Məhkəmə qərarları › İş №e-2(037)-196/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-196/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-196/2023 27.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4,Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə 27 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8802.86 manat kredit borcu, 34.66 manat faiz borcu, 3887.02 manat cərimə borcu olmaqla, ümumilikdə 12724.54 manat borcun və 128.18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 hissə-hissə qaytarmaq şərti ilə aylıq 0.0833% dərəcəsi ilə 60 ay müddətinə 14347.43 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi,həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4la birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh4 bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh4 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 5544.57 manat ödəmiş, onun 8802.86 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 153 gün üçün hesablanmış faiz borcu 34.66 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 153 gün üçün hesablanmış cərimə 3887.02 manat təşkil edir.Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər kredit borcunu qaytarmadıqlarından iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 128.18 manat dövlət rüsumu ödəmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8802.86 manat kredit borcu, 34.66 manat faiz borcu, 3887.02 manat cərimə borcu olmaqla, ümumilikdə 12724.54 manat borcun və 128.18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək təyin olunmuş məhkəmə iclasına bankın nümayəndəsinin iştirakı olmadan baxıb idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh4 izahat verərək göstərdi ki,onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən ona hissə-hissə qaytarmaq şərti ilə aylıq 0.0833% dərəcəsi ilə 60 ay müddətinə 14347.43 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır.O, götürdüyü kredit borcundan 5544.57 manat ödəmiş və 8802.86 manat borcu qalmışdır.O, kredit borcunu hər ay vaxtlı-vaxtında ödəmişdir. Sonradan maddi imkanı olmadığından kredit borcunu hər ay vaxtlı vaxtında ödəyə bilməmişdir. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 153 gün üçün 34.66 manat faiz borcu və 3887.02 manat cərimə borcu hesablanmışdır.O, İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə iddiaçıya ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən onun və digər cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər.Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. 06 dekabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 hissə-hissə qaytarmaq şərti ilə aylıq 0.0833% dərəcəsi ilə 60 ay müddətinə 14347.43 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 06 dekabr 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından müəyyən edilir ki, Cavabdeh4 müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 14347.43 manat əsas və 445.17 manat faiz borcu olmaqla, cəmi 14792.6 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 06 dekabr 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh4la birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli 14884 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 035A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 xx.xx.2022-ci il tarixinə yaranmış ümumi borcu 12724.54 manat məbləğində olmuşdur. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 128.18 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh4 izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 hissə-hissə qaytarmaq şərti ilə aylıq 0.0833% dərəcəsi ilə 60 ay müddətinə 14347.43 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür.Kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 5544.57 manat ödəmiş, onun 8802.86 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 153 gün üçün hesablanmış faiz borcu 34.66 manat və cərimə borcu 3887.02 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8802.86 manat kredit borcu, 34.66 manat faiz borcu, 3887.02 manat cərimə borcu olmaqla, ümumilikdə 12724.54 manat borcun və 128.18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh4 götürdüyü kredit borcundan 5544.57 manat ödədiyini, sonradan maddi imkanı olmadığından kredit borcunu hər ay vaxtlı vaxtında ödəyə bilmədiyini, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə iddiaçıya ödəyəcəyini, onun və digər cavabdehlərin maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8802.86 manat əsas və 34.66 manat faiz borcunun tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** nömrəli kredit müqaviləsinin 3.1.2-ci bəndində kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam verərək qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə 3887.02 manat cərimə məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 3887.02 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 880 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 128.18 manat dövlət rüsumunun 117.17 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8802.86 manat kredit borcu, 34.66 manat faiz borcu, 880 manat cərimə borcu və 117.17 manat dövlət rüsumu olmaqla, cəmi 9834.69 (doqquz min səkkiz yüz otuz dörd manat altmış doqquz qəpik) manat məbləğ tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar