Məhkəmə qərarları › İş №e-2(037)-411/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-411/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-411/2023 26.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmı̇ yyətinin cavabdehlər Cəbrayılova Nərmı̇ nə Balabəy qızı, Cavabdeh2 Vaqı̇ f qızı, Şı̇ rı̇ nov Aqşı̇ n Vaqı̇ f oğlu və Şı̇ rı̇ nov Akı̇ f Vaqı̇ f oğluna qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 26 fevral 2020-ci il tarixli 143 saylı güzəştli kredit müqaviləsi üzrə 5333,63 manat əsas borc, 2,68 manat faiz borcu olmaqla, cəmi 5336,31manat (beş min üç yüz otuz altı manat, otuz bir qəpik) borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin cavabdehlər Cavabdeh1 ¼ pay hissədə, Cavabdeh3 ¼ pay hissədə, Cavabdeh2 ¼ pay hissədə, Cavabdeh4 ¼ pay hissədə məxsus olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 0,07 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 121,6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 22000,0 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan 5336,31 manat kredit borcunun və 73,36 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək Cavabdeh1 ilə razılığa gəldikləri üçün mülki işin baxılmamış saxlanılması və işə əlavə olunmuş sənədlərin əsillərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 73,36 (yetmiş üç manat otuz altı qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmı̇ yyətinin cavabdehlər Cəbrayılova Nərmı̇ nə Balabəy qızı, Cavabdeh2 Vaqı̇ f qızı, Şı̇ rı̇ nov Aqşı̇ n Vaqı̇ f oğlu və Şı̇ rı̇ nov Akı̇ f Vaqı̇ f oğluna qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 73,36 (yetmiş üç manat otuz altı qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar