Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-159/2025 14.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli QBKT-nın Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli QBKT-ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 764,28 manat əsas, 131 manat faiz, 46,69 manat cərimə olmaqla cəmi 941,97 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MM QBKTnın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli **********0590 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yardılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 69 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd olunmuş kredit kartında təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 20 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MM QBKT-na Cavabdeh 764,28 manat əsas, 131 manat faiz, 46,69 manat cərimə olmaqla cəmi 941,97 manat borcu yaranmışdır. İddiaçı həmin borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli QBKT-nin hesabına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 11 dekabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 oktyabr 2023-cü il tarixli **********0590 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş 18 ay müddətində 1000 manat əsas və 238 manat faiz olmaqla cəmi 1238 manat ödəməyi öhdəsinə götürmüşdür. - 20 noyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 30 oktyabr 2023-cü il tarixli **********0590 nömrəli kredit müqaviləsi üzrə 764,28 manat əsas, 131 manat faiz və 46,69 manat cərimə borcu yaranmışdır. - 03 dekabr 2024-cü il tarixli **********53 nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli **********0590 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yardılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 69 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 1000 manat əsas və 238 manat faiz olmaqla cəmi 1238 manat ödəməyi öhdəsinə götürmüşdür. 20 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 30 oktyabr 2023-cü il tarixli **********0590 nömrəli kredit müqaviləsi üzrə 764,28 manat əsas, 131 manat faiz və 46,69 manat cərimə borcu yaranmışdır. "xxxx" MMC QBKT Cavabdeh cəmi 941,97 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 764,28 manat əsas, 131 manat faiz, 46,69 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 971,97 manat borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nın hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 764,28 manat əsas, 131 manat faiz, 46,69 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 971 (doqquz yüz yetmiş bir) manat 97 (doxsan yeddi) qəpik borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QBKT-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-159/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-159/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver