Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-293/2023 26.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədov Yusı̇ f Lazım oğlu, Cavabdeh4, Məmmədova Həqı̇ qət Sərkar qızına qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki işə 26 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədov Yusı̇ f Lazım oğlu, Cavabdeh4, Məmmədova Həqı̇ qət Sərkar qızına qarşı iddia ərizəsi ilə müraciət edərək 12 iyul 2019-cu il tarixində 03/İF-REST saylı kredit müqaviləsinin ləğvi, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC–yə ödənilməsi, tələbin Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evinə (tam) yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 12557 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X5 arasında 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X4 restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1% olmaqla 12099,11 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh4 məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X1 tərəfindən 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC tərəfindən borclu X2 ölməsi məlum olduqdan sonra vərəsələrin müəyyən olunması məqsədi ilə sorğu göndərilmişdir. Sorğuya verilmiş cavabdan məlum olmuşdur ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X2 qanun üzrə vərəsələri olması müəyyən edilmişdir. Belə ki, M/22-10192 saylı 22 noyabr 2022-ci il tarixli arayışa əsasən Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-yə cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284.89 manat təşkil edir. 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC–yə ödənilməsi, tələbin Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 12557 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 izahat verərək göstərdi ki, İddiaçı ASC ilə X5 arasında 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanaraq, ona məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən fərdi yaşayış evi 25000 manat məbləğində qiymətləndirilmişdir. X5 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı iddia tələbində həmin əmlakın ilkin satış (likvid) qiymətinin 25000 manat müəyyən edilməsini qeyd etsə də o, həmin məbləğlə razılaşmır. Hesab edir ki, həmin əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə əsasən 85306 manatdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə digər cavabdehlətin iştirakı olmadan baxılmasını qərara almışdır. 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən X4 illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 12099,11 manat məbləğində kredit verilmişdir. 13 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin və 17 iyul 2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinin təminatı kimi İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1013 hektar torpaq sahəsində yerləşən, 141 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 25000 (iyirmi beş min) manat məbləğində qiymətləndirilmişdir. 07 yanvar 2020-ci il tarixli AZ-İİ №055813 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 17 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 dekabr 2019-cu il tarixdə vəfat etmiş X3 vərəsələri - Cavabdeh1, Cavabdeh2, Məmmədov Yusı̇ f Lazım oğlu və Məmmədova Həqı̇ qət Sərkar qızıdır. 22 noyabr 2022-ci il tarixli M/22-10192 nömrəli maliyyə arayışının surətindən görünür ki, 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinə əsasən X3 12099,11 manat əsas və 284,89 manat faiz borcu, cəmi ümumi yaranmış borcu 12384 manat məbləğində olmuşdur. 12 dekabr 2022-ci il tarixli, M/11-10916 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. Bu barədə cavabdehlərə məlumat verilmişdir. 12 dekabr 2022-ci il tarixli portaldan çıxarışların surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 10 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2- 86/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh4 məxsus İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 23 dekabr 2022-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 25000 manat olması ilə razılaşmadığından vəsatətinə əsasən məhkəmə tərəfindən həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu edilmişdir. Sorğuya cavab olaraq, "xxxx" MMC-nin 12 iyul 2023-cü il tarixli, 15 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, həyətyanı tikili və qurğular yekun likvid dəyəri 85306 manat həddində müəyyən edilmişdir. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh4 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən X4 illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 12099,11 manat məbləğində kredit verilmişdir. 13 iyul 2019cu il tarixli sonrakı ipoteka müqaviləsinə və 17 iyul 2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinin təminatı kimi İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1013 hektar torpaq sahəsində yerləşən, 141 kvadratmetr sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 25000 (iyirmi beş min) manat məbləğində qiymətləndirilmişdir. X5 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. 17 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 27 dekabr 2019-cu il tarixdə vəfat etmiş X3 vərəsələri - Cavabdeh1, Cavabdeh2, Məmmədov Yusı̇ f Lazım oğlu və Məmmədova Həqı̇ qət Sərkar qızıdır. 22 noyabr 2022-ci il tarixli M/22-10192 nömrəli maliyyə arayışı üzrə 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsinə əsasən X3 12099,11 manat əsas və 284,89 manat faiz borcu, cəmi ümumi yaranmış borcu 12384 manat məbləğində olmuşdur. 12 dekabr 2022-ci il tarixli, M/11-10916 nömrəli ərizə ilə "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. Bu barədə cavabdehlərə məlumat verilmişdir. "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 10 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2-86/2023 nömrəli məktubda Cavabdeh4 məxsus İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 23 dekabr 2022-ci il tarixində qeydiyyata alındığı qeyd olunmuşdur. Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 25000 manat olması ilə razılaşmadığından vəsatətinə əsasən məhkəmə tərəfindən həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu edilmişdir. Sorğuya cavab olaraq, "xxxx" MMC-nin 12 iyul 2023-cü il tarixli, 15 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında 0,1 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, həyətyanı tikili və qurğular yekun likvid dəyəri 85306 manat həddində müəyyən edilmişdir. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən cəmi borcu 12384 manat, əsas borcu 12099,11 manat, faiz borcu 284,89 manatın, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC–yə ödənilməsi, tələbin Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC–yə 12557 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd olunan əsaslara əsasən iddia tələbi tərəflər arasında bağlanmış 12 iyul 2019cu il tarixli, 03/İF-REST saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 12 iyul 2019-cu il tarixli, 03/İF-REST nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 12099,11 manat əsas və 284,89 manat faiz borcunun tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumunun tutulmasına dair hissədə təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir. Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1-ci maddəsinə əsasən müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2-ci maddəsinə əsasən icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4-cü maddəsinə əsasən bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus olan, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 12 iyul 2023-cü il tarixli, 15 nömrəli mütəxəssis rəyində 85306 manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd edir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur. Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiymətinin mütəxəssis rəyində qeyd edilən məbləğə uyğun olmaqla 85306 (səksən beş min üç yüz altı) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin məzmununa əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evi 12 iyul 2019-cu il tarixli 03/İF-REST nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğundan iddia tələbinin ipoteka predmeti olan həmin fərdi yaşayış evi bir ay ərzində boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə cavabdeh X5 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 03/İF-REST saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədov Yusı̇ f Lazım oğlu, Cavabdeh4 və Məmmədova Həqı̇ qət Sərkar qızından müştərək qaydada 12099,11 manat əsas borc, 284,89 manat faiz borcu, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat dövlət rüsumu, məhkəməyə müraciət üçün ödənilmiş 128 manat dövlət rüsumu cəmi – 12557 (on iki min beş yüz əlli yeddi) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın. Cavabdeh4 məxsus olan, ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 85306 (səksən beş min üç yüz altı) manat müəyyən olunsun. İpoteka predmetinin satışından əldə olunan vəsait 12557 (on iki min beş yüz əlli yeddi) manat məbləğinin ödənilməsinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus olan, İsmayıllı şəhəri, Cavanşir küçəsi, 30/ ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Cavabdeh4 və onunla birlikdə yaşayanlar əmlakları ilə birlikdə 1 (bir) ay müddətində həmin evdən çxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə təhvil verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-293/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-293/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver