Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-315/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1776,16 manat əsas, 515,79 manat faiz olmaqla, cəmi 2291,95 manat borcun və 42,92 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 may 2021-ci il tarixli GTKR3715451A178 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 27 % dərəcəsi ilə 35 ay müddətinə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə 17 yanvar 2024-cü il tarixə cavabdehin iddiaçıya 1776,16 manat əsas, 515,79 manat faiz borcu olmaqla, cəmi 2291,95 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı Cavabdeh 1776,16 manat əsas, 515,79 manat faiz olmaqla, cəmi 2291,95 manat borcun və 42,92 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 25 yanvar 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 27 may 2021-ci il tarixli GTKR3715451A178 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 27 faiz dərəcəsi ilə 35 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. - 27 may 2021-ci il tarixli GTKR3715451A178 nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 5000 manat əsas və 2281,75 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. - 12 yanvar 2024-cü il tarixli 16MH/2252 nömrəli sonuncu bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilərək əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. - 18 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 42,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 22 yanvar 2024-cü il tarixli 2024/104/1520 nömrəli maliyyə arayışının surətindən müəyyən edilir ki, 17 yanvar 2024-cü il tarixə cavabdehin 1776,16 manat əsas, 515,79 manat faiz, cəmi 2291,95 manat borcu yaranmışdır. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2021-ci il tarixli GTKR3715451A178 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 27 faiz dərəcəsi ilə 35 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 5000 manat əsas və 2281,75 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. 17 yanvar 2023-cü il tarixə cavabdehin 1776,16 manat əsas, 515,79 manat faiz borcu olmaqla, cəmi 2291,95 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 42,92 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 1776,16 manat əsas, 515,79 manat faiz olmaqla, cəmi 2291,95 manat borcun və 42,92 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1776,16 manat əsas, 515,79 manat faiz və 42,92 manat dövlət rüsumu olmaqla cəmi 2334,87 manat məbləğinin alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1776,16 manat əsas, 515,79 manat faiz və 42,92 manat dövlət rüsumu olmaqla cəmi 2334 (iki min üç yüz otuz dörd) manat 87 (səksən yeddi) qəpik borc məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-315/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-315/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver