Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-38/2024 24.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 9000 manat məbləğində borcun və 110 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Sumqayıt şəhərində yaşayır. Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixli iltizam əsasında Cavabdeh 4000 manat və xx.xx.2023-cü il tarixli iltizam əsasında isə 5000 manat məbləğində borc pul vermiş, lakin Cavabdeh bu vaxta kimi həmin pullardan ödəniş etməmişdir.Aralarında bağlanmış borc müqaviləsi cavabdeh tərəfindən icra olunmamış və nəticədə mənə maddi ziyan dəymişdir. O, dəfələrlə həmin borcları qaytarmağı cavabdehə təklif etmiş,lakin sonuncu tərəfindən götürülmüş öhdəlik könüllü icra olunmamışdır. Buna görə də o yazılı bildirişlə cavabdehə müraciət edərək həmin pulu məktubu aldığı vaxtdan 10 gün müddətində icra etməklə qaytarmasını, əks təqdirdə həmin borcun ödənilməsi tələbi və tərəfindən çəkiləcək xərclərin ondan tutulması barədə məhkəməyə müraciət edəcəyini bildirmiş,lakin cavabdeh bu müraciətinə də məhəl qoymamışdır. O, cavabdehdən 9000 manat pulu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə aldığı pulu ona qaytarmamışdır. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. O, cavabdehdən 9000 manat məbləğində pulun və 110 manat dövlət rüsumu məbləğinin alınaraq ona qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş,elektron qaydada ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının ona qarşı 9000 manat məbləğində pul tələbinə dair iddiasını qəbul etmir və hesab edir ki, iddia tamamilə əsassız,ədalətsiz və qanunsuzdur. Belə ki, o iddiaçı ilə faizlə borca pul verən bir şəxs kimi 2021-ci ildə tanış olmuşdur. Pula ehtiyacı olması ilə əlaqədar iddiaçıdan 600 manat məbləğində pulu aylıq 20 faiz ödəmək şərti ilə borc almışdır.O, həmin məbləği bir ay ərzində əmək haqqını aldıqdan sonra iddiaçıya 720 manat ödəyib borcu bağlamışdır. Bu qayda ilə iddiaçıdan bir neçə dəfə eyni məbləğdə borc alıb faiz ilə birlikdə qaytarmışdır.Elə aylar olurdu ki,pulu ödəyə bilmir, yalnız faizi ödəyirdi. Faizi ödəyə bilmədikdə həmin faiz əsas borcun üstünə gəlməklə növbəti ay ona da faiz ödəməli olurdu. Beləliklə iddiaçıya olan borcu həndəsi silsilə ilə artırılmışdır.O,məcbur qalaraq 2022-ci ildə əmək haqqı kartını iddiaçıya vermişdir.Əmək haqqı 1100 manat təşkil edirdi. Bir müddət kartdan pulu özü telefon vasitəsi ilə başqa karta köçürmə yolu ilə tam çıxarıb, həmin pulun 500 manatını iddiaçıya ödəmişdir.Son aylarda iddiaçıya heç bir ödəniş edə bilmədiyindən faizlərlə birlikdə iddiaçıya borcu 4500 manat olmuşdur. 2023-cü ilin fevral ayında 500 manat da eyni faizlə borc götürmüş ve iddiaçıya cəmi borcu 5000 manat olmuşdur. Belə olduqda o iddiaçıya hər ay faiz kimi 1000 manat ödəməli idi. İddiaçıdan xahiş etdi ki, o hər ay 1000 manat ödəyə bilmir, ailə vəziyyəti tamamilə pis vəziyyətə düşür. Bundan sonra iddiaçı razılaşaraq 5000 manata görə aylıq faizi 500 manat etmişdir.O, iddiaçıya mart ayında 500 manat faiz ödəmiş, bundan sonra ödəniş edə bilməmişdir.Bu barədə iddiaçının özü tərəfindən mobil telefonla ona yazılı şəkildə bildirilmişdir. İddiaçıdan əsas borc kimi 1600 manat borc almış, bunun müqabilində faizlərlə birlikdə təqribən 16000 manat ödəniş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş onun tərəfindən imza edilməklə birdəfəlik 4000 manat borc alması barədə iltizam tamamilə saxtadır, onun həmin qəbzdən xəbəri yoxdur və imza da etməmişdir. Lakin 5000 manat borc almağı barədə qəbzə o imza etmiş, həmin pul da faizlər hesabına artaraq əmələ gəlmiş puldur. Bu səbəbdən bankdan aldığı krediti ödəyə bilmir. Hesab edir ki,iddiaçıdan aldığı əsas borca görə heç bir borcu qalmayıbdır, aldığı pulu 10 dəfə artıqlaması ilə ödəmişdir.Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsinin dəlillərini və cavabdehin iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, 21 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 2022-ci ilin noyabr ayının 21-də Cavabdeh İddiaçı 4000 manat məbləğində borc pul almış və aldığı borcu 2023-cü ilin yanvar ayının 1-dək İddiaçı qaytaracağını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş, 21 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 2023-cü ilin fevral ayının 21-də Cavabdeh İddiaçı 5000 manat məbləğində borc pul almış və aldığı borcu 1 il müddətinədək İddiaçı qaytaracağını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 18 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət etmək üçün ********** nömrəli mədaxil qəbzi ilə 14221103 nömrəli büdcə təsnifat koduna 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 2022-ci ilin noyabr ayının 21-də iddiaçıdan 4000 manat borc pul almış və aldığı borcu 2023-cü ilin yanvar ayının 1-dək iddiaçıya qaytaracağı barədə sadə yazılı formada imza edilməklə qəbz vermişdir. Eyni zamanda cavabdeh 2023-cü ilin fevral ayının 21-də iddiaçıdan 5000 manat borc pul almış və aldığı borcu 1 il müddətinədək iddiaçıya qaytaracağı barədə sadə yazılı formada imza edilməklə qəbz vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı ümumilikdə 9000 manat pulu qaytarmamışdır. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə,məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı 2022-ci ilin noyabr ayının 21-də 4000 manat pulu sadə yazılı qəbz vasitəsilə Cavabdeh nağd şəkildə 2023-cü ilin yanvar ayının 1-dək, eyni zamanda 2023-cü ilin fevral ayının 21-də isə 5000 manat pulu sadə yazılı qəbz vasitəsilə Cavabdeh nağd şəkildə 1 il müddətinədək qaytarmaq şərti ilə vermişdir. Cavabdeh iddiaçıdan borc olaraq aldığı ümumilikdə 9000 manat pulu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən,iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin 2022-ci ilin noyabr ayının 21-də iddiaçıdan 4000 manat məbləğində borc pul alması və aldığı borcu 2023-cü ilin yanvar ayının 1-dək iddiaçıya qaytaracağı barədə qəbz verməsi və eyni zamanda 2023-cü ilin fevral ayının 21-də iddiaçıdan 5000 manat məbləğində borc pul alması və aldığı borcu 1 il müddətinədək iddiaçıya qaytaracağı barədə qəbz verməsi təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 9000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin iddiaçıdan əsas borc kimi 1600 manat borc alması və həmin borcun müqabilində faizlərlə birlikdə təqribən 16000 manat ödəniş etməsi, iddiaçı tərəfindən təqdim edilmiş 4000 manat borc alması barədə iltizamın onun tərəfindən imza edilməməsi və tamamilə saxta olması,5000 manat borc alması barədə pulun faizlər hesabına artaraq əmələ gəlmiş pul olması, iddiaçıdan aldığı əsas borca görə heç bir borcu qalmaması və aldığı pulu 10 dəfə artıqlaması ilə ödəməsini bildirməsinə dair verdiyi etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçıdan əsas borc kimi 1600 manat borc alması və həmin borcun müqabilində faizlərlə birlikdə təqribən 16000 manat ödəniş etməsi, iddiaçı tərəfindən təqdim edilmiş 4000 manat borc alması barədə iltizamın onun tərəfindən imza edilməməsi və tamamilə saxta olması,5000 manat borc alması barədə pulun faizlər hesabına artaraq əmələ gəlmiş pul olması, iddiaçıdan aldığı əsas borca görə heç bir borcu qalmaması və aldığı pulu 10 dəfə artıqlaması ilə ödəməsini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9000 manat pul və 110 manat dövlət rüsumu olmaqla, cəmi 9110 (doqquz min bir yüz on) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov 2019-cu ilin oktyabrın 15-də iddiaçıdan 1100 manat məbləğində borc pul alması və aldığı borcun qaytarılmasının təminatı məqsədi ilə mayış və pensiya kartlarını saxlanca verməsinə dair məktub yazması, həmçinin 2019-cu ilin dekabrın 17-də iddiaçıya məxsus kafeyə gələrək orada telefon vasitəsilə qeydə alınmış video görüntülü formada söyüş söyməklə iddiaçıdan 300 manat borc pul alması iş materalları,şahid ifadələri, həmçinin cavabdeh həmin faktların ondan asılı olmayan səbəblərdən baş verməsini dolayı yolla təsdiq etdiyindən iddia tələbi 2019-cu ilin oktyabrın 15-də cavabdehin yazılı məktubda qeyd etdiyi 1100 manat və 2019-cu ilin dekabrın 17-də iddiaçıya məxsus kafedə video görüntülü şəkildə söyüş söyməklə aldığı 300 manat borc məbləğinə dair hissələrdə təmin edilməlidir. İddia tələbinin 2019-cu ilin oktyabrın 27-də kafedə iddiaçının ona 300 manat pul verməsinə dair hissəsini əsassız hesab edir və həmin vaxt kafedə iddiaçıdan 300 manat borc pul almamışdır. İddia tələbini 300 manat əsas borc və 1100 manat hədə-qorxu altında yazdığı məktubda qeyd edilmiş borcuna dair hissədə etiraf edir və həmin hissəyə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır.
Məhkəmə qərarları › İş №e-2(037)-38/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-38/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver