Məhkəmə qərarları › İş №e-2(037)-24/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-24/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-24/2025 21.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə Cavabdehin nümayəndəsi /vəkil/ Nümayəndə2 iştirakı ilə İddiaçı knaḃ ınU“ Kommersı̇ ya Banki" Açiq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Akı̇ f oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 21 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Akı̇ f oğlundan 14941 manat əsas borc, 1810.14 manat faiz borcu 150.41 manat cərimə olmaqla, cəmi 16901.55 manat borcun və 141.11 manat məbləğində dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh Akı̇ f oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 880nkADJ/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% olmaq şərtilə 14941 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icraеtməmişdir. İddiaçı cavabdehdən 14941 manat əsas borc, 1810.14 manat faiz borcu 150.41 manat cərimə olmaqla, cəmi 16901.55 manat borcun və 141.11 manat məbləğində dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə ümayəndəsi /vəkil/ Nümayəndə2 təmsil etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi /vəkil/ Nümayəndə2 iddia tələbini qismən qəbul etdiyini bildirdi, və izahat verərək göstərdi ki, iddiaçı "xxxx" KB ASC-dən xx.xx.2023-cü il tarixli, 880nkADJ/23 saylı kredit müqaviləsinə əsasən cavabdeh 60 ay müddətinə illik 18% olmaq şərtilə 14941 manat məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyətində əsaslı dəyişiklik olduğu üçün ödəniş edə bilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 3-16-16/2-9/10280/2024 saylı ekspert rəyinə əsasən 14941 manat əsas, 1822,80 manat faiz borcu olmaqla ümumilikdə 16763.80 manat borc müəyyən edilsə də iddiaçı cavabdehdən 14941 manat əsas borc, 1810.14 manat faiz borcu 150.41 manat cərimə olmaqla, cəmi 16901.55 borcun ödənilməsini tələb edir. Hesab edir ki, iddiaçı tərəfindən əsas borca hesablanmış faiz və cərimə məbləğləri şişirdilmişdir. Hazırda cavabdehin maddi durumu olduqca çətin oduğundan borcunu ödəyə bilmir. Ona görə qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, 880nkADJ/23 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə illik 18% olmaq şərtilə 14941 manat məbləğində kredit götürmüşdür. -03 iyun 2024-cü il tarixli ******* nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 880nkADJ/23 saylı kredit müqaviləsinə əsasən cavabdehin 03 iyun 2024-cü il tarixinə 16901.55 manat məbləğində borcu qalmışdır. - 01 mart 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit borcunun banka qaytarılması tələb olunmuş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, əsas və faiz borcu, cərimədən ibarət kredit borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. - 03 iyun 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 141.11 manat dövlət rüsumu ödənilmişdir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 3-16- 16/2-9/10280/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh Akı̇ f oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 880nkADJ/23 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə banka olan borcu 14941 manat əsas, 1822,80 manat faiz borcu olmaqla ümumilikdə 16763.80 manat müəyyən olunur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 880nkADJ/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% olmaq şərtilə 14941 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehin nümayəndəsinin təşəbbüsü ilə cavabdehin iddiaçıya olan borcunun dəqiqləşdirilməsi üçün Məhkəmə Mühasibatlıq Ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 3-16-16/2-9/10280/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh Akı̇ f oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 880nkADJ/23 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə banka olan borcu 14941 manat əsas, 1822,80 manat faiz borcu olmaqla ümumilikdə 16763.80 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən 14941 manat əsas borc, 1810.14 manat faiz borcu 150.41 manat cərimə olmaqla, cəmi 16901.55 manat borcun və 141.11 manat məbləğində dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. Cavabdehin nümayəndəsi /vəkil/ Nümayəndə2 cavabdehin maddi durumunun olduqca çətin oduğundan borcunu ödəyə bilməyəcəyini, ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ekspertiza rəyində göstərilmiş məbləğlərlə, tələb olunan məbləğlər arasındaki fərqə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi ilə tələb edilən faiz məbləği ekspertiza rəyində çox olsa da iddiaçı tərəfindən həmin artıq məbləğin tutulması ilə bağlı tələb irəli sürülmədiyi üçün məhkəmə iddia tələbindən kənara çıxa bilməmə əsası ilə faiz məbləğini iddiaçının tələbi həcmində təmin edilməsi qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh Akı̇ f oğlundan 14941 manat əsas borc, 1810.14 manat faiz borcu olmaqla, cəmi 140,25 manat borc məbləği məbləği alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 16.751,14 manatdır. Ona görə də cavabdehlərdən müştərək qaydada həmin məbləğə uyğun olaraq 140,25 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 141.11 manat dövlət rüsumunun 0,86 (səksən altı qəpik) manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. İş üzrə görünüdüyü kimi, Ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Akı̇ f oğlundan 14941 manat əsas borc, 1810,14 manat faiz borcu olmaqla, cəmi 16.751,14 manat borcun və 140,25 manat məbləğində dövlət rüsumu məbləği alınaraq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 0,86 (səksən altı qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh Akı̇ f oğlundan tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar