Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-359/2024 06.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Tahı̇ rov Əhməd Məhəmməd oğlu, Tahı̇ rov Toğrul Əhməd oğlu və Tahı̇ rova Sı̇ muzər Zı̇ yad qızına qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) Tahı̇ rov Əhməd Məhəmməd oğlu (bundan sonra birinci cavabdeh), Tahı̇ rov Toğrul Əhməd oğlu (bundan sonra ikinci cavabdeh) və Tahı̇ rova Sı̇ muzər Zı̇ yad qızına (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən 1210,97 manat əsas, 5,44 manat faiz, 7,96 manat cərimə, Konstutusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 39,44 manat faiz olmaqla cəmi 1263,81 manat borc məbləğinin və 33 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, cavabdehlərlə 30 mart 2021-ci il tarixli LM032100640 nömrəli restrukturizasiya müqaviləsi bağlanmış, birinci cavabdehə 24 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2288,71 manat məbləğində kredit verilmiş, birinci cavabdeh krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ikinci və üçüncü cavabdehlər arasında 30 yanvar 2021-ci il tarixli LM032100640 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. İddiaçı cavabdehlərdən 1210,97 manat əsas, 5,44 manat faiz, 7,96 manat cərimə, Konstutusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 39,44 manat faiz olmaqla cəmi 1263,81 manat borc məbləğinin və 33 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan - 14 iyun 2019-cu il tarixli ərizənin surətindən görünür ki, birinci cavabdeh 2288,71 manat kredit borcunun 24 ay müddətinə restruktirizasiya olunması və bankın elektron sistemi üzrə hesablanmış faizlərin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. - 30 mart 2021-ci il tarixli LM032100640 nömrəli restrukturizasiya müqaviləsinin və həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlinin surətlərindən görünür ki, birinci cavabdehin 11 noyabr 2015-ci il tarixli 029/15 nömrəli kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş 2288,71 manat borcu restrukturizasiya olunmuş, birinci cavabdeh 24 ay müddətində illik 1 faiz dərəcəsi ilə 2288,71 manat əsas və 23,91 manat faiz borcu – cəmi 2312,62 manat ödəməyi öhdəsinə götürmüşdür. - 30 mart 2021-ci il tarixli LM032100640 nömrəli zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış restruktirizasiya müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. - 27 noyabr 2023-cü il tarixli **********717 nömrəli maliyyə arayışının surətindən görünür ki, 30 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən birinci cavabdehin 17 noyabr 2023-cü il tarixinə 1210,97 manat əsas, 5,44 manat faiz, 7,96 manat cərimə, Konstutusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 39,44 manat olmaqla, cəmi 1263,81 manat məbləğində borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, 29 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən hökümət ödəniş portalında 33 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. - 06 may 2024-cü il tarixli ərizədən görünür ki, birinci cavabdeh tərəfindən 06 may 2024-cü il tarixdə 200 manat və 04 aprel 2024-cü il tarixdə 300 manat ödəniş olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli LM032100640 nömrəli restrukturizasiya müqaviləsinə əsasən birinci cavabdehin 11 noyabr 2015-ci il tarixli 029/15 nömrəli kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş 2288,71 manat borcu restrukturizasiya olunmuş, birinci cavabdeh 24 ay müddətində illik 1 faiz dərəcəsi ilə 2288,71 manat əsas və 23,91 manat faiz borcu – cəmi 2312,62 manat ödəməyi öhdəsinə götürmüşdür. 30 mart 2021-ci il tarixli LM032100640 nömrəli zaminlik müqavilələrinə əsasən İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış restruktirizasiya müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdehlər üzərilərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər. Birinci cavabdehin 17 noyabr 2023-cü il tarixinə 1210,97 manat əsas, 5,44 manat faiz, 7,96 manat cərimə, Konstutusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 39,44 manat olmaqla, cəmi 1263,81 manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdehlərdən cəmi 1263,81 manat borc məbləğinin və 33 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsini tələb edir. Cavabdehlər məhkəmə iclaslarına gəlmədiklərindən onların iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş üzrə görünüdüyü kimi, birinci cavabdeh tərəfindən iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra yəni - 06 fevral 2024-cü il tarixdə 200 manat və 04 aprel 2024cü il tarixdə 300 manat olmaqla cəmi 500 manat ödəniş olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin ödədiyi 500 manat iddiaçının tələb etdiyi 1210,97 manat əsas borcdan çıxılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 710,97 manat əsas, 5,44 manat faiz, 7,96 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 39,44 manat faiz olmaqla cəmi 763,81 manat borc məbləği alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 763,81 manatdır. Ona görə də cavabdehlərdən müştərək qaydada həmin məbləğə uyğun olaraq 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 33 manat dövlət rüsumunun 3 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Tahı̇ rov Əhməd Məhəmməd oğlu, Tahı̇ rov Toğrul Əhməd oğlu və Tahı̇ rova Sı̇ muzər Zı̇ yad qızından müştərək qaydada 710,97 manat əsas, 5,44 manat faiz, 7,96 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 39,44 manat faiz və 30 manat dövlət rüsumu olmaqla, cəmi 793 (yeddi yüz doxsan üç) manat 81 (səksən bir) qəpik məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 03 (üç) manat hissəsi iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-359/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-359/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver