Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-328/2024 03.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Kreditor İddiaçı ASC borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.238,72 manat əsas, 6,36 manat faiz olmaqla, cəmi 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat məbləğində kredit borcu və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla ümumilikdə 1.278,08 (bir mi iki yüz yetmiş səkkiz manat, 08 qəpik) manat məbləğinin alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 1.279,33 (bir min iki yüz yetmiş doqquz manat, 33 qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 1.238,72 manat əsas, 6,36 manat faiz olmaqla, cəmi 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat borcu mövcuddur. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi birinci cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, birinci cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Birinci cavabdehin krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdehlər tərəfindən imzalanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.238,72 manat əsas, 6,36 manat faiz olmaqla, cəmi 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat məbləğində kredit borcu və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla ümumilikdə 1.278,08 (bir mi iki yüz yetmiş səkkiz manat, 08 qəpik) manat məbləğinin müştərək qaydada Zaminbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, ona 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 1.279,33 (bir min iki yüz yetmiş doqquz manat, 33 qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlandıqdan sonra bir müddət kreditin qrafik üzrə aylıq ödənişlərini həyata keçirmiş, lakin sonradan işdən çıxarıldığından maddi vəziyyətində əsaslı dəyişiklik baş verdiyindən müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödəniş edə bilməmişdir. Həmin məbləği ödəməyə imkanı olmadığından borcu hissə-hissə ödəyə biləcəyini qeyd edir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını və onun zaminliyinə xitam verilməsini xahiş etdi. xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, birinci cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödənilmək şərti ilə 1.279,33 (bir min iki yüz yetmiş doqquz manat, 33 qəpik) manat borc restrukturizasiya edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 27 oktyabr 2023-cü il tarixli, **********508 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq beş iş günü ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda borcun ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 30 noyabr 2023-cü il tarixli, **********756 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin 22 noyabr 2023-cü il tarixinə ümumi yaranmış borcu 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat məbləğində olmuşdur. 24 yanvar 2024-cü il tarixli, ********** nömrəli məxdaxil qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli restrukturizasiya müqaviləsinə əsasən birinci cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödənilmək şərti ilə 1.279,33 (bir min iki yüz yetmiş doqquz manat, 33 qəpik) manat borc restrukturizasiya edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM101900368 nömrəli zaminlik müqaviləsi üzrə İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq beş iş günü ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda borcun ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə birinci cavabdehlərin 22 noyabr 2023-cü il tarixinə ümumi yaranmış borcu 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat məbləğində olmuşdur. İddiaçı cavabdehlərdən 1.238,72 manat əsas, 6,36 manat faiz olmaqla, cəmi 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat məbləğində kredit borcu və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla ümumilikdə 1.278,08 (bir mi iki yüz yetmiş səkkiz manat, 08 qəpik) manat məbləğin tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər kredit borcunun 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat əsas borc hissəsini qəbul etdiklərini və hissə-hissə ödəyəcəklərini bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehlər kredit borcu və ona hesablanmış faiz borcunu ödəməli olduqlarından, lakin borclarını müqavilənin şərtlərinə uyğun ödəmədiklərindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 33 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.238,72 manat əsas, 6,36 manat faiz olmaqla, cəmi 1.245,08 (bir min iki yüz qırx beş manat, 08 qəpik) manat məbləğində kredit borcu və 33 (otuz üç) manat dövlət rüsumu olmaqla ümumilikdə 1.278,08 (bir mi iki yüz yetmiş səkkiz manat, 08 qəpik) manat məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-328/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-328/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver