Məhkəmə qərarları › İş №e-2(037)-289/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-289/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-289/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 319,33 manat əsas, 15,98 manat faiz, 15,29 manat cərimə olmaqla cəmi 350,6 manat borcun və 30,4 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 597nkNFT/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 18 % ilə 628 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 319,33 manat əsas, 15,98 manat faiz, 15,29 manat cərimə olmaqla, cəmi 350,6 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 yanvar 2024-cü il tarixdə göndərilmişdir. Cavabdeh məhkəmə sənədini 28 yanvar 2024-cü il tarixdə almışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 25 fevral 2022-ci il tarixli 597nkNFT/22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 18 % olmaq şərtilə 24 fevral 2024-cü il tarixədək 628 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 13860sSTB2/19 nömrəli müqavilə üzrə 627,46 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. - 597nkNFT/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində hər ay 32 manat ödəməklə 628 manat əsas, 125,4 manat faiz – cəmi 753,4 manat ödəməyi öhdəsinə götürmüşdür. - 12 iyul 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 597nkNFT/22 nömrəli kredit müqaviləsi üzrə 12 iyul 2023-cü il tarixə yaranmış 348 manat əsas, 12,88 manat faiz, 2,86 manat cərimə olmaqla cəmi 363,74 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 06 noyabr 2023-cü il tarixli UB-BANK/PİKMD/1145952 nömrəli arayışdan görünür ki, cavabdehin 597nkNFT/22 nömrəli kredit müqaviləsi üzrə 319,33 manat əsas, 15,98 manat faiz, 15,29 manat cərimə olmaqla cəmi 350,6 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 06 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli 597nkNFT/22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 % olmaq şərtilə 24 fevral 2024-cü il tarixədək 628 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 13860sSTB2/19 nömrəli müqavilə üzrə 627,46 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində hər ay 32 manat ödəməklə 628 manat əsas, 125,4 manat faiz – cəmi 753,4 manat ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 319,33 manat əsas, 15,98 manat faiz, 15,29 manat cərimə olmaqla cəmi 350,6 manat borcu vardır. İddiaçı cəmi 350,6 manat borcu və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 319,33 manat əsas, 15,98 manat faiz, 15,29 manat cərimə və 30,4 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 381 manat məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 319,33 manat əsas, 15,98 manat faiz, 15,29 manat cərimə və 30,4 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 381 (üç yüz səksən bir) manat məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar