Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-35/2023 16.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 16 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 06 sentyabr 2021- ci il tarixli kredit müqaviləsi üzrə 4763,54 manat əsas, 705 manat faiz, cəmi 5468, 54 manat borc və 74,68 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06 sentyabr 2021- ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4849,46 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdehin 12 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 4763,54 manat əsas və 705 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də cavabdehdən 4763,54 manat əsas, 705 manat faiz, cəmi 5468, 54 manat borc və 74,68 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, əvvəllər krediti müqavilə şərtlərinə uyğun ödəsə də sonra pandemiya ilə əlaqədar iş yeri bağlanmışdır. Ona görə də sonradan krediti vaxtlı-vaxtında ödəyə bilməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2021-ci il tarixli RGTK4110771A208 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4849,46 manat kredit verilmişdir. 06.09. 2021-ci il tarixli RGTK4110771A208 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin surətindən görünür ki, cavabdeh 60 ay ərzində 4849,46 manat əsas borc və 2862,80 manat faiz borcu – cəmi 7712,26 manat ödəməyi öhdəsinə götürmüşdür. 12 aprel 2022-ci il tarixli 16/13292 nömrəli bildirişin surətindən görünür ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 16 sentyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 74,68 manat dövlət rüsumu ödənilmişdir. 21 sentyabr 2022-ci il tarixli 135000/3567 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 06 sentyabr 2021 ci il tarixli kredit müqaviləsi üzrə 4763,54 manat əsas, 705 manat faiz, cəmi 5468,54 manat borcu qaldığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli RGTK4110771A208 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən həmin tarixdə cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 4849,46 manat kredit verilmişdir. Cavabdeh 60 ay ərzində 4849,46 manat əsas borc və 2862,80 manat faiz borcu – cəmi 7712,26 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit borcunun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı cavabdehdən 4763,54 manat əsas, 705 manat faiz, cəmi 5468, 54 manat borc və 74,68 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh əvvəllər krediti müqavilə şərtlərinə uyğun ödəsə də sonra pandemiya ilə əlaqədar iş yerinin bağlandığını, ona görə də sonradan krediti vaxtlı-vaxtında ödəyə bilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti və ona hesablanmış faizləri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 06 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4763,54 manat əsas, 705 manat faiz, və 74,68 manat dövlət rüsumu – cəmi 5543 (beş min beş yüz qırx üç) manat 22 (iyirmi iki) alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-35/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-35/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver