Məhkəmə qərarları › İş №e-2(037)-377/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-377/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-377/2025 14.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun ödənilməsi tələbinə dair mülki işə 14 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2023-cü il tarixli 330559-CNS-48288 saylı kredit borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 11419,70 manat əsas, 50,09 manat faiz və 18,50 manat cərimə olmaqla, ümumilikdə 11488,29 manat borcun və 124,46 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cüil tarixli 330559-CNS-48288 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləsinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 330559-1-26071 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 11481,16 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 11488,29 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Cavabdehdən xx.xx.2023-cü il tarixli 330559-CNS-48288 saylı kredit borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 11419,70 manat əsas, 50,09 manat faiz və 18,50 manat cərimə olmaqla, ümumilikdə 11488,29 manat borcun və 124,46 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə prosesini iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan xəstəsi olduğundan maddi vəziyyəti pisləşmiş və bu səbəbdən kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan: 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48288 saylı kredit borcunun restrukturizasiyasına dair müqavilənin surətindən görünür ki, cavabdehin 02 sentyabr 2021-ci il tarixli 330559-1-26071 saylı kredit müqaviləsi üzrə banka 05 sentyabr 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 11481,16 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 21 yanvar 2025-ci il tarixli arayışın surətindən görünür ki, cavabdehin 05 sentyabr 2023-cü il tarixli 330559-CNS-48288 saylı müqavilə üzrə 21 yanvar 2025-ci il tarixə 11419,70 manat əsas, 50,09 faiz və 18,50 manat cərimə, cəmi 11488,29 manat borcu vardır. 23 yanvar 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehdən borcun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyin tələbinə uyğun tədbir görüləcəyi bildirilmişdir. İddia ərizəsinin surətindən görünür ki, iddiaçı tərəfindən 04 fevral 2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzinə əsasən 124,46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cüil tarixli 330559-CNS-48288 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləsinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 330559-1-26071 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 11481,16 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehin müqavilə üzrə 10 iyul 2024-cü il tarixə 11419,70 manat əsas, 50,09 faiz və 18,50 manat cərimə, cəmi 11488,29 manat borcu vardır. Cavabdehdən borcun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyin tələbinə uyğun tədbir görüləcəyi bildirilmişdir. İddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli 330559-CNS-48288 saylı kredit borcun restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 11419,70 manat əsas, 50,09 manat faiz və 18,50 manat cərimə olmaqla, ümumilikdə 11488,29 manat borcun və 124,46 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh borcunu hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış faiz və cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 124,46 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11419,70 manat əsas, 50,09 manat faiz, 18,50 manat cərimə və 124,46 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 11612 (on bir min altı yüz on iki) manat 75 (yetmiş beş) qəpik tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar