Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-298/2023 03.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5438.35 manat, faiz borcu üzrə 1439.30 manat, cəmi 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumunun, ümumilikdə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesinin gedişində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5438.35 manat, faiz borcu üzrə 1439.30 manat, cərimə üzrə 2265.82 manat, cəmi 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumunun, ümumilikdə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh1 arasında 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) % hesablanmaq şərti ilə, 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq Cavabdeh1 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi (0.11 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir (Yüklü edilmiş əmlakın reyestr nömrəsi **********357-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il). Həmçinin 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 tərəfindən 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, M/22- 9359 saylı 24 oktyabr 2022–ci il tarixli arayışa əsasən, Cavabdeh1 İddiaçı ASC-yə əsas borc üzrə 5438.35 manat, faiz borcu üzrə 1439.30 manat, cəmi borcu 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manat təşkil edir. İddiaçı 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5438.35 manat, faiz borcu üzrə 1439.30 manat, cərimə üzrə 2265.82 manat, cəmi 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manatın, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun və məhkəməyə müraciət üçün ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumunun, ümumilikdə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Əziz Pənahov məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməısini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2017-ci ilin aprel ayında iddiaçı bankla arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi onunla bank arasında ipoteka müqaviləsi bağlanmış, həmçinin anası Cavabdeh2 zamin durmuşdur. O, kredit götürərkən işləmiş və kredit məbləğini ödəmişdir. Ödədiyi məbləğlər bank tərəfindən faiz borcuna və cəriməyə yönədilmişdir. Daha sonra iş yeri bağlanmış və o, işsiz qalmışdır. Ona görə də kredit borcunu ödəyə bilməmişdir. O, əsas borc məbləğini qəbul edir və həmin məbləği az miqdarda hissə-hissə ödəyə bilər. Əsas borc məbləğinə hesablanmış faiz və cərimə məbləğləri yüksəkdir, hazırda işsiz olduğuna görə həmin məbləğləri ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, faiz və cərimə mələğləri silinməklə, iş üzrə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) % hesablanmaq şərti ilə, 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. İşdə olan 14 aprel 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında Cavabdeh1 ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 ilə iddiaçı bank arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 hektar torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsinin icrasının təminatı kimi ipoteka qoymuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış 07 dekabr 2022-ci il tarixli M/İİ-10761 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank borclulara mübahisəni məhkəmədən kənar qaydada həll etməyi təklif edərək onlardan kredit müqaviləsi üzrə borcu 21 gün ərzində ödəmələri tələb edilmiş, əks halda ipteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməyə başlaması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan Elektron Xidmətlər Portalından çıxarılmış 12 dekabr 2022-ci il tarixli “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təqsdiqetmə bildirindən və ödəniş barədə məlumatlar”dan görünür ki, təsdiqetmə bildirişinin verilməsi üçün dövlət rüsumu və xidmət haqqı olaraq 45 manat məbləğ ödənilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli 3- 21-3-42/2-87/2023 saylı məktubundan görünür ki, Cavabdeh1 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi **********57-10301) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İşdə olan 24 oktyabr 2022-ci il tarixli M/22-9359 saylı maliyyə arayışından görünür ki, cavabdehin 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsi üzrə cəmi borcu 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manat, o cümlədən 5438.35 manat əsas borc, 1439.30 manat faiz borcu, 2265.82 manat cərimıə təşkil edir. Beləlilklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinə əsasən bank borcluya 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) % hesablanmaq şərti ilə, 11000 (on bir min) manat məbləğində kredit vermişdir. Borcalan isə kredit və kreditdən istifadəyə görə nəzərdə tutulmuş faizləri ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq, borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən kredit müqaviləsinin icrasına təminat məqsədilə bağlanmış 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka qoymuşdur. Kredit müqaviləsinin təminatı kimi həmçinin iddiaçı bankla Cavabdeh2 arasında 14 aprel 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında Cavabdeh1 ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 öhdəliklərini lazımınca icra etməyərək əsas kredit borcunu və onun faizlərini tam ödəməmişdir. Nəticədə cavabdehlərin iddiaçı banka müştərək qaydada 5438.35 manat əsas, 1439.30 manat faiz borcu, 2265.82 manat cərimə olmaqla, cəmi 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manat borcu yaranmışdır. İddiaçı 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 9143.47 (doqquz min yüz qırx üç manat 47 qəpik) manat borcun, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 45 (qırx beş) manat rüsum və məhkəməyə müraciət üçün ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumunun, ümumilikdə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manatın tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə 9300.47 (doqquz min üç yüz manat 47 qəpik) manat məbləğin ödənilməsini tələb edir. Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, kredit götürərkən işlədiyini və kredit borcunu ödədiyini, daha sonra iş yeri bağlandığından kredit borcunu ödəyə bilmədiyini, iddia tələbini əsas borc məbləğində qəbul etdiyini, əsas borca hesablanmış faiz və cərimə məbləğlərini ödəməyə imkanının olmadığını bildirərək, faiz və cərimə mələğləri silinməklə, iş üzrə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə prosesinə gəlmədiyindən iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh1nın iddiaçı banka 5438.35 manat əsas və 1439.30 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik cavabdehin təqsiri üzündən icra edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya olan borcunu nəzərdə tutulan qaydada və vaxtda ödəməyərək müqavilənin şərtlərini pozduğundan, Cavabdeh2 da kredit müqaviləsi ilə öhdəliyin icra edilməməsinə görə Cavabdeh1la bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürdüyündən, iddia tələbi 5438.35 manat əsas və 1439.30 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsi üzrə 5438.35 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 2265.82 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 300 manata endirilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, cavabdehlərdən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğ müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, bankın əmələ gəlmiş tələbi Cavabdeh1 tərəfindən ipoteka qoyulmuş İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsində göstərilmişdir ki, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Tərəflər arasında bağlanmış 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Ona görə də bankın ipoteka predmetinə tutma yönəldilməsi haqda tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı əmələ gəlmiş borc tələbi sonuncuya məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə həyata keçirilməli, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalı və Cavabdeh1 həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlakın satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlə birlikdə yaşayanların həmin əmlakdan çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının fərdi yaşayış evindən çıxarılmasını tələb etdiyi cavabdehlə birlikdə yaşayanlar qeyri-müəyyən olduğundan və konkret şəxslərin ad, soyad və ata adları qeyd edilmədiyindən, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinəəsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki tələb üzrə gələcəkdə qətnamənin icrasına maneə yaranmamasına görə məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsi üzrə razılaşdırılmış 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Ona görə də ipoteka predmetinin ilkin satış qiyməti 23.000 manat dəyərində qiymətləndirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 112 manat məbləğində dövlət rüsumu, iddia tələbinin təmin olunan 7222.65 manat borc məbləği hissəsinə mütənasib olaraq 92.22 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 19.78 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 14 aprel 2017-ci il tarixli 002/F saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5438.35 manat əsas borc, 1439.30 manat faiz borcu, 300 manat cərimə, bildirişin qeydiyyatı üçün ödənilmiş 45 manat rüsum və məhkəməyə müraciət etmək üçün ödənilmiş 92.22 manat dövlət rüsumu olmaqla, cəmi 7314.87 (yeddi min üç yüz on dörd manat səksən yeddi qəpik) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Tələb, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017–ci il tarixli, **********57-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 7314.87 manat məbləğində pul alınıb “Muğanbank" ASC-yə verilsin. İpoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.11 ha torpaq sahəsində yerləşən 88.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın və Cavabdeh1 həmin mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 19.78 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-298/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-298/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver