Məhkəmə qərarları › İş №e-2(037)-259/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-259/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-259/2025 17.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4071,38 manat əsas, 643,18 manat faiz və 129,17 manat cərimə olmaqla cəmi 4843,73 manat borcun və 68,84 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 163nkİSML/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 19 % ilə 4158 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4071,38 manat əsas, 643,18 manat faiz və 129,17 manat cərimə olmaqla cəmi 4843,73 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 15 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 02 noyabr 2023-cü il tarixli 163nkİSML/23 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 19 % olmaq şərtilə 01 noyabr 2026-cı il tarixədək 4158 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli 435sİSMLb/23 nömrəli müqavilə üzrə 1218,36 manat, 10 mart 2023cü il tarixli 1292nkİSMLb/23 nömrəli müqavilə üzrə 2939,02 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində 4158 manat əsas, 1329,3 manat faiz olmaqla cəmi 5487,3 manat ödəməyi öhdəsinə götürmüşdür. - 16 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 02 noyabr 2023-cü il tarixli 163nkİSML/23 nömrəli kredit müqaviləsi üzrə 16 aprel 2024-cü il tarixə yaranmış 4071,38 manat əsas, 286,78 manat faiz, 22,8 manat cərimə olmaqla cəmi 4380,96 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 14 dekabr 2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, cavabdehin 163nkİSML/23 nömrəli kredit müqaviləsi üzrə 14 dekabr 2024-cü il tarixə 4071,38 manat əsas, 643,18 manat faiz və 129,17 manat cərimə olmaqla cəmi 4843,73 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 14 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 68,84 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış 02 noyabr 2023-cü il tarixli 163nkİSML/23 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 19 % ödəmək şərtilə 13 iyun 2026-cı il tarixədək 4158 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 10 mart 2023-cü il tarixli 435sİSMLb/23 nömrəli müqavilə üzrə 1218,36 manat, 10 mart 2023-cü il tarixli 1292nkİSMLb/23 nömrəli müqavilə üzrə 2939,02 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində 4158 manat əsas, 1329,3 manat faiz olmaqla cəmi 5487,3 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Hal-hazırda cavabdehin 4071,38 manat əsas, 643,18 manat faiz və 129,17 manat cərimə olmaqla cəmi 4843,73 manat borcu yaranmışdır. İddiaçı cəmi 4843,73 manat borcu və ödənilmiş 68,84 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4071,38 manat əsas, 643,18 manat faiz, 129,17 manat cərimə və 68,84 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4912,57 manat məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4071,38 manat əsas, 643,18 manat faiz , 129,17 manat cərimə və 68,84 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4912 (dörd min doqquz yüz on iki) manat 57 (əlli yeddi) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar