Məhkəmə qərarları › İş №e-2(037)-399/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-399/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-399/2025 13.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1499,94 manat əsas, 287,69 manat faiz və 72,13 manat cərimə olmaqla cəmi 1859,76 manat borc və 39 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 01 oktyabr 2023-cü il tarixli bank xidmətlərinə dair standart şərtlər əsasında cavabdehə istehlak məqsədləri üçün 01 aprel 2024-cü il tarixdə 01 mart 2027-ci il tarixədək illik 28 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh 01 aprel 2024-cü il tarixdə ərizə-anket imzalamaqla iddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli standart şərtlər ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Standart şərtlərin 17.11-ci bəndinə əsasən cavabdeh kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Standart Şərtlərə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı cavabdehdən 1499,94 manat əsas, 287,69 manat faiz və 72,13 manat cərimə olmaqla cəmi 1859,76 manat borc və 39 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 14 fevral 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 01 aprel 2024-cü il tarixli ərizə-anket və imza nümunəsinin surətindən görünür ki, cavabdeh 01 oktyabr 2023-cü il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərlə tanış olmuş və imzalamışdır. - Çıxarışdan görünür ki, tərəflər arasında bağlanılmış 01 aprel 2024-cü il tarixli 430sİSMLb/24 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə 1500 manat məbləğində kredit xətti aktivləşdirilmişdir. - 24 oktyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 01 aprel 2024-cü il tarixli kredit müqaviləsi üzrə 24 oktyabr 2024-cü il tarixə yaranmış 1499,94 manat əsas, 180,62 manat faiz, 25,64 manat cərimə - cəmi 1706,2 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 25 yanvar 2025-ci il tarixli BANK/PİKMD/1255059 nömrəli çıxarışdan görünür ki, cavabdehin 25 yanvar 2025-ci il tarixə 1499,94 manat əsas, 287,69 manat faiz və 72,13 manat cərimə faizi olmaqla cəmi 1859,76 manat borcu yaranmışdır. - 25 yanvar 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 01 oktyabr 2023-cü il tarixli bank xidmətlərinə dair Standart Şərtlər əsasında cavabdehə istehlak məqsədləri üçün 01 aprel 2024-cü il tarixində 01 mart 2027-ci il tarixinədək illik 28% ödəmək şərtilə 1500 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2024cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla iddiaçının rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli Standart Şərtlər ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Cavabdehin 25 yanvar 2025-ci il tarixə 1499,94 manat əsas, 287,69 manat faiz və 72,13 manat cərimə faizi olmaqla cəmi 1859,76 manat borcu yaranmışdır. İddiaçı cəmi 1859,76 manat borcu və ödənilmiş 39 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1499,94 manat əsas, 287,69 manat faiz, 72,13 manat cərimə və 39 manat dövlət rüsumu olmaqla cəmi 1898,76 manat məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1499,94 manat əsas, 287,69 manat faiz, 72,13 manat cərimə və 39 manat dövlət rüsumu olmaqla cəmi 1898 (bir min səkkiz yüz doxsan səkkiz) manat 76 (yetmiş altı) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar