Məhkəmə qərarları › İş №e-2(037)-246/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-246/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-246/2025 14.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə 14 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə müraciət edərək xx.xx.2014-cü il tarixli 0303/14/Ə saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə qalan 7744 manat əsas borc, 180,05 manat faiz, 3323,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 11247,21 manat borcun, 51 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün ödənilən dövlət rusumları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ Babayev Ağaməmməd Baba oğluna məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11 ünvanında yerləşən 6 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Xanlar Əliyev iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Babayev Ağaməmməd Baba oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0303/14/Ə saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə 27% olmaqla 8000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı Babayev Ağaməmməd Baba oğluna məxsus olan və İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11 ünvanında yerləşən 6 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Babayev Ağaməmməd Baba oğlu arasında xx.xx.2014-cü il tarixli 0303/14/Ə saylı ipoteka müqaviləsi bağlanmışdır. Borclu kredit üzrə borcunun qaytarmadığı üçün İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. İddia tələbi üzrə cavabdeh Babayev Ağaməmməd Baba oğlundan xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 7744 manat əsas borc, 180,05 manat faiz borcu, 1126,44 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 9050,49 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipotekaya qoyulmuş Babayev Ağaməmməd Baba oğlunın mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Proses zamanı məlum olmuşdur ki, Babayev Ağaməmməd Baba oğlu vəfat etmişdir. Bank tərəfindən vəfat etmiş Babayev Ağaməmməd Baba oğlunun hüquqi varislərinin müəyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müfaviq addımlar atmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş Babayev Ağaməmməd Baba oğlunun mümkün hüquqi varisləri qanuna müfaviq rəsmi şəkildə bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələr də faktiki olaraq həmin miras əmlakını qəbul etmişlər və hal-hazırdada həmin əmlak onların sərancamında və istifadəsindədir. Bu faktı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə və İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıllı Mənzil İstismar sahəsinə ünvanlanmış sorğular üzrə banka daxil olmuş **********21 saylı və 04 saylı cavab məktubları təsdiq edir. Əldə olan məlumata əsasən Babayev Ağaməmməd Baba oğluna məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11 ünvanında yerləşən 6 saylı mənzildə oğlu Cavabdeh, gəlni X1, nəvələri X3 və Babayev Baba Tərlan oğlu qeydiyyatda olaraq yaşayırlar. Belə olan halda kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə Babayev Ağaməmməd Baba oğlunun bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh tərəfindən icra olunmalı və bank qarşısında cavabdehlik daşımalıdır. xx.xx.2024-cü il tarixinə Babayev Ağaməmməd Baba oğlunun kredit üzrə 7744 manat əsas borc, 180,05 manat faiz, 3323,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 11247,21 manat ödənilməmiş borcu vardır. Kredit və ipoteka müqavilələri üzrə Babayev Ağaməmməd Baba oğlunun bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh tərəfindən icra olunmalıdır. xx.xx.2014-cü il tarixli 0303/14/Ə saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə qalan 7744 manat əsas borc, 180,05 manat faiz, 3323,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 11247,21 manat borcun, 51 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün ödənilən dövlət rusumları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ Babayev Ağaməmməd Baba oğluna məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11 ünvanında yerləşən 6 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 22 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən atası Babayev Ağaməmməd Baba oğluna 8000 manat məbləğində kredit verilmişdir. Ağaməmməd Babayev 16 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. X4 kredit sığortasının qaydalarına uyğun olaraq 120 manat sığorta haqqının ödənilməsi müqabilində kredit verilən gün, yəni 22 iyul 2014-cü il tarixində "xxxx" ASC tərəfindən sığorta şəhadətnaməsi verilmişdir. Atası sığorta müqaviləsi bağlayarkən kredit aldığı şəxs “Zaminbank" ASC-ni faydalanan şəxs kimi təyin etmiş və bu hal sığorta şəhadətnaməsində öz əksini tapmışdır. X2 vəfat etməsi barədə 2014-cü ilin oktyabr ayında və 05 yanvar 2015-ci il tarixdə ərizə ilə İddiaçı ASC-nin İsmayıllı filialına məlumat vermişdir. Borc alan Ağaməmməd Babayevin sığorta şəhadətnaməsi qüvvədə olduğu dövrdə vəfat etməsi, yəni sığorta hadisəsinin baş verməsi səbəbindən borc məbləğinin qalan hissəsi cavabdeh tərəfindən deyil, faydalan şəxs ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun sığorta tələbinə əsasən "xxxx" ASC tərəfindən sığorta ödənişi olaraq ödənilməlidir. Belə olan halda iddiaçının əsas tələbindən irəli gələn digər tələbləri də qüvvəsini itirmiş olur. İddiaçı kredit üzrə yaranmış borcun cavabdehdən tələb etməsinə əsasların olmadığını nəzərə alaraq borcun ödənilməsinə dair "xxxx" ASC-yə müraciət etməlidir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Babayev Ağaməmməd Baba oğluna 24 ay müddətə illik 27% olmaqla 8000 manat məbləğində kredit verilmişdir. 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli ipoteka müqaviləsindən görünür ki, 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinin təminatı kimi 22 noyabr 2007ci il tarixli çıxarışa əsasən Babayev Ağaməmməd Baba oğluna məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11, mənzil 6 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş mənzil ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 15000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC-nin 22 iyul 2014-cü il tarixli, Bİ-KS №031448 nömrəli kredit sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinin təminatı olaraq 24 ay müddətə kredit sığortasının qaydalarına uyğun olaraq 120 manat sığorta haqqının ödənilməsi müqabilində Babayev Ağaməmməd Baba oğluna sığorta şəhadətnaməsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 23 sentyabr 2014-cü il tarixli, AZ-İ №689455 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Babayev Ağaməmməd Baba oğlu 16 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 3-16-16/2-10/9148- 9/9458 nömrəli ekspert rəyinin surətindən görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 20340 (iyirmi min üç yüz qırx) manat məbləğində müəyyən edilmişdir. 26 dekabr 2024-cü il tarixli, 12-5/2-B-23-7369/2024 nömrəli pretenziyanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 26 dekabr 2024-cü il tarixli, 12-5/2-B-23-7370/2024 nömrəli bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif olunmuş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 26 dekabr 2024-cü il tarixli, 12-5/2-B-8-7371/2024 nömrəli ərizənin surətindən görünür ki, iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. 29 dekabr 2024-cü il tarixli, 12-5/2-B-21-7722/2024 nömrəli maliyyə arayışının surətindən görünür ki, 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinə əsasən Babayev Ağaməmməd Baba oğlunun 24 dekabr 2024-cü il tarixə 7744 manat əsas, 180,05 manat faiz borcu və 3323,16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi yaranmış borcu 11247,21 manat məbləğində olmuşdur. İşdə olan bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəlməsi üçün ümumilikdə 51 manat dövlət rusumu ödənilmişdir. İddia ərizəsinin surətindən görünür ki, 27 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Babayev Ağaməmməd Baba oğluna 24 ay müddətə illik 27% olmaqla 8000 manat məbləğində kredit verilmişdir. 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli ipoteka müqaviləsi üzrə 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinin təminatı kimi 22 noyabr 2007ci il tarixli çıxarışa əsasən Babayev Ağaməmməd Baba oğluna məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11, mənzil 6 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş mənzil ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 15000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC-nin 22 iyul 2014-cü il tarixli, Bİ-KS №031448 nömrəli kredit sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinin təminatı olaraq 24 ay müddətə kredit sığortasının qaydalarına uyğun olaraq 120 manat sığorta haqqının ödənilməsi müqabilində Babayev Ağaməmməd Baba oğluna sığorta şəhadətnaməsi verilmişdir. Babayev Ağaməmməd Baba oğlu 16 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 3-16-16/2-10/9148-9/9458 nömrəli ekspert rəyinə əsasən İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 20340 (iyirmi min üç yüz qırx) manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsinin təmin edilməsi və məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif olunmuş, əks təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 26 dekabr 2024-cü il tarixli, 12-5/2- B-8-7371/2024 nömrəli ərizəyə əsasən iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. 29 dekabr 2024-cü il tarixli, 12-5/2-B-21-7722/2024 nömrəli maliyyə arayışı üzrə 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinə əsasən Babayev Ağaməmməd Baba oğlunun 24 dekabr 2024-cü il tarixə 7744 manat əsas, 180,05 manat faiz borcu və 3323,16 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi yaranmış borcu 11247,21 manat məbləğində olmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2014-cü il tarixli 0303/14/Ə saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə qalan 7744 manat əsas borc, 180,05 manat faiz, 3323,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 11247,21 manat borcun, 51 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün ödənilən dövlət rusumları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ Babayev Ağaməmməd Baba oğluna məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11 ünvanında yerləşən 6 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatına münasibətdə qeyd edir ki, 22 iyul 2014-cü il tarixli, Bİ-KS №031448 nömrəli kredit sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsinin təminatı olaraq 24 ay müddətə kredit sığortasının qaydalarına uyğun olaraq 120 manat sığorta haqqının ödənilməsi müqabilində Babayev Ağaməmməd Baba oğluna sığorta şəhadətnaməsi verilmişdir. Həmin sığorta şəhadətnaməsinin İddiaçı ASC ilə heç bir əlaqəsi yoxdur. Belə ki, sözügedən şəhadətnamədə sığorta öhdəliyi sığortaçı ilə sığorta olunan şəxs arasındadır. Şəhadətnamədə İddiaçı ASC faydalanan şəxs qismində göstərilsə də bununla bağlı İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsinin heç bir imzası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 7744 manat əsas borc, 180,05 manat faiz borcu, 3323,16 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 11247,21 manat borcun ödənilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt, yəni 28 dekabr 2018-ci il tarixədək qüvvədə olan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas öhdəliyin və yaxud onun bir hissəsinin icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan tələblərin ödənilməsi üçün tutmanı ipoteka ilə yüklü edilmiş əmlaka (ipoteka predmetinə) yönəldir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir; müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müavfiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir. Anoloji tələblə bağlı mülki işin (İddiaçı ləğv prosesində olan "knabṅ ımaZ" Açıq Səhmdar Cəmı̇ yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair) araşdırılması zamanı məhkəməyə qədim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2024-cü il tarixli, 3-16-16/2-10/9148-9/9458 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 20340 (iyirmi min üç yüz qırx) manat məbləğindədir. Məhkəmənin hazırki tələb üzrə eyni ipoteka predmeti barədə anoloji iş üzrə ekpert rəyi mövcud olduğundan hazırki tələblə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmasını prosessual qənaət prinsipi baxımından zəruri hesab etmir. Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış (likvid) qiymətinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 3-16-16/2-10/9148-9/9458 nömrəli ekspert rəyində 20340 manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur. Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzilin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiymətinin ekspert rəyində qeyd edilən məbləğə uyğun olmaqla 20340 (iyirmi min üç yüz qırx) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11 ünvanında yerləşən 6 saylı mənzil 22 iyul 2014-cü il tarixli, 0303/14/Ə nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğundan iddia tələbinin ipoteka predmeti olan həmin mənzil boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 51 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün ödənilən dövlət rusumu və məhkəməyə müraciət etmək üçün 124 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7744 manat əsas borc, 180,05 manat faiz borcu, 3323,16 manat kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, 51 manat ipoteka predmetinə tutmanın yönəlməsi üçün ödənilən dövlət rüsumu və 124 manat ödənilmiş dövlət rüsumu - cəmi 11422 (on bir min dörd yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. İpoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11, 6 saylı mənzilə tutulma yönəldilsin, açıq hərrac yolu ilə satılsın və satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilsin. İpoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, bina 11, 6 saylı mənzilin ilkin satış qiyməti 20340 (iyirmi min üç yüz qırx) manat müəyyən olunsun. İpoteka predmetinin satışından əldə olunan vəsait 11422 (on bir min dörd yüz iyirmi iki) manat 21 (iyirmi bir) qəpik məbləğinin ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar