Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1575/2025 15.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Kommersiya Bankı ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) iddiaçı ilə X6 arasında bağlanılmış 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 nömrəli kredit müqaviləsi üzrə 1677,47 manat əsas, 23,47 manat faiz olmaqla cəmi 1700,94 manat borcun və 37,41 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X6 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 20 % ödəmək şərti ilə 2400 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. X6 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin məlumatına əsasən X4 vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisi olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehdən iddiaçı ilə X6 arasında bağlanılmış 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 nömrəli kredit müqaviləsi üzrə 1677,47 manat əsas, 23,47 manat faiz olmaqla cəmi 1700,94 manat borcun və 37,41 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 18 noyabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 nömrəli kredit müqaviləsinin və çıxarışın surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 29 iyun 2025-ci il tarixədək illik 20 % olmaq şərtilə 2400 manat məbləğində kredit verilmişdir. - 22 sentyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, X2 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 nömrəli kredit müqaviləsi üzrə 22 sentyabr 2023-cü il tarixə yaranmış 1677,47 manat əsas, 23,5 manat faiz, 0 manat cərimə olmaqla cəmi 1700,97 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 333914 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. - “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 07 fevral 2023-cü il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsi xx xxx 1992-ci il tarixdə anadan olmuş Cavabdehdır. - 10 sentyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı ilə X6 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 34sİSMLb/21 saylı kredit müqaviləsinə əsasən 100,18 manat və 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 nömrəli kredit müqaviləsinə əsasən 1700,94 manat ödənilməmiş qalan borc məbləğinin beş iş günü müddətində tam şəkildə ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 10 sentyabr 2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X5 111nkİSMLb/21 nömrəli kredit müqaviləsi üzrə 10 sentyabr 2025-ci il tarixə 1677,47 manat əsas, 23,47 manat faiz olmaqla cəmi 1700,94 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 17 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37,41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X7 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 20 % ödəmək şərti ilə 2400 manat məbləğində kredit verilmişdir. X7 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. “Elektron notariat” X1 çıxarışına əsasən X5 qanun üzrə vərəsəsi xx xxx 1992-ci il tarixdə anadan olmuş Cavabdehdır. 10 sentyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən X5 111nkİSMLb/21 nömrəli kredit müqaviləsi üzrə 10 sentyabr 2025-ci il tarixə 1677,47 manat əsas, 23,47 manat faiz olmaqla cəmi 1700,94 manat borcu vardır. Borc məbləğinin beş iş günü müddətində tam şəkildə ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı cavabdehdən "xxxx" KB ASC ilə X7 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 saylı kredit müqaviləsi üzrə 1677,47 manat əsas, 23,47 manat faiz olmaqla cəmi 1700,94 manat borcun və 37,41 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X7 vəfat etdikdən sonra 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 saylı kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, cavabdehin 04 avqust 2023-cü il tarixli ərizəsinə əsasən İsmayıllı rayon notariat ofisi tərəfindən 07 fevral 2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. Ona görə də məhkəmə hesab edir ki, 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 saylı kredit müqaviləsi üzrə X5 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə Cavabdeh üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X7 ilə iddiaçı arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 111nkİSMLb/21 saylı kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığı üçün qeyd olunan kredit müqaviləsi üzrə 1677,47 manat əsas və 23,47 manat faiz borcu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehdən 37,41 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1677,47 manat əsas, 23,47 manat faiz və 37,41 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1738 (bir min yeddi yüz otuz səkkiz) manat 35 (otuz beş) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1575/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1575/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver