Məhkəmə qərarları › İş №e-2(037)-327/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-327/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-327/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1217.93 manat əsas,AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 191,59 manat faiz olmaqla,cəmi 1408.65 manat borc məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilən 35 manat məbləğində xərcin tutularaq ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə göndərərək Cavabdeh2 kredit borcunu tam olaraq bağladığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsillərinin ləğv prosesində olan İddiaçı ASC-yə geri qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumuqaytarılması və alan adı: Ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********,İBAN:AZ65NABZ********************, Alanın Bankı: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, kod 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT:NABZAZ2C) hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizəsi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9,170.1,263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tam şəkildə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-yə məxsus hesaba (ALAN Adı: Ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********, İBAN:AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, kod 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT:NABZAZ2C) qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar