Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-344/2024 03.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, Cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlunun iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 21 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlundan 4402.20 manat əsas, 733.56 manat faiz və 65.83 manat cərimə olmaqla cəmi 5201.59 (beş min iki yüz bir manat, əlli doqquz qəpik) manat borc və 72.42 manat dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlu arasında bağlanmış İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 971nkİNSH/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% olmaq şərtilə 4515 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. İddiaçı cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlundan 4402.20 manat əsas, 733.56 manat faiz və 65.83 manat cərimə olmaqla ümumilikdə 5201.59 (beş min iki yüz bir manat, əlli doqquz qəpik) manat borc və 72.42 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-cı il tarixli Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 25% olmaq şərtilə 4515 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o hər ay faiz borcunu və ödəniş qrafiki üzrə əsas borcu ödəməklə 48 ay müddətində 4515 manat əsas və 2673 manat faiz borcu olmaqla, cəmi 7188 manat pul vəsaitini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan sonra bir müddət kreditin qrafik üzrə aylıq ödənişlərini həyata keçirmiş, lakin sonradan işdən çıxarıldığından maddi vəziyyətində əsaslı dəyişiklik baş verdiyindən müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödəniş edə bilməmişdir. Hazırda da işsizdir. Əsas borca hesablanmış faizin məbləği isə yüksəkdir, onun həmin məbləği ödəməyə imkanı yoxdur. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 971nkİNSH/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% olmaq şərtilə 4515 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 19 iyul 2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 11 dekabr 2023-cü il tarixli, ******* saylı maliyyə arayışından görünür ki, birinci cavabdehin 11 dekabr 2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli 971nkİNSH/22 saylı saylı kredit razılaşmasına əsasən 5201.59 (beş min iki yüz bir manat, əlli doqquz qəpik) manat kredit borcu qalmışdır. 11 dekabr 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 72.42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 971nkİNSH/22 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% olmaq şərtilə 4515 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 971nkİNSH/22 saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 48 ay müddətində 4515 manat əsas və 2673 manat faiz borcu olmaqla, cəmi 7188 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72.42 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli 971nkİNSH/22 saylı kredit razılaşması üzrə 4402.20 manat əsas, 733.56 manat faiz və 65.83 manat cərimə olmaqla cəmi 5201.59 (beş min iki yüz bir manat, əlli doqquz qəpik) manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 72.42 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlundan 4402.20 manat əsas, 733.56 manat faiz və 65.83 manat cərimə olmaqla cəmi 5201.59 (beş min iki yüz bir manat, əlli doqquz qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 72.42 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Fərzalı̇ yev Pünhan Nayı̇ l oğlundan 4402.20 manat əsas, 733.56 manat faiz və 65.83 manat cərimə və 72.42 manat dövlət rüsumu olmaqla ümumilikdə 5.274,01 (beş min iki yüz yetmiş dörd manat, bir qəpik) manat məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-344/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-344/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver