Məhkəmə qərarları › İş №e-2(037)-1530/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1530/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1530/2025 01.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının Cavabdeh qarşı borc tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) **********1062 saylı kredit müqaviləsi üzrə 465,89 manat əsas, 2,49 manat faiz olmaqla cəmi 468,38 manat, **********1072 saylı kredit müqaviləsi üzrə 382,19 manat əsas, 2,24 manat faiz olmaqla cəmi 384,43 manat məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 noyabr 2019cu il tarixli **********1062 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, cavabdehin vaxtı keçmiş əsas kredit borcu bu Müqavilə imzalanan tarixə 813,18 manat, həmçinin eyni tarixli **********1072 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 734,71 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1062 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,7 manat, dörd il müddətində isə hər ay 17,29 manat, **********1072 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,63 manat, dörd il müddətində isə hər ay 15,63 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 06 oktyabr 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin kredit borcu **********1062 saylı kredit müqaviləsi üzrə 465,89 manat əsas, 2,49 manat faiz olmaqla cəmi 468,38 manat, **********1072 saylı kredit müqaviləsi üzrə 382,19 manat əsas, 2,24 manat faiz olmaqla cəmi 384,43 manat təşkil edir. İddiaçı həmin borc məbləğlərinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 04 noyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 07 noyabr 2019-cu il tarixli **********1062 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 1 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 813,18 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 813,18 manat əsas və 25,2 manat faiz olmaqla cəmi 838,38 manat ödəməyi öhdəsinə götürmüşdür. - 07 noyabr 2019-cu il tarixli **********1072 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 1 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 734,71 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 734,71 manat əsas və 22,72 manat faiz olmaqla cəmi 757,43 manat ödəməyi öhdəsinə götürmüşdür. - 16 sentyabr 2025-ci il tarixli 2025/999/ nömrəli xəbərdarlıqların surətindən görünür ki, cavabdehdən kredit müqavilələri üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - 06 oktyabr 2025-ci il tarixli maliyyə arayışlarının surətlərindən müəyyən edilir ki, cavabdehin **********1062 nömrəli kredit müqaviləsi üzrə 465,89 manat əsas, 2,49 manat faiz, **********1072 nömrəli kredit müqaviləsi üzrə 382,19 manat əsas, 2,24 manat faiz borcu vardır. - 27 oktyabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli **********1062 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 1 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 813,18 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 813,18 manat əsas və 25,2 manat faiz olmaqla cəmi 838,38 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanılmış 07 noyabr 2019-cu il tarixli **********1072 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 1 faiz dərəcəsi ilə 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə 734,71 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 734,71 manat əsas və 22,72 manat faiz olmaqla cəmi 757,43 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı cavabdehdən **********1062 saylı kredit müqaviləsi üzrə 465,89 manat əsas, 2,49 manat faiz olmaqla cəmi 468,38 manat, **********1072 saylı kredit müqaviləsi üzrə 382,19 manat əsas, 2,24 manat faiz olmaqla cəmi 384,43 manat borc məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmşlər. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh **********1062 saylı kredit müqaviləsi üzrə 465,89 manat əsas və 2,49 manat faiz, **********1072 saylı kredit müqaviləsi üzrə 382,19 manat əsas və 2,24 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 882,81 manat məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh **********1062 saylı kredit müqaviləsi üzrə 465,89 manat əsas və 2,49 manat faiz, **********1072 saylı kredit müqaviləsi üzrə 382,19 manat əsas və 2,24 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 882 (səkkiz yüz səksən iki) manat 81 (səksən bir) qəpik məbləği alınaraq İddiaçı Məhdud Məsulı̇ yyətli Qeyrı̇ Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar