Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-326/2024 27.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 27 feval 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" X1 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, cəmi 3284,24 manat, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz, cəmi 330,68 manat, ümumilikdə 3614,92 manat borcun və ödənilmiş 56,15 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 26 yanvar 2024-cü il tarixdə cavabdehin rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və məhkəmə sənədi cavabdehə çatdırılması üçün icra nümayəndəliyində saxlanılmışdır. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 26 avqust 2022ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4040 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında elektron qaydada bağlanmış 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 270 manat kredit verilmişdir. Kreditin “online” qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nağd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu tam qaytarmamışdır. Cavabdehin 17 yanvar 2024-cü il tarixə iddiaçıya 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, cəmi 3284,24 manat, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz, cəmi 330,68 manat, ümumilikdə 3614,92 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Cavabdehdən 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, cəmi 3284,24 manat, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz, cəmi 330,68 manat, ümumilikdə 3614,92 manat borcun və ödənilmiş 56,15 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4040 manat məbləğində kredit verilmişdir. 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 nömrəli Birbank Cashback kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 270 manat məbləğində kredit verilmişdir. 12 yanvar 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən borcun üç təqvim günü ərzində ödənilməsi tələb olunmuş, əks halda barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 22 yanvar 2024-cü il tarixli, 2024/104/1552 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 17 yanvar 2024-cü il tarixə iddiaçıya 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, cəmi 3284,24 manat, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz, cəmi 330,68 manat, ümumilikdə 3614,92 manat borcu yaranmışdır. 18 yanvar 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 56,15 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4040 manat məbləğində, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 nömrəli Birbank Cashback kredit xətti müqaviləsinə əsasən isə 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 270 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. 12 yanvar 2024-cü il tarixdə cavabdehdən borcun üç təqvim günü ərzində ödənilməsi tələb olunmuş, əks halda barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdehin 17 yanvar 2024-cü il tarixə iddiaçıya 26 avqust 2022ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, cəmi 3284,24 manat, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz, cəmi 330,68 manat, ümumilikdə 3614,92 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, cəmi 3284,24 manat, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz, cəmi 330,68 manat, ümumilikdə 3614,92 manat borcun və ödənilmiş 56,15 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış faizi ödəməli olduğundan, lakin borcunu müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 56,15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 26 avqust 2022-ci il tarixli GTKR6304024A178 saylı kredit müqaviləsinə əsasən 3000,14 manat əsas, 284,1 manat faiz, 06 yanvar 2023-cü il tarixli BRCB8968464A299 saylı kredit kartına dair müqaviləyə əsasən 269,8 manat əsas, 60,88 manat faiz və 56,15 manat ödənilmiş dövlət rüsumu – cəmi 3671 (üç min altı yüz yetmiş bir) manat 07 (yeddi) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-326/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-326/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver