Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-216/2023 15.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Cavabdeh Allahverdı̇ yev Fərrux Xoşməmməd oğlunun iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Allahverdı̇ yev Fərrux Xoşməmməd oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 8400,00 manat (səkkiz min dörd yüz manat, 00 qəpik) məbləğində ziyanın və ödənilmiş 104,00 dövlət rüsumunun və 0,40 bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində X5 məxsus fərdi yaşayış evinə zərər dəymişdir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant Vüqar Süleymanov tərəfindən araşdırma aparılmış və yanğın hadisəsinin Cavabdeh “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ-N02-2002) 1.10,1.10.2 bəndlərinin tələblərinin pozması olduğu qeyd olunmuşdur. Əmlakın qiymətləndirilməsinə dair RƏY 21/105SM saylı rəyə əsasən dəymiş zərər məbləği 8550,00 manat (səkkiz min beş yüz əlli manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktlarına əsasən 150,00 manat azadolma çıxılmaqla 8400,00 manat (səkkiz min dörd yüz manat, 00 qəpik) məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən 8400,00 manat (səkkiz min dörd yüz manat, 00 qəpik) məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. İddiaçı Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 8400,00 manat (səkkiz min dörd yüz manat, 00 qəpik) məbləğində ziyanın və ödənilmiş 104,00 dövlət rüsumunun və 0,40 bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 23 fevral 2021-ci il tarixdə səhər saat səkkiz radələrində elektrik naqillərində qısaqapanma nəticəsində İsmayıllı rayonun Qalacıq kəndində yaşadığı evi və evinə bitişik digər fərdi yaşayış evi yanmışdır. Həmin vaxt arvadı xəstəxanaya getmiş, özü isə yatmışdır. X10 yanğın zamanı onun həyatını çətinliklə xilas etmiş, digər qonşuları da həmin vaxt orada olmuş və köməklik göstərmişlər. Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunsa da, evi tamamilə yanmışdır. Yanğın nəticəsində bütün ev əşyaları və sənədləri tamamilə yanıb məhv olmuşdur. Evin yanmasında onun təqsiri olmamış, o həmin vaxt yatmış vəziyətdə olmuşdur. Lakin iddiaçı sığorta şirkəti evin yanmasında onu təqsirli hesab edərək ondan yüksək məbləğdə pul tələb edir. Belə yüksək məbləğin ondan tələb edilməsi haqsızlıqdır. Hal-hazırda o və arvadı kənd camaatının köməkliyi ilə həyətyanı torpaq sahəsində yerləşən tövləsini düzəldərək sığınacaq kimi orada qalırlar. Bildirir ki, soyuq qış ayında heç kəs öz yaşadığı evini bilə-bilə yandırmaz, soyuq qış günlərini tövlədə qalmaq istəməz. O, 82 yaşında ahıl xəstə insandır. İddiaçı tərəfindən tələb olunan pul məbləğini ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 ifadə verərək göstərdi ki, cavabdeh onun qonşusudur. 2021-ci ilin fevral ayında səhər saat səkkiz radələrində Cavabdeh məxsus fərdi yaşayış evi elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində tamamilə yanmışdır. Yanğın baş verən zaman Cavabdeh yatmış vəziyyətdə olmuşdur. O, Cavabdeh həyatını yanğından çətinliklə xilas etmişdir. Yanğın nəticəsində ev və evdə olan bütün əşyalar tamamilə yanaraq məhv olmuşdur. O digər kənd camaatı ilə birlikdə Fərux Allahverdiyevə məxsus həyətyanı torpaq sahəsində yerləşən tövləni Cavabdeh və arvadının müvəqqəti qalmaları üçün düzəltmişlər. Hazırda onlar həmin tövlədə acınacaqlı vəziyyətdə qalırlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X1 ifadə verərək göstərdi ki, o cavabdehlə eyni kənddə, İsmayıllı rayonun Qalacıq kəndində yaşayır. 2021-ci ilin fevral ayında səhər saat səkkiz radələrində Cavabdeh məxsus fərdi yaşayış evi tamamilə yanmışdır. Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunsa da, ev və evdə olan bütün əşyalar tamamilə yanaraq məhv olmuşdur. Yanğın zamanı o da yanğının söndürülməsinə köməklik etmişdir. Daha sonra kənd camaatı ilə birlikdə Cavabdeh və arvadının müvəqqəti qalmaları üçün həyətyanı torpaq sahəsində yerləşən tövləni düzəldərək onları tövləyə köçürmüşlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 digər şahidlər Xalıq Babayev və Mirzəli Vələdovla eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə cavabdehin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş **********77-10301 nömrəli Texniki Paportdan görünür ki, İsmayıllı rayonu, Qalacıq kəndində 0.03 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 29.7 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X5 məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-cü il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru, Qalacıq kənd İƏD üzrə nümayəndəsi və müavini, Sadıq Səmədov və Cavabdeh iştirakı ilə İsmayıllı rayonu, Qalacıq kəndində 09 mart 2021-ci il tarixdə tərtib olunmuş yanğın haqqında aktdan görünür ki, Cavabdeh və X5 məxsus yaşayış evləri bir binada, ortadan arakəsmə ilə bölünərək bir-birinə bitişik formada yerləşmişdir. Binanın evi 8 m, uzunluğu 15 m, hündürlü ortalama 5.6 m olmuşdur. Evlərin giriş qapıları şərq və qərb tərəfdən olmuş, bina 2 mərtəbəlim inşa olunmuşdur. Yanğını ilk olaraq Cavabdeh təxminən saat 08:10 radələrində aşkar etmiş, vətəndaşın izahatına görə o həmin vaxt evdə tək olmuş, yataq otağındakı elektrik naqillərinin yanması nəticəsində yuxudan oyanmış, daha sonra küçəyə çıxaraq qonşuları səsləmişdir. Hadisə yerinə keçirilmiş baxışın və ev sahiblərinin izahatlarına əsasən evlər içindəki əşyalarla birlikdə tam məhv olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, 23 fevral 2021-ci il tarixdə saat 08 radələrində İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən Cavabdeh və X5 məxsus fərdi yaşayış evlərində baş vermiş yanğınla əlaqədar, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Qərarda həmçinin “baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N02-2002) 1.10, 1.10.2-ci bəndlərinin tələblərinin Cavabdeh tərəfindən pozulması” qeyd olunmuşdur Əmlakın qiymətləndirilməsinə dair 21/105SM nömrəli rəydən görünür ki, İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən X3 məxsus fərdi yaşayış evinə yanğın nəticəsində cəmi 8550 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin 16 iyul 2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə sığortalanmış İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən X5 məxsus daşınmaz əmlaka 23 fevral 2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində 8550 manat məbləğində zərər dəymiş, 150 manat azadolma məbləği çıxıldıqdan sonra 8400 manat sığorta ödənişi sığortalının şəxsi hesabına köçürülmüşdür. 23 iyul 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 8400 manat sığorta ödənişi X2 "xxxx" ASC-dəki hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən göndərilmiş 27 fevral 2023-cü il tarixli 3-18-23/2-1353/2023 saylı məktubdan görünür ki, 23 fevral 2021-ci il tarixdə saat 08 radələrində İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən Allahverdı̇ yev Fərrux Xoşməmməd oğluna və X5 məxsus fərdi yaşayış evlərində baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N02-2002) 1.10, 1.10.2-ci bəndlərinin tələblərinin pozulmasına dair protokolun tərtib olunması Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin 14 mart 2023-cü il tarixli 3-18-74/2-655/2023 saylı məktubundan görünür ki, İsmayıllı rayonu, Qalacıq kənd sakini Allahverdı̇ yev Fərrux Xoşməmməd oğlu tərəfindən “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.10, 1.10.2-ci bəndlərinin tələblərinin pozulmasına dair protokol tərtib olunmamışdır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, X5 məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində X5 məxsus fərdi yaşayış evinə zərər dəymişdir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində yanğın hadisəsinin Cavabdeh “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın (YTQ-N02-2002) 1.10,1.10.2 bəndlərinin tələblərinin pozması müəyyən olunmuşdur. Əmlakın qiymətləndirilməsinə dair 21/105SM saylı rəyə əsasən X5 məxsus fərdi yaşayış evinə dəymiş zərər 8550,00 manat (səkkiz min beş yüz əlli manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 150,00 manat azadolma çıxılmaqla 8400 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X2 hesabına köçürülmüşdür. Ona görə də "xxxx" ASC 8400,00 manat məbləğində sığorta ödənişini Allahverdı̇ yev Fərrux Xoşməmməd oğlundan tələb etmişdir. Cavabdeh isə yanğın hadisəsində heç bir təqsirinin olmadığını bildirir və iddia tələbinin rədd edilməsini xahiş edir. Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.10 və 1.10.2-ci bəndlərinə əsasən ev sahibləri elektrik naqillərini, elektrik və qızdırıcı qurğularını daima saz vəziyyətdə saxlamaq və uşaqların odla oynamalarına yol verməməyəborcludurlar. Həmin Qaydalara əsasən yaşayış mənzillərinin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət mənzil sakinlərinin üzərinə düşür. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi olan 8400 manat pul məbləği "xxxx" ASC tərəfindən zərərçəkən fərdi yaşayış evinin mülkiyyətçisinə ödənildiyindən, iddiaçı sığorta şirkətinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun müdəalarına və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Allahverdı̇ yev Fərrux Xoşməmməd oğlundan subroqasiya qaydasında 8400 manat məbləğində sığorta ödənişi tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 104 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Allahverdı̇ yev Fərrux Xoşməmməd oğlundan 8400 manat ziyan məbləği, 104 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 8504 (səkkiz min beş yüz dörd) manat 40 (qırx) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-216/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-216/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver