Məhkəmə qərarları › İş №e-2(037)-216/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-216/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-216/2025 03.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 03 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla, cəmi 297.65 manat və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5,500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5,533.60 manat məbləğində kredit borcunun,ödənilmiş 78.32 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə Mikayılova Əzimə Fazil qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən Mikayılova Əzimə Fazil qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində nağd kredit verilmişdir. X2 Fazil qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 564 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Mikayılova Əzimə Fazil qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh1 reyestr nömrəsi 143 № ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Mikayılova Əzimə Fazil qızının xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla cəmi 297.65 manat və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5,500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla cəmi 5,533.60 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum Mikayılova Əzimə Fazil qızından qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərilsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla, cəmi 297.65 manat və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5,500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5,533.60 manat məbləğində kredit borcunun,ödənilmiş 78.32 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə3 sonuncu məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qəzli kəndində yaşayır. "xxxx" ASC-nin İsmayıllı filialı ilə mərhum X3 Fazil qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən X3 Fazil qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində nağd kredit verilmişdir. X3 Fazil qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum X3 Fazil qızının adında 0.24 hektar torpaq sahəsi olmuş və həmin torpaq sahəsi miras qalmışdır. Arvadı vəfat etməmişdən qabaq həmin torpaq sahəsini qeyri rəsmi olaraq başqa şəxsə satmışlar. Arvadının vəfatından sonra torpaq sahəsini alan şəxs torpaq sahəsini öz adına rəsmiləşdirmək qərarına gəlmişdir. Bundan sonra onun müraciəti əsasında İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X3 Fazil qızının adına vərəsəlik işi açılmışdır. O, mərhum arvadından qalan miras əmlakı qəbul etsə də, onun banka olan kredit borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda heç bir yerdə işləmir və maddi imkanı yoxdur. Əgər vaxt verilərsə mərhum arvadının banka olan kredit borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh1 məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. xx.xx.2021-ci il tarixli, BPM**********97 saylı tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən Mikayılova Əzimə Fazil qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti açılmış, Mikayılova Əzimə Fazil qızı tam kart çərçivə müqaviləsinə əsasən ona ayrılmış kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Mikayılova Əzimə Fazil qızına 48 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində nağd kredit verilmiş, Mikayılova Əzimə Fazil qızı kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 24 dekabr 2021-ci il tarixli AZ-İİ № 243301 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mikayılova Əzimə Fazil qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 12 ayının 24 günündə 633 nömrə ilə qeyd edilmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 24 avqust 2024-cü il tarixli 564 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Mikayılova Əzimə Fazil qızının adına vərəsəlik işi açılmış, mərhum Mikayılova Əzimə Fazil qızının vərəsələri Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Mikayılova Əzimə Fazil qızının vərəsələri xx.xx.1965-ci ildə anadan olmuş Cavabdeh2 və xx.xx.1994-cü ildə anadan olmuş Cavabdeh1dur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi üzrə mərhum Mikayılova Əzimə Fazil qızının xx.xx.2024-cü il tarixədək iddiaçıya 5,500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5,533.60 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsi üzrə mərhum Mikayılova Əzimə Fazil qızının xx.xx.2024-cü il tarixədək iddiaçıya 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla, cəmi 297.65 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-33604/2024 nömrəli bildirişin surətindən görünür ki, X2 Fazil qızı vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2 və Cavabdeh1 tələb edilmiş, vərəsələr kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 78.32 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. Məhkəmə cavabdeh oğlunun izahatını dinləyib,iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə Mikayılova Əzimə Fazil qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən Mikayılova Əzimə Fazil qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart kredit limiti və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 20 faiz olmaqla 5500 manat məbləğində nağd kredit verilmiş, Əzimə Mikayılova kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Əzimə Mikayılova xx.xx.2021ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 564 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Mikayılova Əzimə Fazil qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh1 reyestr nömrəsi 143 № ilə qeyd edilmiş, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. “Elektron notariat” X1 çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Əzimə Mikayılovanın vərəsələri xx.xx.1965-ci ildə anadan olmuş Cavabdeh2 və xx.xx.1994-cü ildə anadan olmuş Cavabdeh1dur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsi üzrə mərhum Mikayılova Əzimə Fazil qızının xx.xx.2024-cü il tarixədək iddiaçıya 5,500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5,533.60 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsi üzrə mərhum Mikayılova Əzimə Fazil qızının xx.xx.2024-cü il tarixədək iddiaçıya 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla, cəmi 297.65 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-33604/2024 nömrəli bildirişlə borclu Əzimə Mikayılova vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2 və Cavabdeh1 tələb edilmiş, vərəsələr kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla, cəmi 297.65 manat və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5,500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5,533.60 manat məbləğində kredit borcunun, ödənilmiş 78.32 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdeh2 məhkəmə iclasında mərhum X3 Fazil qızının xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, mərhum arvadının adında 0.24 hektar torpaq sahəsi olduğunu, arvadı vəfat etməmişdən qabaq həmin torpaq sahəsini qeyri rəsmi olaraq başqa şəxsə satdıqlarını, arvadının vəfatından sonra torpağı alan şəxsin torpaq sahəsini öz adına rəsmiləşdirmək qərarına gəldiyindən İsmayıllı rayon Notariat Ofisinə müraciət etdiyini, onun müraciəti əsasında İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X3 Fazil qızının adına vərəsəlik işi açıldığını, mərhum arvadından qalan miras əmlakı qəbul etsə də, onun banka olan kredit borcunu maddi imkanı olmadığından ödəyə bilmədiyini, hazırda heç bir yerdə işləmədiyini, əgər vaxt verilərsə mərhum arvadının banka olan kredit borcunu hər ay 50 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1243.2-ci maddəsinə əsasən,vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla, cəmi 297.65 manat borc məbləği və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5.500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5.533.60 manat məbləğində kredit borcu məbləğinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 78.32 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləğinin tutulmasına dair hissələri də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 297.61 manat əsas borc və 0.04 manat faiz borcu olmaqla,cəmi 297.65 manat borc məbləği və xx.xx.2021-ci il tarixli BPM**********39 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 5.500 manat əsas borc və 33.60 manat faiz borcu olmaqla, cəmi 5.533.60 manat məbləğində kredit borcu, 78.32 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar