Məhkəmə qərarları › İş №e-2(037)-1694/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1694/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1694/2025 27.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə X4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 3342nkİSMLb/23 saylı kredit müqaviləsi üzrə 1620,47 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,61 manat məbləğində vəsaitin vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən borcluya istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28,75 % ödəmək şərtilə 2100 manat məbləğində kredit verilmişdir. Mərhum borclu X4 xx.xx.2023cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Borclu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin məlumatına əsasən mərhumun vərəsələrinin olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisi olması anlamına gəlir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə X4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 3342nkİSMLb/23 saylı kredit müqaviləsi üzrə 1620,47 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,61 manat məbləğində vəsaitin vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 15 dekabr 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17 iyul 2023-ci il tarixli ərizə-anket və imza nümunəsinin surətindən görünür ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən borclu X3 istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28,75 % ödəmək şərtilə 2100 manat məbləğində kredit verilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli AZ-İİ seriyalı 410627 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 mart 2024-cü il tarixdə vəfat etmişdir. - 19 avqust 2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh 17 iyul 2023-cü il kredit müqaviləsi üzrə 19 avqust 2025-ci il tarixinə 1620,47 manat əsas kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 24 noyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərdən 17 iyul 2023-ci il kredit müqaviləsi üzrə 1620,47 manat əsas kredit borcunun beş iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, ölmüş şəxs X2 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3dır. - 12 dekabr 2025-ci il tarixli arayışın surətindən görünür ki, X2 3342nkİSMLb/23 nömrəli kredit müqaviləsi üzrə 12 dekabr 2025-ci il tarixə 1620,47 manat əsas borcu qaldığı qeyd edilmişdir. - 12 dekabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36,61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X4 17 iyul 2023-ci il tarixli ərizə-anket və imza nümunəsinin imzalamaqla "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən borclu X3 istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28,75 % ödəmək şərtilə 2100 manat məbləğində kredit verilmişdir. X4 19 mart 2024-cü il tarixdə vəfat etmişdir. Ölmüş şəxs X2 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3dır. Cavabdehlərdən 17 iyul 2023-ci il kredit müqaviləsi üzrə 24 noyabr 2025-ci il tarixə yaranmış 1620,47 manat əsas kredit borcunun beş iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 12 dekabr 2025-ci il tarixli maliyyə arayışına əsasən X2 3342nkİSMLb/23 nömrəli kredit müqaviləsi üzrə 12 dekabr 2025-ci il tarixə 1620,47 manat əsas borcu vardır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə X4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 3342nkİSMLb/23 saylı kredit müqaviləsi üzrə 1620,47 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 36,61 manat məbləğində vəsaitin vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, hazırki iş üzrə iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Onun tələbinin haqlı olmasının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsi təşkil edir. Öhdəlik cavabdehlərə vərəsəlik qaydasında keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsinin tələbinə əsasən cavabdehlər hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdikləri əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X4 ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3342nkİSMLb/23 saylı kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər olan vərəsləri Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə 1620,47 manat əsas borc hər birinin miras payına mütənasib surətdə alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən 36,61 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hər birinin miras payına mütənasib surətdə xx.xx.2023-cü il tarixli, 3342nkİSMLb/23 saylı kredit müqaviləsi üzrə 1620,47 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 36,61 manat məbləğində - cəmi 1657 (bir min altı yüz əlli yeddi) manat 08 (səkkiz) qəpik alınaraq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar