Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-314/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 609,84 manat əsas və 2,3 manat faiz olmaqla cəmi 612,14 manat borcun və 30,4 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 544 nk BKX/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 30 ay müddətinə illik 25 % ilə 957 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 609,84 manat əsas, 2,3 manat faiz, 17,75 manat cərimə olmaqla, cəmi 612,14 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 25 yanvar 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 mart 2022-ci il tarixli 544nkBKX/22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 25 % olmaq şərtilə 14 sentyabr 2024-cü il tarixədək 957 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli 444nkBKX/21 nömrəli müqavilə üzrə 399,51 manat, 29 yanvar 2021-ci il tarixli 294sBKX/21 nömrəli müqavilə üzrə 556,67 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. - 544nkBKX/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində hər ay 44 manat ödəməklə 957 manat əsas, 337,8 manat faiz – cəmi 1294,8 manat ödəməyi öhdəsinə götürmüşdür. - 7 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 544nkBKX/22 nömrəli kredit müqaviləsi üzrə 7 avqust 2023-cü il tarixə yaranmış 643,7 manat əsas, 49,86 manat faiz, 2,8 manat cərimə olmaqla cəmi 696,36 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 21 noyabr 2023-cü il tarixli UB-BANK/PİKMD/1148036 nömrəli arayışdan görünür ki, cavabdehin 544nkBKX/22 nömrəli kredit müqaviləsi üzrə 609,84 manat əsas, 2,3 manat faiz olmaqla cəmi 612,14 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 21 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış 15 mart 2022-ci il tarixli 544nkBKX/22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 % olmaq şərtilə 14 sentyabr 2024-cü il tarixədək 957 manat kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli 444nkBKX/21 nömrəli müqavilə üzrə 399,51 manat, 29 yanvar 2021-ci il tarixli 294sBKX/21 nömrəli müqavilə üzrə 556,67 manat borcun ödənilməsi məqsədi ilə verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddət ərzində hər ay 44 manat ödəməklə 957 manat əsas, 337,8 manat faiz – cəmi 1294,8 manat ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 609,84 manat əsas və 2,3 manat faiz olmaqla cəmi 612,14 manat borcu vardır. İddiaçı cəmi 612,14 manat borcu və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 609,84 manat əsas, 2,3 manat faiz və 30,4 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 642,54 manat məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 609,84 manat əsas, 2,3 manat faiz və 30,4 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 642 (altı yüz qırx iki) manat 54 (əlli dörd) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-314/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-314/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver