Məhkəmə qərarları › İş №e-2(037)-1535/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1535/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1535/2024 13.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il tarixli 054GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.034,57 (bir min otuz dörd manat 57 qəpik) manat əsas borc, 1,00 (bir manat 00 qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 2,52 (iki manat 52 qəpik) manat faiz borcu umumilikdə 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat və iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 054GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli 476 NSFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1.945,80 (bir min doqquz yüz qırx beş manat 80 qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 23 avqust 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, 12-5/2-B-21-1503/2024 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixinə kredit üzrə cəmi borcu 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat təşkil edir ki, bununda 1.034,57 (bir min otuz dörd manat 57 qəpik) manat əsas borcu, 1,00 (bir manat 00 qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan faiz məbləği 2,52 (iki manat 52 qəpik) manat borcudur. Cavabdehlərdən həmin məbləğin və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli 054GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli 476 NSFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1.945,80 (bir min doqquz yüz qırx beş manat 80 qəpik) manat məbləğində kredit verilmişdir. -23 avqust 2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə hər ay 41,37 manat olmaqla 1945,80 manat əsas, 59,44 manat faiz – cəmi 2005,24 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli, 12-5/2-B-21-1503/2024 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlərdən kredit borcunun beş iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. - 13 sentyabr 2024-cü il tarixli 2-5 İ 2-8-21 -1 50 4 | 2024 nömrəli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.034,57 (bir min otuz dörd manat 57 qəpik) manat əsas borc, 1,00 (bir manat 00 qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 2,52 (iki manat 52 qəpik) manat faiz borcu umumilikdə 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat borcu qaldığı qeyd olunmuşdur. -06 noyabr 2024-cü il tarixli **********82 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 054GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli 476 NSFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1.945,80 (bir min doqquz yüz qırx beş manat 80 qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 23 avqust 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, 12-5/2-B-21- 1503/2024 saylı bildiriş bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixinə kredit üzrə cəmi borcu 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat təşkil edir. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat manat məbləğində borcun və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.034,57 (bir min otuz dörd manat 57 qəpik) manat əsas borc, 1,00 (bir manat 00 qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 2,52 (iki manat 52 qəpik) manat faiz borcu umumilikdə 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat və iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.034,57 (bir min otuz dörd manat 57 qəpik) manat əsas borc, 1,00 (bir manat 00 qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan 2,52 (iki manat 52 qəpik) manat faiz borcu umumilikdə 1.038,09 (bir min otuz səkkiz manat 09 qəpik) manat və iş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar