Məhkəmə qərarları › İş №e-2(037)-260/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-260/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-260/2024 13.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 13 may 2024-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə olmaqla cəmi 4055,94 manat borcu məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilən 61 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900068 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 4018,18 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli, LM101900068 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə olmaqla cəmi 4055,94 manat borcu mövcuddur. Kredit müqaviləsinə əsasən cavabdeh bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və iddiaçı tərəfindən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdehlər tərəfindən imzalanmışdır. Cavabdehlərdən 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə olmaqla cəmi 4055,94 manat borcu məbləğində kredit borcunun və 61 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək cavabdehlər tərəfindən hazırki tələblə məhkəməyə müraciət edildikdən sonra hər hansı ödənişin edilmədiyini göstərmişdir. Məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara alınmışdır. Cavabdeh2 məhkəməyə ərizə göndərərək “İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Əmanətləri Sığortalanması Fondunun ona və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiasına münasibət bildirərək göstərmişdir ki, onunla ləğvedici arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, LM10190068 nömrəli restruktrizasiya müqaviləsindən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin borc ümidsiz borc kimi balansdan silinməmişdir. Ona görə də iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2019-cu il tarixli, LM101900068 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, birinci cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödənilmək şərti ilə 4.018,18 manat borc restrukturizasiya edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM101900068 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən zamini cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 27 oktyabr 2023-cü il tarixli, **********481 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq beş iş günü ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda borcun ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 13 dekabr 2023-cü il tarixli, **********869 nömrəli maliyyə arayışının surətindən görünür ki, 7 oktyabr 2019-cu il tarixli, LM101900068 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin 4 dekabr 2023-cü il tarixinə ümumi yaranmış borcu 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə olmaqla, cəmi 4055 (dörd min əlli beş) manat 94 (doxsan dörd) qəpik məbləğində olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 12 yanvar 2024-cü il tarixdə 61 manat (qəbzin nömrəsi **********27) dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900068 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 4018,18 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli, LM101900068 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə olmaqla cəmi 4055,94 manat borcu mövcuddur. Kredit müqaviləsinə əsasən cavabdeh bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdehlər tərəfindən imzalanmışdır. İddiaçı cavabdehlərdən 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə olmaqla cəmi 4055,94 manat borcu məbləğində kredit borcunun və 61 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Məhkəmə iş üzrə Cavabdeh2 iddia tələbinə qarşı təqdim etdiyi ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin ərizədə göstərdiyi xüsusatlar iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Belə ki, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 22 iyul 2022-ci il tarixli 29/1-1 saylı Qərarının 4.4-cü maddəsinə əsasən aktiv üzrə əsas borc və ya faiz borclarının və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildikdə hesablanmış ödənişlər üzrə 100% həcmində ehtiyat yaradılır. 4.5. Ehtiyatlar hər bir aktiv üzrə və ya aktivlər qrupuna xas olan risklər qiymətləndirilməklə həmin qrup üzrə (kreditlər, banklararası tələblər, qiymətli kağızlar, debitor borclar, digər aktivlər) yaradılır. Yaradılmış ehtiyatlardan həmin qrupa daxil olan bütün aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə edilir. 4.6. Ümidsiz aktiv, həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində balansdan silinir. 4.7. Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla ümumi məbləği 20 000 (iyirmi min) manatadək olan milli və xarici valyutada ümidsiz aktivlərin, habelə bu Qaydanın 9-cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası tərəfindən İdarə Heyətinə həvalə edilə bilər. Bu halda, bu Qaydanın 9-cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlər istisna olmaqla İdarə Heyətinin qərarı ilə təqvim ili ərzində balansdan silinmiş aktivlərin ümumi məbləği əvvəlki ilin sonuna bankın İ dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. İdarə Heyətinin qərarı ilə balansdan silinmiş aktivlər barədə hesabat Müşahidə Şurasının növbəti iclasınadək Müşahidə Şurasının üzvlərinə təqdim olunmalıdır. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır. Ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı bu Qaydanın 11-ci hissəsində müəyyən edilmiş güzəştlər balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərə şamil edilmir. Göründüyü kimi hazırki kredit müqaviləsi üzrə hesablanmış borc “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 22 iyul 2022-ci il tarixli 29/1-1 saylı Qərarının təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehlər kredit borcu və ona hesablanmış faiz borcunu ödəməli olduqlarından, lakin borclarını müqavilənin şərtlərinə uyğun ödəmədiklərindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3887,44 manat əsas, 152,83 manat faiz, 15,67 manat cərimə və 61 manat dövlət rüsumu olmaqla cəmi 4116,94 (dörd min bir yüz on altı) manat 94 (doxsan dörd) qəpik alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar