Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-218/2023 27.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7534.43 manat əsas, 299.83 manat faiz borcu olmaqla, cəmi 7834.26 manat borcun və ödənilmiş 98.34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4579474A178 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2021-ci il tarixli, ZRGTK4579474A178 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 7534.43 manat əsas, 299.83 manat faiz borcu olmaqla, cəmi 7834.26 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7534.43 manat əsas, 299.83 manat faiz borcu olmaqla, cəmi 7834.26 manat borcun və ödənilmiş 98.34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 sonuncu məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında həmçinin izahat verərək göstərdi ki, 2021-ci ildə iddiaçı bankdan kredit götürmüşdür. Kredit götürərkən İsmayıllı rayon Mədəniyyət Mərkəzində işləmiş və kredit məbləğini vaxtında ödəmişdir. Daha sonra işi ixtisar olunduğu üçün işdən çıxarılmış, ona görə də kredit borcunu ödəyə bilməmişdir. Hazırda banka olan kredit borcunu müəyyən miqdarda hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 sonuncu məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçı oğludur. Oğlu əvvəllər İsmayıllı rayon Mədəniyyət Mərkəzində işləmiş, həmin vaxt da iddiaçı bankdan kredit götürmüşdür. Daha sonra oğlunun işi ixtisar olunduğu üçün işdən çıxarılmış, ona görə də kredit borcunu ödəyə bilməmişdir. Qeyd etdikləri nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 24 dekabr 2021-ci il tarixli RGTK4579474A178 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 83 ay müddətinə illik 21% dərəcəsi ilə 7655.89 manat məbləğində kredit verilmişdir. 24 dekabr 2021-ci il tarixli RGTK4579474A178 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsində nəzərdə tutulmuş 83 ay müddətində 7655.89 manat əsas və 6926.40 manat faiz borcu olmaqla, ümumilikdə 14582.29 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 24 dekabr 2021-ci il tarixli ZRGTK4579474A178 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında Cavabdeh1 ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 31 oktyabr 2022-ci il tarixli 16/78871 saylı bildirişdən görünür ki, cavabdehdən kredit borcunun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 26 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 98.34 manat dövlət rüsumu ödənilmişdir. 28 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 24 dekabr 2021-ci il tarixli RGTK4579474A178 saylı kredit müqaviləsinə əsasən 26 dekabr 2022-ci il tarixinə cavabdehin ümumi yaranmış borcu 7834.26 manat məbləğində olmuşdur. Məhkəmə cavabdehlərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2021-ci il tarixli RGTK4579474A178 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 83 ay müddətinə illik 21% dərəcəsi ilə 7655.89 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 ilə bank arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında 24 dekabr 2021-ci il tarixli ZRGTK4579474A178 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında Cavabdeh1 ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə müştərək qaydada 7534.43 manat əsas, 299.83 manat faiz borcu olmaqla, cəmi 7834.26 manat borcu yaranmışdır. Bank tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7534.43 manat əsas, 299.83 manat faiz borcu olmaqla, cəmi 7834.26 manat borcun və ödənilmiş 98.34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 kredit götürərkən işlədiyini, daha sonra işdən çıxarıldığını, ona görə də kredit borcunu ödəyə bilmədiyini, kredit borcunu müəyyən miqdarda hissə-hissə ödəyə biləcəyini bildirirək qeyd etdikləri nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, Cavabdeh2 da kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürdüyündən, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 7534.43 manat əsas, 299.83 AZN faiz borcu olmaqla, cəmi 7834.26 manat məbləğ alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 98.34 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7534.43 manat əsas, 299.83 manat faiz borcu və 98.34 manat dövlət rüsumu – cəmi 7932 (yeddi min doqquz yüz otuz iki) manat 60 (altmış) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-218/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-218/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver