Məhkəmə qərarları › İş №e-2(037)-329/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-329/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-329/2024 06.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə Cavabdehlər Cavabdeh2 Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 06 may 2024-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.597,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz olmaqla, cəmi 1.600,10 (bir min altı yüz manat, 10 qəpik) manat kredit borcunun və 37 (otuz yeddi) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh2 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM052100100 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 1.730,75 (bir min yeddi yüz otuz manat, 75 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli, LM111900627 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh1 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 1.597,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz olmaqla, cəmi 1.600,10 (bir min altı yüz manat, 10 qəpik) manat borcu mövcuddur. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bildirmək istəyirik ki, Cavabdeh2 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfimizdən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdehlər tərəfindən imzalanmışdır. Cavabdehlərdən müştərək qaydada 1.597,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz olmaqla, cəmi 1.600,10 (bir min altı yüz manat, 10 qəpik) manat kredit borcunun və 37 (otuz yeddi) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli, LM052100100 restrukturizasiya müqaviləsinə əsasən, 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 1.730,75 (bir min yeddi yüz otuz manat, 75 qəpik) manat məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyətində əsaslı dəyişiklik olduğu üçün ödəyə bilməmişdir. Hazırda dörd aydır ki, ardıcıl olaraq kredit borcundan ödənişlər edir. Hər ay 30 manat olmaqla ümumilikdə 120 manat məbləğində ödəniş etmişdir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 izahat verərək göstərdi ki, iddiaçı bank ilə aralarında xx.xx.2019-cu il tarixli, LM111900627 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyətində əsaslı dəyişiklik olduğu üçün ödəyə bilməmişlər. Hazırda dörd aydır ki, ardıcıl olaraq kredit borcundan ödənişlər edilmişdir. Hər ay 30 manat olmaqla ümumilikdə 120 manat məbləğində ödəniş edilmişdir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu ödəmək üçün vaxt verilməsini xahiş edir. xx.xx.2021-ci il tarixli, LM052100100 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, birinci cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 1.730,75 (bir min yeddi yüz otuz manat, 75 qəpik) manat borc restrukturizasiya edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM111900627 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən zamini cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 19 oktyabr 2023-cü il tarixli, **********365 nömrəli bildirişin surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq beş iş günü ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda borcun ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 30 noyabr 2023-cü il tarixli, **********751 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, LM052100100 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlərin 23 noyabr 2023-cü il tarixinə ümumi yaranmış borcu 1600.10 (bir min altı yüz manat, 10 qəpik) manat məbləğində olmuşdur. 22 yanvar 2024-cü il tarixli, ********** nömrəli məxdaxil qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. 06 may 2024-cü il tarixli ərizədən görünür ki, birinci cavabdeh tərəfindən 12 fevral 2024cü il tarixdə 30 manat, 15 mart 2024-cü il tarixdə 30 manat, 18 aprel 2024-cü il tarixdə 30 manat və 02 may 2024-cü il tarixdə 30 manat ödəniş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli, LM052100100 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 1.730,75 (bir min yeddi yüz otuz manat, 75 qəpik) manat borc restrukturizasiya edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM111900627 nömrəli zaminlik müqaviləsi üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən zamin cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq beş iş günü ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda borcun ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə cavabdehlərin 1.597,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz olmaqla, cəmi 1.600,10 (bir min altı yüz manat, 10 qəpik) manat məbləğində olmuşdur. İddiaçı cavabdehlərdən 11.597,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz olmaqla, cəmi 1.600,10 (bir min altı yüz manat, 10 qəpik) manat kredit borcu və 37 (otuz yeddi) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər iddia tələbini qismən qəbul etdiklərini, yaranmış borcdan 120 manat ödəniş etdiklərini, qalan borcu da hissə-hissə ödəyə biləcəklərini qeyd edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. İş üzrə görünüdüyü kimi, birinci cavabdeh tərəfindən iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra yəni - 12 fevral 2024-cü il tarixdə 30 manat, 15 mart 2024-cü il tarixdə 30 manat, 18 aprel 2024-cü il tarixdə 30 manat və 02 may 2024-cü il tarixdə 30 manat olmaqla cəmi 120 manat ödəniş olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin ödədiyi 120 manat iddiaçının tələb etdiyi 1.597,58 manat əsas borcdan çıxılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 1.597,58 manat əsas hissəsində isə cavabdeh tərəfindən 120 manat ödəniş edildiyindən qismən - 1477,58 manat həddində təmin edilməlidir. Bundan başqa məhkəmə qərara gəlir ki, iddia tələbi 2,07 manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz hissələri təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1.477,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz olmaqla cəmi 1.480,1(bir min dörd yüz səksən manat, on qəpik) manat borc məbləği alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34,8 (otuz dörd manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 2,2 (iki manat iyirmi qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.477,58 manat əsas, 2,07 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0,45 manat faiz və 34,8 (otuz dörd manat səksən qəpik) dövlət rüsumu olmaqla cəmi 1.514,9 (bir min beş yüz on dörd manat, doxsan qəpik) manat məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,2 (iki manat iyirmi qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar