Məhkəmə qərarları › İş №e-2(037)-295/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-295/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-295/2023 27.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Nəsı̇ rova Zərı̇ fə Hacı qızına qarşı kredit müqaviləsi üzrə mübahisə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək cavabdeh Nəsı̇ rova Zərı̇ fə Hacı qızından iddiaçının xeyrinə 114,08 manat əsas, 13,63 manat faiz borcu olmaqla, cəmi 127,71 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçı ilə cavabdeh Nəsı̇ rova Zərı̇ fə Hacı qızı arasında xx.xx.2018-ci il tarixli, BPM**********15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə 1520 AZN məbləğində kredit verilmişdir. Cavabdeh İddia ərizəsi, ona əlavə olunmuş sənədlərin surəti və məhkəmə bildirişi cavabdehə göndərilmişdir. Göndərilmiş zərf poçt şöbəsi tərəfindən cavabdehin vəfat etməsi səbəbi göstərilərək məhkəməyə qaytarılmışdır. İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin 28 fevral 2023-cü il tarixli 3-16-5/8-13-104/2023 saylı məktubundan görünür ki, cavabdeh Nəsı̇ rova Zərı̇ fə Hacı qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəflərin ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 769802 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsı̇ rova Zərı̇ fə Hacı qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsı̇ rova Zərı̇ fə Hacı qızı xx.xx.2021-ci il tarixdə vəfat etsə də, iddiaçı 2023-cü il tarixdə vəfat etmiş şəxsə qarşı iddia qaldırmış, kredit müqaviləsi isə 2018-ci ildə bağlanmışdır. Mülki Prosessual Məcəllənin 254.1.1 və 261.0.7-ci maddələrində nəzərdə tutulmuş hallar iş üzrə tərəfin məhkəmə prosesi dövründə ölməsi ilə bağlı prosessual qaydaları müəyyən etməkdədir. Lakin, hazırkı işin halına görə isə iddiaçı həyatda olmayan şəxsə qarşı iddia qaldırmışdır ki, bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün deyildir. Belə ki, cavabdeh kimi qeyd edilən şəxs kredit müqaviləsi bağlandıqdan sonra, lakin məhkəməyə müraciət edilənə qədər vəfat etmişdir. Buna görə də iddiaçı yalnız vəfat etmiş şəxsin mirası qəbul edən vərəsələrini müəyyən etdiyi təqdirdə həmin şəxslərə, o cümlədən tələbin ipoteka predmetinə (olduğu təqdirə) yönədlilməsi ilə bağlı ipoteka qoyan şəxsə qarşı iddia qaldırmaqda haqlı ola bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, iş üzrə əsas borculunun vərəsələri müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Nəsı̇ rova Zərı̇ fə Hacı qızına qarşı kredit müqaviləsi üzrə mübahisə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar