Məhkəmə qərarları › İş №e-2(037)-317/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-317/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-317/2022 09.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə 09 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 17 mart 2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə yaranmış 417,5 manat əsas, 62,6 manat cərimə - cəmi 480,1 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 11 fevral 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 21 fevral 2022-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağalanmış 17 mart 2021ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətində hər ay 29 manat ödəniş etməklə 506,1 manat dəyərində «SAMSUNG A217» markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə sonuncu dəfə 22 noyabr 2021-ci il tarixdə 20,5 manat ödəniş etmiş və 417,5 manat əsas borcu qalmışdır. Müqavilənin şərtinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 626 manat təşkil edir. Hesablanmış cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i – yəni 62,6 manat cavabdehdən tələb olunur. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, 417,5 manat əsas, 62,6 manat cərimə, cəmi 480,1 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 480,1 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 17 mart 2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətində hər ay 29 manat ödəmək şərti ilə cəmi 506,1 manat dəyərində “SAMSUNG A217” markalı telefon satılmışdır. Xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 17 mart 2021-ci il tarixli müqavilə üzrə yaranmış 417,5 manat əsas, 626 manat cərimə, cəmi 1043,5 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda barəsində qanunverciliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. 17 yanvar 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 17 mart 2021-ci il tarixli müqavilə üzrə 88,5 manat ödəniş etmiş, 417,5 manat əsas, 626 manat cərimə - cəmi 1043,5 manat borcu yaranmışdır. 03 fevral 2022-ci il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında 17 mart 2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 29 manat ödəmək şərti ilə cəmi 506,1 manat dəyərində “SAMSUNG A217” markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə borcundan ödəniş etmiş, 417,5 manat əsas borcu qalmışdır. Müqavilənin şərtinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 626 manat təşkil edir. Hesablanmış cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş, yalnız 10%-i – yəni 62,6 manat cavabdehdən tələb olunur. Cavabdehin 17 yanvar 2022-ci il tarixədək 17 mart 2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 417,5 manat əsas, 62,6 manat cərimə, cəmi 480,1 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 480,1 manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh nisyə aldığı əşyanın dəyərini ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17 mart 2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 417,5 manat əsas, 62,6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 510 (beş yüz on) manat 10 (on) qəpik borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar