Məhkəmə qərarları › İş №e-2(037)-413/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-413/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-413/2023 05.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qeyri Bank Kredit X1 Müəssisəsinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" QBKT MMM (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) **********0441 saylı kredit müqaviləsi üzrə 1910,80 manat əsas borc, 59,26 manat faiz borcu, **********0451 saylı kredit müqaviləsi üzrə 1702,80 manat əsas borc, 52,84 manat faiz borcu və 57,26 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq iddiaçınən xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək baxış iclasını iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli, **********0441 saylı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1910,80 manat, həmçinin eyni tarixli, **********0451 saylı güzəştli kredit müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1702,80 manat, qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0441 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1,59 manat, dörd il müddətində isə hər ay 40,64 manat olmaqla və **********0451 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1,42 manat, dörd il müddətində isə hər ay 36,21 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 17 fevral 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin **********0441 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1910,80 manat əsas, faiz borcu üzrə 59,26 manat olmaqla, cəmi 1970,06 manat təşkil edir. Həmçinin, **********0451 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1702,80 manat əsas, faiz borcu üzrə 52,84 manat olmaqla, cəmi 1755,64 manat təşkil edir. **********0441 saylı kredit müqaviləsi üzrə 1910,80 manat əsas borc, 59,26 manat faiz borcu, **********0451 saylı kredit müqaviləsi üzrə 1702,80 manat əsas borc, 52,84 manat faiz borcu və 57,26 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq iddiaçınən xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 08 oktyabr 2019-cu il tarixli, **********0441 və **********0451 nömrəli güzəştli kredit müqavilələrinin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə müvafiq olaraq 1910,80 manat və 1702,80 manat qalıq məbləğləri illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. 17 fevral 2023-cü il tarixli maliyyə arayışlarının surətindən görünür ki, cavabdehin 08 oktyabr 2019-cu il tarixli, **********0441 nömrəli kredit müqaviləsinə əsasən 17 fevral 2023cü il tarixinə 1910,80 manat əsas, 59,26 manat faiz borcu, **********0451 nömrəli kredit müqaviləsinə əsasən 17 fevral 2023-cü il tarixinə 1702,80 manat əsas borc, 52,84 manat faiz borcu məbləğində olmuşdur. 23 fevral 2023-cü il tarixli **********20 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 57,26 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 08 oktyabr 2019-cu il tarixli, **********0441 və **********0451 nömrəli güzəştli kredit müqavilələrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə müvafiq olaraq 1910,80 manat və 1702,80 manat qalıq məbləğləri illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. 17 fevral 2023-cü il tarixli maliyyə arayışlarına əsasən cavabdehin 08 oktyabr 2019-cu il tarixli, **********0441 nömrəli kredit müqaviləsinə əsasən 17 fevral 2023cü il tarixinə 1910,80 manat əsas, 59,26 manat faiz borcu, **********0451 nömrəli kredit müqaviləsinə əsasən 17 fevral 2023-cü il tarixinə 1702,80 manat əsas borc, 52,84 manat faiz borcu məbləğində olmuşdur. İddiaçı **********0441 saylı kredit müqaviləsi üzrə 1910,80 manat əsas borc, 59,26 manat faiz borcu, **********0451 saylı kredit müqaviləsi üzrə 1702,80 manat əsas borc, 52,84 manat faiz borcu və 57,26 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq iddiaçınən xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh **********0441 saylı kredit müqaviləsi üzrə 1910,80 manat əsas borc, 59,26 manat faiz borcu, **********0451 saylı kredit müqaviləsi üzrə 1702,80 manat əsas borc, 52,84 manat faiz borcu və 57,26 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 3782 (üç min yeddi yüz səksən iki) manat 96 (doxsan altı) qəpik tutularaq iddiaçı "xxxx" Qeyri Bank Kredit X1 Müəssisəsinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar