Məhkəmə qərarları › İş №e-2(037)-341/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-341/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-341/2024 04.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Mı̇ rzəyev Həbı̇ b Əzı̇ z oğlu, Cavabdeh2, Qəhrı̇ manov Zaur Rası̇ m oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 04 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Qəhrı̇ manov Zaur Rası̇ m oğlu və Mı̇ rzəyev Həbı̇ b Əzı̇ z oğlundan müştərək qaydada 4850 manat əsas, 988,9 manat faiz – cəmi 5838,9 manat borc məbləğinin və 78,38 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2015-ci il tarixdə 191 FS saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 2 il müddətinə illik 27 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə cavabdehlər Qəhrı̇ manov Zaur Rası̇ m oğlu və Mı̇ rzəyev Həbı̇ b Əzı̇ z oğlu arasında 13 mart 2015-ci il tarixli 191-FS nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə 4850 manat əsas və 988,9 manat faiz, cəmi 5838,9 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən cəmi 5838,9 manat borc məbləğinin və 78,38 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə cavabdehlərin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş -13 mart 2015-ci il tarixdə 191 FS nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı tərəfindən Cavabdeh2 illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. -13 mart 2015-ci il tarixdə 191 FS nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh2 24 ay müddətində 5000 manat əsas borc və 1525,63 manat faiz borcu, cəmi 6525,63 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. -13 mart 2015-ci il tarixdə 191 FS nömrəli zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən cavabdehlər Zaur Qəhrı̇ manov və Həbı̇ b Mı̇ rzəyev onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. -18 aprel 2023-cü il tarixli 124 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı SKT-nın Şamaxı filialına Cavabdeh2 12 dekabr 2023-cü il tarixə olan borcu barədə məlumatdan görünür ki, Cavabdeh2 18 mart 2015-ci il tarixli 191 FS nömrəli kredit müqaviləsi üzrə 4850 manat əsas və 988,9 manat faiz olmaqla cəmi 5838,9 manat borcu vardır. -20 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 79 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2015-ci il tarixdə 191 FS saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 24 ay müddətində 5000 manat əsas borc və 1525,63 manat faiz borcu, cəmi 6525,63 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə cavabdehlər Qəhrı̇ manov Zaur Rası̇ m oğlu və Mı̇ rzəyev Həbı̇ b Əzı̇ z oğlu arasında 13 mart 2015-ci il tarixli 191-FS nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişini vaxtında həyata keçirməmiş, nəticədə onun gecikdirilmiş borcu yaranmışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehlərdən cəmi 5838,9 manat borc məbləğinin və 78,38 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətı̇ Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər məhkəmə iclaslarına gəlmədiklərindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Mı̇ rzəyev Həbı̇ b Əzı̇ z oğlu, Cavabdeh2 və Qəhrı̇ manov Zaur Rası̇ m oğlundan müştərək qaydada 4850 manat əsas borc, 988,9 manat faiz borcu və 78,38 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 5917,28 manat borc məbləği alınaraq iddiaçı Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Mı̇ rzəyev Həbı̇ b Əzı̇ z oğlu, Cavabdeh2 və Qəhrı̇ manov Zaur Rası̇ m oğlundan müştərək qaydada 4850 manat əsas borc, 988,9 manat faiz borcu və 78,38 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 5917 (beş min doqquz on yeddi) manat 28 (iyirmi səkkiz) qəpik borc məbləği alınaraq iddiaçı Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar