m Ağakərı̇ m oğlu və Əlı̇ zadə Həmı̇ d Rası̇ m oğlunun cavabdehlər Hüseyı̇ nov Ehtı̇ yac Həsən oğlu və Hüseyı̇ nov Etı̇ bar Ehtı̇ yac oğluna qarşı əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 27 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 9390 (hər iddiaçıya münasibətdə 4695 manat) manat pulun və 200 (hər iddiaçıya münasibədə 100 manat) manat mediasiya xərcinin, 14 manat dövlət rüsumunun və 1000 (hər iddiaçıya münasibətdə 500 manat) vəkil xərcinin alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər İsmayıllı rayon sakinləridir. X6 rayon Prokurorluğunda dəftərxana müdiri vəzifəsində işləyir. 20020-ci ilin sonlarında İsmayıllı rayonu ərazisində şəxsi fermer təsərrüfatı qurmaq məqsədi ilə xaricdən südlük inək cinslərini gətirmək qərarına gəlmişlər və bu məsələdə Kənd Təsərrüfatə nazirliyində müvafiq dpövlət proqramının olması barədə onlara bildirmişlər. Lakin söügedən nazirlikdə və onun struktur bölmələrində onlara yaxın adamların olmaması səbəbindən məcburiyyət qarşısında qlaraq hazırki iş üzrə cavabdehlərə bu məsələdə onlara kömək etmələrini xahiş etmişlər. Belə ki, hazırki tələb üzrə cavabdeh X3 rayon prokurorluğunun inzibati binasının 1-ci mərtəbəsində yerləşən iş otağında digər Cavabdeh2 yanında onlarla 2020-ci ilin dekabr ayında görüşərək bu işdə onlara kömək etmələrini bildirərək cəm şəkildə onlardan 21950 manat pul almışdır. Həmin pul vəsaitinin 10795 manatı İddiaçı2, qalan məbləğ isə İddiaçı1 məxsus olmuşdur. Cavabdehlər onları əmin etmişdir ki, verdikləri pulun qarşılığında qeyd edilən məsələni tez bir zamanda həll edəcəklər. Lakin hazırki vaxtadək cavabdehlər sözlərinin üstündə durmayaraq, heç bir iş görməyərək pulun bir hissəsini, yəni 12200 manat məbləği onlara qatarmış, qalan 9390 manat pulu qaytarmamışlar. Həmin pulu tələb edən zaman cavabdehlər həmin pulları başqa şəxsə verdiklərini, lakin həmin şəxs işləri vaxtında həll etmədiyini, eyni zamanda pulu qaytarmadığını, bu səbəbdən onlara pul verə bilmədiklərini bəhanə gətirərək, pulu qaytarmaqdan imtina etmişlər. Bununla bağlı cavabdehlərlə dəfələrlə görüşərək məsələni məhkəmədən kənar həll etmələrini təklif etsələr də heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, cavabdeh X7 rayon prokurorluğunda dəftərxana müdiri vəzifəsində işləyərək oğlu ilə birləşərək onlara qarşı qanunsuz əməllər edərək cinayət məsuliyyəti daşıyırlar. Ona görə də barələrində xüsusi qəradad çıxarılmaqla prokurorluğa məlumat verilməlidir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, öz adına “Fermerin dostu” yaradaraq kənd təsərrüfatı məhsulları istehsalı qərarına gələrək südlük cins inək və keçilər gətirərək onları saxlayıb gəlir əldə etmək üçün işə başlamış və bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayonu üzrə X10 Mərkəzinin rəisi Rövşən Yəhyayevə müraciət etmiş, onun tərəfindən KTN-nin heyvandarlığın təşkili və monitoring şöbəsinin müdiri Eldar Həsənova istinadən onlara verdiyi məlumata əsasən müvafiq təchizatçı qismində Allahverdi Rüstəmov adlı şəxslə tanış olmuşlar. Həmin şəxslərlə görüşüb məqsədlərini onlara bildirdikdən sonra A.Rüstəmov onlara uyğun tövlə lazım olacağını bildirmiş, bu məqsədlə 25000 manat xərc çəkərək 400 M2 köhnə anbar binasını təmir edib ora su, elektrik xətti çəkərək ayrı-ayrı sektorlara bölüb heyvanların saxlanması üçün şərait yaratmışlar. A.Rüstəmov həmin tövləyə baxıb ərazinin kiçik olduğunu, burada ancaq keçi saxlana biləcəyini bildirdikdən sonra, onlar Ağabaş kəndində sabiq bələdiyyə sədrinə məxsus olan 300 başlıq inək fermasını təmizləyərək ora da 3000 manat xərc çəkmişlər. Bütün bu hadisələr 2020-ci ilin sentyabr ayından sonrakı dövrlərə təsadüf edir. Tövlələr hazır olduqdan sonra A.Rüstəmov gətiriləcək heyvanların dəyərinin bir qisminin əvvəlcədən ödənilməsinin vacib olduğunu bildirdikdən sonra, o əvvəllər tanımadığı İddiaçı2 və İddiaçı1 onun (Cavabdeh2) yanına gələrək cins heyvan almaq istədiklərini öyrəndiklərini və onların da həmin heyvanları almaq istədiklərini bildirmişlər. Bu məqsədlə iddiaçılara A.Rüstəmovla telefon əlaqəsi yaratmaları bildirilmiş, iddiaçılar A.Rüstəmovla danışdıqdan sonra ona 21590 manat pul göndərmək qərarına gəlmişlər. Həmin pul A.Rüstəmova çatdırmaq üçün ona verilmiş, o isə Milliön elektron ödəmə vasitəsi ilə ödəyib qəbzlərini isə iddiaçılara vermişdir. Bundan başqa onlar da cins heyvanların gətirilməsi üçün A.Rüstəmova əlbəəl 26000 manat pul ödəmişlər. Lakin heyvanlar söz verildiyi vaxtda gətirilmədiyindən onlar A.Rüstəmovdan verdiyi pulları geri almaq qərarına gəlmişlər. Belə ki, onlar A.Rüstəmova verdikləri puldan 30000 manatını geri almışlar, yerdə qalan 17400 manat pulu isə ala bilməmişlər. Bununla əlaqədar heç bir nəticə olmadığından bu barədə DİN-nə müraciət etmiş, şikayətlə bağlı İsmayıllı rayon polis şöbəsində araşdırılma aparılmış və heç bir nəticə əldə edilməmişdir. Lakin iddiaçılar bütün bunları iddia ərizələrində göstərməyərək, İsmayıllı rayon Prokurorluğunda işləyən atasını şantaj edərək onlardan pul qoparmaq istəyirlər. X4 ödəmiş olduğumuz 47000 manat puldan əlavə aldadılaraq tövlə hazırlanması üçün xərcləmiş olduğumuz 28000 manat pulu tələb etməmiş, A.Rüstımovdan çətinliklə aldığımız 30000 manat puldan 12200 manatını iddiaçılara vermişlər. Göründüyü kimi onların iddiaçılara ümumiyyətlə borcu olmamış, o sözügedən pulu A.Rüstəmova iddiaçıların özlərinin istəyi ilə vermişdir. Belə olan halda onlar hazırki iddia tələbi üzrə cavabdeh ola bilməzlər. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər cavabdeh X5 eyni məzmunlu ifadə verdi və əlavə olaraq bildir ki, iddiaçıların ona iş otağında pul vermələri yalandır. Belə ki, o, iddiaçılarla ümumiyyətlə görüşməmiş, bu barədə danışmamış, sözügedən məsələlər yalnız onun oğlunun vasitəsi ilə aparılmışdır. İddiaçıların istəyi onun prokurorluqda dəfətxana müdiri işləməsindən təsir vasitəsi kimi istifadə edərək A.Rüstəmova öz istəkləri ilə oğlu tərəfindən verilmiş pulun geri qaytarılmasıdır. O hazırda işindən məhz iddiaçıların şikayəti əsasında azad edilmişdir və iddiaçılara qarşı işgüzar nüfuzun müdafiəsi ilə bağlı gələcəkdə məhkəməyə müraciət edəcəkdir. Ona görə də iddianın rədd olunmasını və iddiaçılar haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. 13 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, Respublikaya kənd təsərrüfatı xətti ilə damazlıq heyvanlar və kənd təsərrüfatı texnikası gətirmə işi məşğul olmuşdur. Təxminən 2021-ci ilin əvvəllərində iddiaçılar özləri qaynar xətt vasitəsi ilə ona zəng edərək, damazlıq heyvan lazım olduğunu bildirdikdə, Etibar gilin rayonda fermalarının olduğunu, ora baxış keçirdiyini və bu işləri orada görəcəyini bildirmiş və onlardan əvvəl tanıdığı Etibar adlı şəxslə əlaqə saxlamasını, lazım olan pul məbləğini onun vasitəsi ilə poçt və ya köçürmə yolu ilə onun hesabına göndərməsini bildirmişdir. Dəqiq tarixini xatırlamadığı vaxtlarda hissə-hissə Etibar onun hesabına ümumilikdə 21950 manat pul göndərmişdir. Artıq müəyyən proseslər tamamlanmışdır və yaxın zamanlarda cins malların gətizidilməsi təmin ediləcəkdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, 10 ədəd milliön ödəmə sistemidən çıxarışdan görünür ki, 11-1201.2022-ci il tarixlərdə müxtəlif məbləğlərdə X1 hesabına ümumilikdə 21950 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçılar 2020-ci ilin sonlarında İsmayıllı rayon ərazisində fermer təsərrüfatı qurmaq məqsədi ilə Cavabdeh2 müraciət etmiş və xaricdən südlük inək cinslərinin gətirilməsi işində Kənd Təsərrüfatı Nazirliyinin onlara yardım etməsi barədə vasitəçilik etməsini xahiş etmişlər. Cavabdeh2 isə sözügedən məsələ ilə bağlı iddiaçılara köməklik göstərməsi üçün onlara Allahverdi adlı şəxslə əlaqə yaratmalarını bildirmiş, iddiaçılar A.Rüstəmovla əlaqə yaratdıqdan sonra bu işin görülməsi üçün ümumilikdə 21.950 manat pulun onun Cavabdeh2 vasitəsi ilə ona göndərilməsini bildirmişdir. Bu hal işin mübahisə doğurmayan tərəfidir. Belə ki, Etibar Hüseynov həmin məbləği aldığını, lakin Allahverdi Rüstəmov adlı şəxsə göndərdiyini bildirməklə, bu barədə qəbzləri şəxsən iddiaçılara verdiyini bildirir. Lakin A.Rüstəmovla sövdələşmələri baş tutmadığından, yəni cins malların gətizdirilməsi prosesi gecikdiyindən iddiaçılardan aldınaraq A.Rüstəmova göndərilmiş pulun bir hissəsi yəni, 12200 manat məbləğində pul iddiaçılara qaytarılmış, qalan məbləğin isə qaytarılmamışdır. Cavabdeh qalan məbləğin qaytarılmamasını Allahverdi Rüstəmovdan ala bilməməsi ilə əsaslandıraraq, əslində isə onun belə bir öhdəliyinin olmadığını, sırf insanlıq naminə bunu etdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə ki, iddia ərizəsini və ərizəyə etirazı qarşılıqlı təhlil zamanı müəyyən edilir ki, tərəflərin niyyətləri cins mallar gətizdirərək onları saxlayıb gəlir əldə etmək olmuşdur. Belə olan halda iddiaçılar bu işlə məşğul olmaq fikrində olan cavabdehlərlə tanış olmuş, sözügedən işdə onlara köməklik etmələrini bildirmişlər. Bu barədə müxtəlif şəxslərlə əlaqələr yaradılmış, nəticədə cins malların gətizdirilməsində təchizatçı qismində Allahverdi Rüstəmov adlı şəxslə tanış olmuşlar. Məhz tanışlıqdan sonra iddiaçılar cavabdehə şifahi tapşırıq əsasında Allahverdi Rüstəmova çatdırılmaq üçün müəyyən məbləğ pul vermiş və həmin pul məbləği isə cavabdeh tərəfindən A.Rüstəmova göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, tapşırığa əsasən iddiaçılar cins malların əldə edilib saxlanması fəaliyyəti ilə məşğul olmaq istəyən Cavabdeh2 cins heyvanların onlar üçün gətirilməsinin təmin edilməsi üçün ona iddiaçılar tərəfindən verilmiş 21950 manat məbləğində pulu Allahverdi Rüstəmova göndərilməsi tapşırılmışdır. Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməklə həmin pulu ona göndərmişdir. (Qəbzlər əlavə edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 779.1-ci-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunverici vəkalət alanın məsuliyyətinin əsasını göstərməklə tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi kimi qiymətləndirmişdir. Hazırki mübahisə üzrə isə cavabdeh iddiaçlardan aldığı pul vəsaitini Allahverdi Rüstəmova göndərməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən Allahverdi Rüstəmov da iddiaçılar tərəfindən ona zəng edildiyini və görmək istədikləri iş müqabilində lazım olacaq məbləği hazırki tələb üzrə cavabdehin vasitəsi ilə ona göndərilməsini və bu barədə artıq cavabdehin də məlumatının olamsını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Məhkəmə hazırki iddia üzrə tələbə cavab verməli olmayan cavabdehin əsil cavabdeh ilə əvəz edilməsini tərəflərlə müzakirə etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə, tərəflərlə iddiaçının əsil iddiaçı ilə əvəz edilməsi məsələsini müzakirə etmiş, iddiaçılar bu barədə yazılı razılıq təqdim etməyərək, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Belə ki, iddiaçılar hazırki tələbi Allahverdi Rüstəmova qarşı irəli sürməli olduqları halda, sözügedən mübahisə üzrə tapşırıq müqaviləsi əsasında öz öhdəliyini yerinə yetirərək ona verilmiş pul məbləğini tapşırıq üzrə ünvan sahibinə göndərən cavabdehə/cavabdehlərə qarşı iddia irəli sürmüşdür ki, bu hal əsassızdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X5 və Cavabdeh2 qarşı pul tələbi üzrə cavabdeh ola bilməyən şəxsə qarşı verildiyindən təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 200(hər bir iddiaçıya nisbətdə ayrı ayrılıqda 100 manat) manat mediasiya xərcinin də iddiaçıların özlərinə aid edilməsini də əsaslı hesab edir. Mediasiya haqqında Azərbaycan Respublı̇ kasının Qanunu 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun mənasından da göründüyü kimi, mediasiyaya çəkilmiş xərclərin ödənilməsi tərəflərin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü sözügedən mülki iş üzrə cavabdehlər hazırki tələb üzrə idda tələbinin yönəldiyi şəxslər olmadığından, yəni iddaya cavab verməli şəxslər olmadığından, tərəf hesab edilə bilməzlər və dolayısı ilə Mediasiya haqqında Azərbaycan Respublı̇ kasınınQanunu 36.5-ci maddəsinin tətbiq dairəsinə düşmürlər. Belə olan halda iddiaçılar tərəfindən ödənilmiş mediasiya xərci də onların özlərinə aid edilmədlidir. Eyni zamanda iddia tələbi təmin edilmədiyi üçün iddiaçılar tərəfindən vəkilə ödənilmiş xərclər də iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə, cavabdeh Ehtiyac Hüseynovun əməlində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X5 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu, mediasiya və vəkil xərcləri iddiaçıların özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar