Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1504/2024 03.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2123,75 manat əsas, 0,35 manat faiz borcu olmaqla, cəmi 2124,1 manat borcun və 41,24 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh3 arasında 17 fevral 2020-ci il tarixli 133 saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 3231,6 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şamaxı filialı ilə X1 arasında 17 fevral 2020-ci il tarixli 133 və 133-1 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqavilənin şərtlərinə əməl etməmişdir. 17 fevral 2020-ci il tarixli 133 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh3 2123,75 manat əsas, 0,35 manat faiz borcu olmaqla, cəmi 2124,1 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq nəticə əldə olunmamış, borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehlərdən müştərək qayadada cəmi 2124,1 manat borcun və 41,24 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 28 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17 fevral 2020-ci il tarixli 133 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh3 3231,6 manat məbləğində güzəştli kredit verilmişdir. Kredit məbləği illik 1 faiz dərəcəsi ilə 5 (beş) il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilmişdir. - 17 fevral 2020-ci il tarixli 133 və 133-1 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 17 fevral 2020-ci il tarixdə bağlanmış 133 saylı kredit müqaviləsi əsasında Cavabdeh3 veriləcək 3231,6 manat kreditlə əlaqədar olaraq Cavabdeh3 Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 və Cavabdeh1 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. - 21 iyun 2024-cü il tarixli 252 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yaranmış kredit borcunun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - Cavabdeh3 31 iyul 2024-cü il tarixə olan kredit borcu barədə məlumatdan görünür ki, onun 17 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2123,75 manat əsas, 0,35 manat faiz olmaqla cəmi 2124,1 manat borcu qalmışdır. - 27 sentyabr 2024-cü il tarixli 66354624 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 41,24 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh3 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 133 saylı Güzəştli Kredit müqaviləsinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3231,6 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqavilələri ilə Cavabdeh2 və Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və zaminlik müqavilələrinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdehlər müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq müqavilə şərtlərini yerinə yetirməmişlər. Nəticədə Cavabdeh3 iddiaçıya 2123,75 manat əsas, 0,35 manat faiz borcu olmaqla, cəmi 2124,1 manat borcu yaranmışdır. İddiaçı cəmi 2124,1 manat borcu və ödənilmiş 41,24 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2123,75 manat əsas, 0,35 manat faiz borcu olmaqla, cəmi 2124,1 manat borcun və 41,24 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2123,75 manat əsas, 0,35 manat faiz və 41,24 manat dövlət rüsumu olmaqla cəmi 2165 (iki min bir yüz altmış beş) manat 34 (otuz dörd) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1504/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1504/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver