Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-318/2025 26.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək cavabdehdən 1610,77 manat əsas, 155,89 manat faiz, 80,1 manat cərimə – cəmi 1846,76 manat kredit borcunun və 38,47 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında (https://vtb.az/aboutbank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” əsasən 20 iyun 2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 2199 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) verilmişdir. Cavabdeh tərəfindən imzalanmış 20 iyun 2022-ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə cavabdeh “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, Nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə şərtlərini yerinə yetirməmişdir. İddiaçı cavabdehdən 1610,77 manat əsas, 155,89 manat faiz, 80,1 manat cərimə – cəmi 1846,76 manat kredit borcunun və 38,47 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 27 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -20 iyun 2022-ci il tarixli 347896-CNS-36362 nömrəli nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 26,5 % olmaqla 60 ay müddətinə 2199 manat məbləğində kredit verilmişdir. -20 iyun 2022-ci il tarixli 347896-CNS-36362 saylı kredit müqaviləsinə 1 nömrəli əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş 60 ay müddət ərzində 2199 manat əsas, 1791,65 manat faiz, cəmi 3990,65 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. -04 dekabr 2024-cü il tarixli arayışından görünür ki, cavabdehin 20 iyun 2022-ci il tarixli 347896-CNS-36362 saylı kredit müqaviləsi üzrə 20 avqust 2024-cü il tarixə 1610,77 manat əsas, 155,89 manat faiz, 80,1 manat cərimə – cəmi 1846,76 manat borcu qaldığı qeyd edilmişdir. -06 dekabr 2024-cü il tarixli 4989P nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən 20 iyun 2022-ci il tarixli 347896-CNS-36362 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. -İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 38,47 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20 iyun 2022-ci il tarixli 347896-CNS-36362 saylı “Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə” dair müqaviləyə əsasən iddiaçı tərəfindən həmin tarixdə cavabdehə illik 26,5 % olmaqla 60 ay müddətinə 2199 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş 60 ay müddət ərzində 2199 manat əsas, 1791,65 manat faiz, cəmi 3990,65 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1610,77 manat əsas, 155,89 manat faiz, 80,1 manat cərimə – cəmi 1846,76 manat kredit borcunun və 38,47 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1610,77 manat əsas, 155,89 manat faiz, 80,1 manat cərimə – cəmi 1846,76 manat kredit borcunun və 38,47 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1610,77 manat əsas, 155,89 manat faiz, 80,1 manat cərimə və 38,47 manat dövlət rüsumu - cəmi 1885 (bir min səkkiz yüz səksən beş) manat 23 (iyirmi üç) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-318/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-318/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver