Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-187/2023 15.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1, Cavabdeh2̇ oğlu və Ədı̇ lov Coşqun Məzahir oğluna qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" ASC (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2̇ oğlu (bundan sonra ikinci cavabdeh) və Ədı̇ lov Coşqun Məzahir oğluna (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019cu il tarixli, GK №008-05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada 3846,44 manat əsas, 68,45 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 3924,89 manat kredit borcu və 89,03 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Ehtiram Paşalı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, “TuranBank ASC-nin Yasamal filialı ilə birinci cavabdeh arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 saylı kredit müqaviləsi üzrə illik 01 faiz dərəcəsi ilə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 3903,54 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı ilə cavabdehlər arasında 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 saylı zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 3846,44 manat əsas, 68,45 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 3924,89 manat kredit borcu və 59,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 01 faiz dərəcəsi ilə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 3903,54 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 nömrəli kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər zamin kimi birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 04 mart 2022-ci il tarixli 2262 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmişdir. 19 yanvar 2023-cü il tarixli 2966 nömrəli maliyyə arayışının surətindən görünür ki, 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 nömrəli kredit müqaviləsi üzrə birinci cavabdehin həmin tarixə kredit borcu 3846,44 manat əsas, 68,45 manat faiz, 10 manat cərimə, cəmi 3924,89 manat məbləğində olmuşdur. 25 iyul 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 59,10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 nömrəli güzəştli kredit müqaviləsinə əsasən illik 01 faiz dərəcəsi ilə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 3903,54 manat məbləğində kredit verilmişdir. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 nömrəli zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Birinci cavabdehin 11 oktyabr 2019-cu il tarixli, GK №008- 05 nömrəli kredit müqaviləsi üzrə 3846,44 manat əsas borc və 68,45 manat faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 10 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 59,10 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçının nümayəndəsi "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008- 05 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 3846,44 manat əsas, 68,45 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 3924,89 manat kredit borcu və 59,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 saylı kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməsi və kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, GK №008-05 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2̇ oğlu və Ədı̇ lov Coşqun Məzahir oğlundan müştərək qaydada 3846,44 manat əsas, 68,45 manat faiz, 10 manat cərimə, 59,10 manat ödənilmiş rüsum məbləği – cəmi 3983 (üç min doqquz yüz səksən üç) manat 99 (doxsan doqquz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-187/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-187/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver