Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-373/2023 31.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlunun iştirakları ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Hüseynov Tahı̇ r Tapdıq oğlu və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 31 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, cəmi 8092.05 (səkkiz min doxsan iki manat, 05 qəpik) manat - bundan 2993.57 (iki min doqquz yüz doxsan üç manat, 57 qəpik) manat əsas, 2124.63 (iki min bir yüz iyirmi dörd manat, 63 qəpik) manat faiz, 2054.47 (iki min əlli dörd manat, 47 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 919.38 (doqquz yüz on doqquz manat, 38 qəpik) manat faiz və iş üzrə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlundan tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cavabdeh2 işə cəlb edilməklə ərizənin təmin edilməsi, cavabdehlər Hüseynov Tahı̇ r Tapdıq oğlu və Cavabdeh2 8092.05 (səkkiz min doxsan iki manat, 05 qəpik) manat bundan 2993.57 (iki min doqquz yüz doxsan üç manat, 57 qəpik) manat əsas, 2124.63 (iki min bir yüz iyirmi dörd manat, 63 qəpik) manat faiz, 2054.47 (iki min əlli dörd manat, 47 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 919.38 (doqquz yüz on doqquz manat, 38 qəpik) manat faiz və iş üzrə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlu məhkəmə iclasında vəsatət verərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini və iddia müddətinin ötürülməmiş hesab olunmasına dair etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 036/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 27% (iyirmi yeddi) faiz hesablanmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli 036/15/01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 8092.05 (səkkiz min doxsan iki manat, 05 qəpik) manat-bundan 2993.57 (iki min doqquz yüz doxsan üç manat, 57 qəpik) manat əsas, 2124.63 (iki min bir yüz iyirmi dörd manat, 63 qəpik) manat faiz, 2054.47 (iki min əlli dörd manat, 47 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 919.38 (doqquz yüz on doqquz manat, 38 qəpik) manat faiz borcu təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********424 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəfindən borcun qaytarılması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-180 saylı qərardadı ilə bağlı Cavabdeh1 verilən xx.xx.2015-ci il tarixli 036/15 nömrəli müqavilə üzrə kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsirinə düşdüyü üçün iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh1 kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və cavabdeh Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixdə kredit borcunun restrukturizasiya olunması üçün güzəşt ərizəsi ilə müraciət edərək 2993.57 manat əsas borcun 60 ay müddətinə restrukturizasiya edilməsini xahiş etmiş, Fond tərəfindən Cavabdeh1 ərizəsinin icra edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli LM092200085 saylı restrukturizasiya müqaviləsi, ödəniş cədvəli hazırlansa və imzalansa da, Cavabdeh1 tərəfindən imzalanmamışdır. Bu səbəbdən yenidən bank borcun cavabdehdən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə iddia müddətinin axımı zamanı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsinin səbəbi Cavabdeh1 kredit müqaviləsinin sözgedən Fərmanın təsir dairəsinə düşməsi və onun tərəfindən həmin müqavilənin güzəşt edilərək restrukturizasiya edilməsi barədə ərizəsi olmuş, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə borc məbləğinin restrukturizasiya olunması məqsədi ilə borcunu etiraf etməsini göstərən hərəkət edərək ərizə ilə Fonda müraciət etmiş, eyni zamanda restrukturizasiya müqaviləsi hazırlamadan öncə ilk dəfə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilərkən iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı cavabdehlərdən cəmi 8092.05 (səkkiz min doxsan iki manat, 05 qəpik) manat borcun və iş üzrə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlu izahat verərək göstərdi ki, o, 1-ci qrup əlil olaraq sol qıçı dizdən yuxarı kəsilmiş, 5 dəfə narkoz almış, bağırsağı çöldədir, onkoloji xəstə kimi Bakı onkologiya mərkəzində qeydiyyatdadır. Onunla iddiaçı bank arasında kredit müqaviləsi bağlansa və o kredit müqaviləsini imzalasa da, o kredit götürməmiş, kredit məbləğini hazırki müqavilə üzrə zamin Cavabdeh2 adlı qadın götürmüşdür. Belə ki, Cavabdeh2 onun qonşusu olmuş, 2015-ci ilin fevral ayında Cavabdeh2 onun yanına gələrək oğlunun vəfat etdiyini, digər uşağının da xəstə olduğunu bildirirək, uşağının müalicəsi üçün ondan kredit götürməsini xahiş etmiş, özü də zamin kimi kredit borcunu qaytaracağına söz vermişdir. O, da Cavabdeh2 inanaraq və yazığı gələrək kredit götürməyə razılaşmış və Cavabdeh2 ondan şəxsiyyət vəsiqəsinin surətini götürüb aparmışdır. Həmin gün Zaminbankın İsmayıllı filialının qarşısına getmiş, elə bankın həyətində ona müqaviləyə imza etdirmişlər. Həmin vaxt Zaminbankın İsmayıllı filialının müdiri Şahid1 olmuşdur. Şahid1 onun xəstə vəziyyətindən sui-istifadə edərək ona müqaviləyə imza çəkdirmiş və Cavabdeh2 məxsus pensiya kartının onda olacağını və kreditin aylıq ödənişlərini həmin pensiya kartından ödəyəcəyini israrla bildirmişdir. Sonradan ona kredit məbləğindən cəmi 600 manat ödəndiyi, qalan borcun ödənmədiyi məlum olmuşdur. 2022-ci ilin sentyabr ayında və bundan sonra ona təkrar müqavilə imzalatmaq istəsələr də, o artıq heç bir sənədə imza çəkməyəcəyini bildirmişdir. Çünki həmin kredit məbləğini o deyil, Cavabdeh2 götürmüşdür, krediti kim götürübsə, həmin şəxs də qaytarmalıdır. X1 filialının keçmiş müdiri Şahid1la ilə olan səs yazısı, Cavabdeh2 krediti özünün götürdüyü və borcu ödəyəcəyi ilə bağlı ərizələri var. Şahid1 indi də krediti özü qaytaracağına onu inandırmağa çalışır, lakin bu vaxta qədər kredit borcunu qaytarmamışdır. O, qeyd etdiyi kimi ağır xəstədir, aldığı pensiya dərmanlarını və müalicəsini çətinliklə ödəyir. Krediti qaytarmağa maddi imkanı yoxdur. Kimlər əlbir olub onu aldadaraq və ağır xəstə vəziyyətindən istifadə edərək müqaviləyə imza etdirib, krediti götürüb xərcləyibsə, həmin şəxslər də krediti qaytarmalıdırlar. Həmçinin bank qeyd olunan kredit müqaviləsi üzrə iddia müddətini ötürmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi, bu mümkün olmadıqda kredit borcuna hesablanmış faiz və cərimələrin silinməsi, kredit borcunun Cavabdeh2 və digər təqsirkar şəxslərdən tutulması, Zaminbankın İsmayıllı filialının keçmiş müdiri Şahid1 əməllərində cinayət tərkibi olduğundan onun cinayət məsuliyyətinə cəlb edilərək qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə İsmayıllı RİHB-nın Cülyan İƏD üzrə nümayəndəliyinə məlumat göndərmiş və müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən məktubu məhkəməyə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 04 fevral 2015-ci il tarixli 036/15 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Hüseynov Tahı̇ r Tapdıq oğluna illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmiş, Tahı̇ r Hüseynov kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 04 fevral 2015-ci il tarixli 036/15/01 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Hüseynov Tahı̇ r Tapdıq oğlu arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Tahı̇ r Hüseynov kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Tahı̇ r Hüseynovla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 21 noyabr 2019-cu il tarixli borc məbləğinin restrukturizasiya olunmasına dair ərizədən görünür ki, borclu Hüseynov Tahı̇ r Tapdıq oğlu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq İddiaçı ASC-nin İsmayıllı filialı ilə bağladığı müqavilə üzrə Azərbayca Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2993.57 manat məbləğində borcun 60 ay müddətinə restrukturizasiya olunmasını və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsini xahiş etmişdir. 13 fevral 2023-cü il tarixli **********424 nömrəli bildirişdən görünür ki, Tahı̇ r Hüseynov kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi cavabdehlərdən tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmişdir. 13 fevral 2023-cü il tarixli **********415 nömrəli maliyyə arayışından görünür ki, 04 fevral 2015-ci il tarixli 036/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin 2993.57 (iki min doqquz yüz doxsan üç manat, 57 qəpik) manat əsas, 2124.63 (iki min bir yüz iyirmi dörd manat, 63 qəpik) manat faiz, 2054.47 (iki min əlli dörd manat, 47 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 919.38 (doqquz yüz on doqquz manat, 38 qəpik) manat faiz borcu olmaqla, ümumi yaranmış borcu 8092.05 (səkkiz min doxsan iki manat, 05 qəpik) manat məbləğində olmuşdur. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və birinci cavabdehin 2993.57 manat qalıq borcu qalmışdır. İddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən daxil olduğundan 17 fevral 2023-cü il tarixdə iddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlu arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 036/15 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 27% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 04 fevral 2015-ci il tarixli 036/15/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə borclu üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh Tahı̇ r Hüseynovun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və 2993.57 manat əsas qalıq borcu qalmışdır. Cavabdeh qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması iddiaçıya müraciət etsə də, sonradan müqavilə bağlamaqdan imtina etmişdir. İddiaçı cavabdehlərdən 2993.57 manat əsas, 2124.63 manat faiz, 2054.47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 919.38 manat faiz borcu olmaqla, cəmi 8092.05 manat məbləğində borc və 101 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsini tələb edir. Cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlu kredit məbləğini özünün deyil, Cavabdeh2 və digər şəxslərin əlbir olaraq birlikdə götürdüklərini, krediti kimlər götürübsə, onların da ödəməli olduğunu, 1-ci dərəcə əlil olduğunu, kredit borcunu ödəməyə maddi imkanının olmadığını, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi, bu mümkün olmadıqda kredit borcuna hesablanmış faiz və cərimələrin silinməsi, kredit borcunun Cavabdeh2 və digər təqsirkar şəxslərdən tutulması, İddiaçı ASC-nin İsmayıllı filialının keçmiş müdiri Şahid1 əməllərində cinayət tərkibi olduğundan onun cinayət məsuliyyətinə cəlb edilərək qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 01 mart 2019-cu il tarixinə kredit borcu üzrə əsas qalıq borcu 2993.57 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Hazırkı iş üzrə cavabdehlərdən tələb etdiyi əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalmış qalıq borca bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Cavabdeh1 yeni müqavilə bağlanılması üçün iddiaçıya müraciət etsə də, daha sonra restrukturizasiya müqaviləsinin bağlamasından imtina etmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh1 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən, 04 fevral 2015-ci il tarixli, 036/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 2993.57 manat əsas borc məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlunun iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair vəsatətinə və iddiaçının iddia müddətinin ötürülməmiş hesab olunmadına dair etiraz ərizəsinə münasibət bildirirək məhkəmə hesab edir ki, iddiaçı bankla Tahı̇ r Hüseynov arasında 04 fevral 2015-ci il tarixli, 036/15 nömrəli kredit müqaviləsi 24 ay müdətinə bağlanmış, müqavilənin müddəti 04 fevral 2017-ci il tarixədək nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulduğundan, hazırki müqavilə üzrə iddia müddəti 04 fevral 2020-ci il tarixdə bitmişdir. Cavabdeh1 21 noyabr 2019-cu il tarixdə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək borc məbləğinin restrukturizasiya olunmasını xahiş etmiş, bununla bağlı ləğvedici tərəfindən yeni müqavilə hazırlanmış, ancaq Cavabdeh1 bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlanmasından imtina etmişdir. Eyni zamanda iddiaçı bank iddia müddətini ötürmədən, yəni 03 fevral 2020-ci il tarixdə cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğluna qarşı kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(037)-180/2020 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmışdır. Daha sonra iddiaçı bank məhkəmənin həmin qərardadından şikayət vermiş, şikayət təmin olunmayaraq baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 may 2020-ci il tarixli 2(107)-949/2020 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(037)-180/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bununla da iddia müddətinin axımı kəsilmiş və fasilədən sonra iddia müddəti yenidən başlanmışdır. İddiaçı bank 20 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət olunduğundan, cavabdeh Hüseynov Tahı̇ r Tapdıq oğlunun iddia tələbinin rədd edilməsinə dair ərizəsi əsassızdır və təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu, iddia tələbinin təmin olunan 2993.57 manat borc məbləği hissəsinə mütənasib olaraq 49.93 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 51.07 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Hüseynov Tahı̇ r Tapdıq oğlu və Cavabdeh2 müştərək qaydada 2993.57 manat əsas borc və 49.93 manat rüsum məbləği – cəmi 3043 (üç min qırx üç) manat 50 (əlli) qəpik tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 51.07 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-373/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-373/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver