Məhkəmə qərarları › İş №e-2(037)-290/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-290/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-290/2023 26.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh5, Həmı̇ dova Tacəxanım İlqar qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki işə 26 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh5, Həmı̇ dova Tacəxanım İlqar qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixində 005/F saylı kredit müqaviləsinin ləğvi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh4 və Cavabdeh2 əsas borcu 11290,14 manat, faiz borcu 3052,58 manat, dəbbə pulu 4361,57 manat, ümumilikdə 18704,29 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,06 hektar olan torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 18896.29 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında 13 iyun 2017-ci il tarixində 005/F saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh5 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə illik 6% hesablanmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13 iyun 2017-ci il tarixində sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh5 tərəfindən tam mülkiyyətində olan İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh5 tərəfindən 13 iyun 2017-ci il tarixli 005/F saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, M/22-9358 saylı 24 oktyabr 2022-ci il tarixli arayışa əsasən cavabdehlərin İddiaçı ASC-yə əsas borcu 11290,14 manat, faiz borcu 3052,58 manat, dəbbə pulu 4361,57 manat, ümumilikdə 18704,29 manat təşkil edir. 13 iyun 2017ci il tarixində 005/F saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən əsas borcu 11290,14 manat, faiz borcu 3052,58 manat, dəbbə pulu 4361,57 manat, ümumilikdə 18704,29 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,06 hektar olan torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 18896.29 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh5 izahat verərək göstərdi ki, onunla İddiaçı ASC arasında 13 iyun 2017-ci il tarixində 005/F saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə illik 6% hesablanmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13 iyun 2017-ci il tarixində sonrakı ipoteka müqaviləsi bağlanaraq, onun tərəfindən tam mülkiyyətində olan İsmayıllı rayonu Bizlan kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Maddi vəziyyəti yaxşı olmadığından kredit borcunu ödəyə bilməmişdir. O, magazasını satdıqdan sonra dərhal kredit borcunu bağlayacaqdır. İpoteka müqaviləsinə əsasən fərdi yaşayış evi 23000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı iddia tələbində həmin əmlakın ilkin satış (likvid) qiymətinin 23000 manat müəyyən edilməsini qeyd etsə də o, həmin məbləğlə razılaşmır. Hesab edir ki, həmin əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə əsasən 65750 manatdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə digər cavabdehlətin iştirakı olmadan baxılmasını qərara almışdır. 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən Cavabdeh5 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə illik 6% hesablanmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. 13 iyun 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinin və 16 iyun 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinin təminatı kimi İsmayıllı rayonu Bizlan kəndi ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən, 73,2 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASCnin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 23000 (iyirmi üç min) manat məbləğində qiymətləndirilmişdir. 24 oktyabr 2022-ci il tarixli M/22-9358 nömrəli maliyyə arayışının surətindən görünür ki, 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh5 11290,14 manat əsas, 3052,58 manat faiz borcu və 4361,57 manat cərimə, cəmi ümumi yaranmış borcu 18704,29 manat məbləğində olmuşdur. 07 dekabr 2022-ci il tarixli M/11-10760 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlərə xəbərdarlıq edilərək bildirilmişdir ki, 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini 21 gün ərzində tam icra etmədiyi halda Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir. Cavabdehlərə göndərilmiş bildirişlər onların həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış və bu barədə akt tərtib edilmişdir. 12 dekabr 2022-ci il tarixli, M/11-10957 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. 12 dekabr 2022-ci il tarixli portaldan çıxarışların surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 10 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2- 89/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh5 məxsus İsmayıllı rayonu Bizlan kəndində yerləşən fərdi yaşayış evini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 12 dekabr 2022-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 23000 manat olması ilə razılaşmadığından vəsatətinə əsasən məhkəmə tərəfindən həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu edilmişdir. Sorğuya cavab olaraq, "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli, 14 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Bizlan kəndi ünvanında yerləşən və şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh5 ilə onun ailə üzvlərinə məxsus olan 0,06 hektar torpaq sahəsi, fərdi yaşayış evi və onun tərkib hissəsi olan tikililərin birlikdə likvid dəyəri 65750 manat həddində müəyyən edilmişdir. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh5 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinə əsasən “Muğanbank" ASC-nin İsmayıllı filialı tərəfindən Cavabdeh5 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə illik 6% hesablanmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. 13 iyun 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinə və 16 iyun 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinin təminatı kimi İsmayıllı rayonu Bizlan kəndi ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən, 73,2 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 23000 (iyirmi üç min) manat məbləğində qiymətləndirilmişdir. 24 oktyabr 2022-ci il tarixli M/22-9358 nömrəli maliyyə arayışı üzrə 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh5 11290,14 manat əsas, 3052,58 manat faiz borcu və 4361,57 manat cərimə, cəmi ümumi yaranmış borcu 18704,29 manat məbləğində olmuşdur. 07 dekabr 2022-ci il tarixli M/11-10760 nömrəli bildirişlə cavabdehlərə xəbərdarlıq edilərək bildirilmişdir ki, 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini 21 gün ərzində tam icra etmədiyi halda Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir. Cavabdehlərə göndərilmiş bildirişlər onların həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış və bu barədə akt tərtib edilmişdir. 12 dekabr 2022-ci il tarixli, M/11-10957 nömrəli ərizə ilə "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 10 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2-89/2023 nömrəli məktubuna əsasən Cavabdeh5 məxsus İsmayıllı rayonu Bizlan kəndində yerləşən fərdi yaşayış evini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 12 dekabr 2022-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 23000 manat olması ilə razılaşmadığından vəsatətinə əsasən məhkəmə tərəfindən həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu edilmişdir. Sorğuya cavab olaraq, "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli, 14 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Bizlan kəndi ünvanında yerləşən və şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh5 ilə onun ailə üzvlərinə məxsus olan 0,06 hektar torpaq sahəsi, fərdi yaşayış evi və onun tərkib hissəsi olan tikililərin birlikdə likvid dəyəri 65750 manat həddində müəyyən edilmişdir. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 13 iyun 2017-ci il tarixində 005/F saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən əsas borcu 11290,14 manat, faiz borcu 3052,58 manat, dəbbə pulu 4361,57 manat, ümumilikdə 18704,29 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 147 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin İsmayıllı rayonu, Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 46.9 kv.m, yardımçı sahə 26.3 kv.m olan və 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 0,06 hektar olan torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 18896.29 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh5 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd olunan əsaslara əsasən iddia tələbi tərəflər arasında bağlanmış 13 iyun 2017ci il tarixli, 005/F saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 13 iyun 2017-ci il tarixli, 005/F nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 11290,14 manat əsas və 3052,58 manat faiz borcunun tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 4361,57 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 1100 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehlərdən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və hazırki iş üzrə təmin edilmiş tələbin məbləğinə uyğun olaraq 136,46 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 147 manat dövlət rüsumunun 49,76 manatı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt, yəni 28 dekabr 2018-ci il tarixədək qüvvədə olan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas öhdəliyin və yaxud onun bir hissəsinin icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan tələblərin ödənilməsi üçün tutmanı ipoteka ilə yüklü edilmiş əmlaka (ipoteka predmetinə) yönəldir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir; müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müavfiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş, İsmayıllı rayonu Bizlan kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli, 14 nömrəli mütəxəssis rəyində 65750 manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur. Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, İsmayıllı rayonu Bizlan kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiymətinin mütəxəssis rəyində qeyd edilən məbləğə uyğun olmaqla 65750 (altmış beş min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İsmayıllı rayonu Bizlan kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi 13 iyun 2019-cu il tarixli 005/F nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğundan iddia tələbinin ipoteka predmeti olan həmin fərdi yaşayış evi bir ay ərzində boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə Cavabdeh5 arasında bağlanmış 13 iyun 2017-ci il tarixli 005/F saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh5, Həmı̇ dova Tacəxanım İlqar qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11290,14 manat əsas borc, 3052,58 manat faiz borcu, 1100 manat dəbbə pulu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 136,46 manat dövlət rüsumu cəmi – 15624 (on beş min altı yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Cavabdehlər Cavabdeh5, Həmı̇ dova Tacəxanım İlqar qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.metr, yaşayış sahəsi 46,9 kv.metr, yardımçı sahə 26,3 kv.metr olan iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi cavabdehlərin birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsi açıq hərracda satılsın. Cavabdehlər Cavabdeh5, Həmı̇ dova Tacəxanım İlqar qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.metr, yaşayış sahəsi 46,9 kv.metr, yardımçı sahə 26,3 kv.metr olan iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi cavabdehlərin birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 65750 (altmış beş min yeddi yüz əlli) manat müəyyən olunsun. İpoteka predmetinin satışından əldə olunan vəsait 15624 (on beş min altı yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik məbləğinin ödənilməsinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş, Cavabdeh5, Həmı̇ dova Tacəxanım İlqar qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan, İsmayıllı rayonu Bizlan kəndində yerləşən ümumi sahəsi 73.2 kv.metr, yaşayış sahəsi 46,9 kv.metr, yardımçı sahə 26,3 kv.metr olan iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi cavabdehlərin birgə mülkiyyətində olan 0,06 hektar torpaq sahəsi açıq hərracda satıldıqdan sonra cavabdehlər və onlarla birlikdə yaşayanlar əmlakları ilə birlikdə 1 (bir) ay müddətində həmin evdən çxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə təhvil verilsin. Mülki iş üzrə ödənilmiş 147 manat dövlət rüsumunun 49,76 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar