Məhkəmə qərarları › İş №e-2(037)-316/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-316/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-316/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 262,04 manat əsas, 61,1 manat faiz, 11,31 manat cərimə olmaqla cəmi 334,45 manat borc və 30,4 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə, 24 iyul 2025-ci il tarixinədək illik 29 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənın 1.2-ci bəndinə əsasən Bu müqavilə üzrə kredit məbləği oferta çərçivəsində ödəniş kartına köçürülür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə kreditin nağdlaşdırılmasına görə kredit məbləğinin 1% (min. 1 AZN) faizı həcmində komissiya tutulur. Bu müqavilə "xxxx" ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və Borcalanın yazılı razılığı ilə bütün şərtlərı onun tərəfindən qəbul edilmiş 28 dekabr 2021-ci tarixli 010/21 saylı ümumi oferta çərçivəsində bağlanmışdır. Bu müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazım qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 25 yanvar 2024-cü il tarixdə göndərilmiş və 29 yanvar 2024-cü il tarixdə almışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 28 dekabr 2021-ci il tarixli 01U/21 nömrəli bank xidmətlərinə dair ümumi oferta müqaviləsinin surətindən və 24 avqust 2022-ci il tarixli 7249sNFTb/22 nömrəli kredit xətti müqaviləsinin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 iyul 2025-ci il tarixdək illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. - 21 avqust 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 24 avqust 2022-ci il tarixli 7249sNFTb/22 nömrəli kredit müqaviləsi üzrə 262,04 manat əsas, 41,08 manat faiz, 1,63 manat cərimə olmaqla cəmi 304,75 manat borcun ödənilməsi tələb olunmuş, əks halda borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 21 noyabr 2023-cü il tarixli BANK/PİKMD/1148066 nömrəli çıxarışdan görünür ki, cavabdehin 21 noyabr 2023-cü il tarixə 262,04 manat əsas, 61,1 manat faiz, 11,31 manat cərimə olmaqla cəmi 334,45 manat borcu yaranmışdır. - 21 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli ümumi oferta (bank xidmətlərinə dair) müqaviləsinə və 24 avqust 2022-ci il tarixli 7249sNFTb/22 nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 iyul 2025-ci il tarixdək illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 262,04 manat əsas, 61,1 manat faiz, 11,31 manat cərimə borcu vardır. İddiaçı cəmi 334,45 manat borcu və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir.. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 262,04 manat əsas, 61,1 manat faiz, 11,31 manat cərimə və 30,4 manat dövlət rüsumu olmaqla cəmi 364,85 manat məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 262,04 manat əsas, 61,1 manat faiz, 11,31 manat cərimə və 30,4 manat dövlət rüsumu olmaqla cəmi 364 (üç yüz altmış dörd) manat 85 (səksən beş) qəpik borc məbləği alınaraq "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar